Tamamilə yeni “Niva”
Digərləri 29 Dek 2025 11:05:00 81 0
"AvtoVAZ" şirkəti 2026-cı il üçün model xəttini genişləndirməyi planlaşdırır. Rusiyalı avtomobil istehsalçısı iki yeni SUV modelini bazara çıxarmağa hazırlaşır.
Bu xəbəri də oxu: Günün qoroskopu: Ünsiyyət bacarığınızın yüksək olduğu gündür
Son.az xəbər verir ki, söhbət yenilənmiş və daha güclü mühərriklə təchiz olunacaq LADA Niva Legend-dən, eləcə də tamamilə yeni LADA Azimut krossoverindən gedir.
Rusiya KİV-lərinin məlumatına görə, "AvtoVAZ"ın mətbuat xidməti bildirib ki, yeni LADA Azimut markanın texnoloji baxımdan tam müstəqil platforması üzərində hazırlanacaq. Şirkətin flaqman krossoveri hesab edilən bu modelin istehsalına 2026-cı ilin yay aylarında start verilməsi nəzərdə tutulur.
Bununla yanaşı, avtomobil həvəskarlarını yenilənmiş "Niva Legend"in də premyerası gözləyir. Əfsanəvi SUV-un əsas yeniliklərindən biri yüksək fırlanma momentinə malik 1,8 litrlik benzin mühərriki olacaq. Modelin satışa çıxarılma tarixi isə daha sonra açıqlanacaq.
Qeyd olunur ki, AvtoVAZ-ın həmkarlar ittifaqı konfransında səsləndirilən məlumata əsasən, yeni mühərriklə təchiz edilmiş "LADA Niva Legend"in istehsalına 2026-cı ilin may-iyun aylarında başlanması planlaşdırılır. Avtomobilin kapotu altında, ehtimal ki, yenilənmiş "LADA Niva Travel" modelində istifadə olunan 8 klapanlı, 90 at gücünə malik VAZ-11184 mühərriki yer alacaq.
Bundan əlavə, "AvtoVAZ"ın prezidenti Maksim Sokolov bu ilin payızında yeni "LADA Vesta Sport" modelinin də təqdim ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, şirkət mövcud LADA modellərinin modernləşdirilməsini davam etdirəcək, avtomobillərə yeni texniki seçimlər və daha güclü güc aqreqatları əlavə olunacaq.
Hüseyn Son.az
Səbail və Yasamal rayonlarında yeni çəkilmiş qaz xətlərinin mövcud şə
ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında tel
Yanvarın əvvəlində maraqlı astronomik hadisə - Kvadrantid meteor yağış�
Dekabrın 30-31-i tarixlərində geomaqnit qasırğası gözlənilir.
Aparıcı Vüsalə Əlizadə şəxsi evindən görüntüləri izləyiciləri il�
"Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışa
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Şərqi Zəngəzur və Qarabağda
Türkiyənin Yalova vilayətində İŞİD terror təşkilatına qarşı keçiril
14.12.2025-ci il tarixində 1990-cı il təvəllüdlü pasiyent ağır, huşsuz
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Gələn ildən mənzil bazarında qiymətlərin azalması müşahidə oluna bil�
Əməkdar artist Kubra Əliyeva xəstəliyindən danışıb.
29-30 dekabr tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliq
