Gələn ilin əvvəli meteor yağışı olacaq Bakıdan da görünəcək
Dünya 29 Dek 2025 10:50:00 61 0
Yanvarın əvvəlində maraqlı astronomik hadisə - Kvadrantid meteor yağışı müşahidə olunacaq.
Bu xəbəri də oxu: "ABŞ təkpartiyalı dövlətə çevrilə bilər"
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Son.az-a verilən xəbərə görə, meteor yağışı dekabrın 12-dən yanvarın 12-dək aktiv olsa da, maksimum aktivlik 4 yanvar gecəsi, saat 03:00 radələrində gözlənilir.
"Meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər. Ən əlverişli vaxt sübhə yaxın, yağışın radiantının səmanın ən yüksək nöqtəsinə çatdığı anlardır. Bu zaman meteorların sayı və görünmə ehtimalı artır. Maksimum aktivlik zamanı saatda 120 meteor müşahidə oluna bilər. Bakı üçün real müşahidə şəraitində bu rəqəm təxminən 100-113 meteor/saat təşkil edə bilər. Bu il maksimum aktivlik günündə Ay demək olar ki, tam Ay fazasında olacaq və bu da müşahidələrə mənfi təsir göstərəcək. Ay işığı zəif meteorların görünməsini çətinləşdirəcək, lakin parlaq meteorları müşahidə etmək yenə də mümkün olacaq.
Kvadrantid meteor yağışı digər klassik meteor yağışlarından fərqli olaraq, kometdən deyil, (196256) 2003 EH₁ adlı asteroid mənşəli cisimdən qaynaqlanır. Bu asteroid Günəş ətrafında təxminən 5,5 il ərzində dövr edir. Ehtimala görə, bu obyekt keçmişdə aktiv komet olub və zamanla parçalanaraq asteroid xarakteri alıb. Yer kürəsi hər il yanvarın əvvəlində bu cismin orbitində qalan toz və qaya hissəciklərindən ibarət axından keçərkən Kvadrantid meteorları yaranır.
Dekabrın 30-31-i tarixlərində geomaqnit qasırğası gözlənilir.
Aparıcı Vüsalə Əlizadə şəxsi evindən görüntüləri izləyiciləri il�
"Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışa
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Şərqi Zəngəzur və Qarabağda
Türkiyənin Yalova vilayətində İŞİD terror təşkilatına qarşı keçiril
14.12.2025-ci il tarixində 1990-cı il təvəllüdlü pasiyent ağır, huşsuz
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Gələn ildən mənzil bazarında qiymətlərin azalması müşahidə oluna bil�
Əməkdar artist Kubra Əliyeva xəstəliyindən danışıb.
29-30 dekabr tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliq
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
Soyuducuda cəmi bir neçə yumurta və bayramdan qalan bir banka şprot (hisə
Bu mövsüm qat-qat geyinmək küçə stilinin ana qaydasına çevrilib. Düzgü
