Elektron siqaretlərlə bağlı qadağa bu tarixdə qüvvəyə minir TƏSDİQLƏNDİ


Digərləri 26 Dek 2025 12:56:00 68 0

Elektron siqaretlərlə bağlı qadağa bu tarixdə qüvvəyə minir  TƏSDİQLƏNDİ

Azərbaycanda elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan ediləcək.

Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirə olunan "Tütün və tütün məmulatı haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan ediləcək.

Həmçinin, nikotin tərkibli elektron siqaretlər də tütün məmulatı hesab ediləcək.

Bununla yanaşı, layihədə qanunvericiliyə aşağıdakı yeni anlayışların da daxil edilməsi təklif olunur:

Qızdırılan tütün məmulatı - tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilməyəcək.

Elektron siqaret - qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula biləcək. Qanunun 2026-ci il aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Layihənin ilkin versiyasında Qanunun 2026-ci il fevralın 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.

Qanun layihəsi səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.


Xəbərə aid fotolar

Şirkətini satıb, işçilərinə 20 milyon bonus payladı like
  • 26 Dek 12:54  
Dünya Şirkətini satıb, işçilərinə 20 milyon bonus payladı

ABŞ-ın Luiziana ştatında yerləşən "Fibrebond" şirkətinin 1,7

arrow Ətraflı
Bakıda məşhur yol bağlanır  Təmir olunacaq like
  • 26 Dek 12:51  
Digərləri Bakıda məşhur yol bağlanır Təmir olunacaq

Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "

arrow Ətraflı
Aydan 1 ildən sonra işinə qayıtdı like
  • 26 Dek 12:44  
Digərləri Aydan 1 ildən sonra işinə qayıtdı

Ötən il Aktau yaxınlığında vurulan AZAL təyyarəsinin sağ qalan stüarde

arrow Ətraflı
Zelenski Trampla görüşə bilər like
  • 26 Dek 12:41  
Dünya Zelenski Trampla görüşə bilər

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 28-də ABŞ Prezidenti Donald Tr

arrow Ətraflı
Sahibkarlarla növbəti görüş Şirvan rayonunda keçirilib like
  • 26 Dek 12:38  
Digərləri Sahibkarlarla növbəti görüş Şirvan rayonunda keçirilib

Görüşdə sahibkarlar ilə biznesin qurulması və inkişaf etdirilməsi istiq

arrow Ətraflı
Xaricdə attestatla qəbul olunanların kvalifikasiyaları tanınmır like
  • 26 Dek 12:36  
Digərləri Xaricdə attestatla qəbul olunanların kvalifikasiyaları tanınmır

Mərkəzləşdirilmiş imtahanlarda tələb olunan nəticəni əldə edə bilmə

arrow Ətraflı
“İstanbul Klinika”da yoxlama  Qanunsuzluqlar aşkar edildi like
  • 26 Dek 12:34  
Digərləri “İstanbul Klinika”da yoxlama Qanunsuzluqlar aşkar edildi

"İstanbul Klinika" Məhdud Məsuliyyətli Cəmiyyətdə (MMC) Səhiyy

arrow Ətraflı
Oqtay Əsədovun qızının dəfn yeri məlum oldu like
  • 26 Dek 12:32  
Digərləri Oqtay Əsədovun qızının dəfn yeri məlum oldu

Milli Məclisin sabiq sədri Oqtay Əsədovun ötən gün xərçəng xəstəliyi

arrow Ətraflı
Sabunçuda 50 yaşlı kişi dəm qazından boğuldu like
  • 26 Dek 12:27  
Digərləri Sabunçuda 50 yaşlı kişi dəm qazından boğuldu

Sabunçu rayonunda 50 yaşlı kişi dəm qazından boğulub.

arrow Ətraflı
Təhsil kreditlərinin qaytarılması ilə bağlı mühüm AÇIQLAMA like
  • 26 Dek 12:25  
Digərləri Təhsil kreditlərinin qaytarılması ilə bağlı mühüm AÇIQLAMA

"Təhsil kreditlərində 90 gündən artıq gecikmə halları valideynlər�

arrow Ətraflı
“Saxta diplomlar bizi ciddi narahat edir” – TKTA sədri like
  • 26 Dek 12:22  
Digərləri “Saxta diplomlar bizi ciddi narahat edir” – TKTA sədri

"Saxta diplom məsələləri, özünüz də bildiyiniz kimi, bizi ciddi ş�

arrow Ətraflı
Şərurlu İsfəndiyarla bağlı qərar verildi like
  • 26 Dek 12:14  
Digərləri Şərurlu İsfəndiyarla bağlı qərar verildi

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiya

arrow Ətraflı
Telefonumuz nəyi izləyəcəyimizi necə bilir? like
  • 26 Dek 12:13  
Digərləri Telefonumuz nəyi izləyəcəyimizi necə bilir?

Ekranda qarşımıza çıxan "növbəti" məzmunu biz özümüz seçir

arrow Ətraflı
Açıq təhsillə bağlı müraciətlər niyə rədd edilir? – RƏSMİ like
  • 26 Dek 12:09  
Digərləri Açıq təhsillə bağlı müraciətlər niyə rədd edilir? – RƏSMİ

"Azərbaycan qanunvericiliyində açıq təhsil (öyrətim) forması nəzə

arrow Ətraflı