Balaəli yeni doğulan OĞLU İLƏ
Şou-biznes 26 Dek 2025 13:16:00 61 0
Meyxanaçı Balaəli Maştağalı yeni dünyaya gələn oğul övladı ilə bağlı maraqlı açıqlamalar verib.
Bu xəbəri də oxu: Sabah bəzi yollar buz bağlayacaq XƏBƏRDARLIQ
Son.az xəbər verir ki, o, uzun müddətdir oğul övladı arzuladığını bildirib.
Bunun səbəbini isə özü belə izah edib: uşaqlıqda futbolçu olmaq istədiyini, Tofiq Bəhramov adına stadionda 16-17 yaşına qədər futbol oynadığını deyən Balaəli, bu arzusunu reallaşdıra bilmədiyini vurğulayıb.
Söz ustası qeyd edib ki, əgər oğlu futbolçu olsa, bundan çox sevinər:
"Oğlum futbolçu olsa, çox xoşbəxt olaram. Klubunun da 'Qarabağ' olmasını istərəm. Qurban müəllimə tapşıraram, necə məsləhət bilsə, yönləndirər. Amma bu, bizim arzumuzdur, Allahın işidir. Bəlkə də meyxanaçı oldu", - deyə o bildirib.
Balaəli əlavə edib ki, istəməzdi oğlunun taleyi onun taleyi ilə eyni olsun:
"Ona görə oğul övladı arzulayırdım ki, özümün həyata keçirə bilmədiyim arzularımı onda görüm".
Meyxanaçı oğluna seçdiyi qeyri-adi addan da danışıb. Onun sözlərinə görə, övladına atasının adını verib:
"Oğlumun adı Oktaydır. Atamın adını vermişəm. Mən isə Ogeday formasını seçdim, kökü elədiirr mənası eynidir. Düşünürəm ki, Azərbaycanda bu adla başqa biri yoxdur. Ailə qurmadan əvvəl də bu adı bəyənirdim. Hətta əvvəllər düşünürdüm ki, əkiz oğlum olsa, adlarını Həsən və Hüseyn qoyaram".
Sonda Balaəli Maştağalı bildirib ki, övladları arasında heç vaxt fərq qoymur və qızı ilə oğlunu eyni dərəcədə sevir.
Musa Son.az
Kürdəmir Rayon Məhkəməsinin sədri Marif Kazımov vəfat edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ölkə
Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılmas�
ABŞ-ın Luiziana ştatında yerləşən "Fibrebond" şirkətinin 1,7
Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "
Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüarde
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də ABŞ Prezidenti Donald Tr
Görüşdə sahibkarlar ilə biznesin qurulması və inkişaf etdirilməsi istiq
Mərkəzləşdirilmiş imtahanlarda tələb olunan nəticəni əldə edə bilmə
"İstanbul Klinika" Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) Səhiyy
Milli Məclisin sabiq sədri Oqtay Əsədovun ötən gün xərçəng xəstəliyi
Sabunçu rayonunda 50 yaşlı kişi dəm qazından boğulub.
"Təhsil kreditlərində 90 gündən artıq gecikmə halları valideynlər�
"Saxta diplom məsələləri, özünüz də bildiyiniz kimi, bizi ciddi ş�
Bakıda 18:00-da həyat canlanır.
