Səma VİDEOsuna görə işdən qovula bilər Nazirdən açıqlama
Digərləri 24 Dek 2025 11:20:00 72 0
Türkiyənin Təhsil Nazirliyi sosial mediada şagirdlərlə çəkdiyi videoları paylaşaraq məşhurlaşan müəllimlər barədə araşdırma aparmağa başlayıb.
Bu xəbəri də oxu: Ankarada qəzaya uğrayan təyyarənin qara qutusu tapıldı
Son.az xəbər verir ki, bu şəxslərdən biri də Azərbaycanlı Səma İbrahimovadır. O, Türkiyədə ingilis dili müəllimidir.
Səma ilə bağlı araşdırmaların başlamasına səbəb onun uyğunsuz geyimdə uşaqların qarşısına çıxmasıdır.
Türkiyənin Təhsil Nazirliyi 81 şəhərdən yüksək izləyici sayı olan müəllimlərin adını, işlədiyi məktəbi, sosial media hesablarını və istifadəçi adlarını istəyib. Araşdırma nəticəsində müəllimlər üçün xəbərdarlıqdan işdən çıxarmağa qədər cəzalar tətbiq oluna bilər.
Milli Təhsil naziri Yusuf Tekin bildirib ki, bu sahədə düzgün sərhədlərin qorunması vacibdir və tətbiq ediləcək tədbirlər buna yönəlib. Disiplin prosesində xəbərdarlıq, qınama, maaş kəsimi, karyera irəliləyişinin dayandırılması və hətta işdən çıxarma cəzaları mümkündür.
Son illərdə sosial mediada şagirdlərlə videolar paylaşaraq yüz minlərlə izləyici toplayan müəllimlərin sayı artıb. Bu videolarda bəzən şagirdlər "dekor" kimi göstərilir, müəllimlər isə reklam və sponsorluq işlərinə cəlb olunur. Mütəxəssislər bildirir ki, valideyn icazəsi olmadan paylaşım həm hüquqi, həm də psixoloji risklər yarada bilər.
MEB-in araşdırmasında əsas məqsəd müəllimlərin sosial mediadan istifadəni dayandırmaq deyil, məktəb və sinif mühitində gizliliyi qorumaq, şagirdlərin təhlükəsizliyini təmin etməkdir.
İsmayıl Son.az
ABŞ-nin "Silver Lake" qocalar evində partlayış baş verib.
"Telegram" messencerinin təsisçisi və baş icraçı direktoru Pavel
Türkiyədə məşhurların da adının hallandığı genişmiqyaslı narkotik �
Almaniyanın "Ertsgebirge" futbol klubunun keçmiş müdafiəçisi Seb
"Mən hansısa təcrübəyə rast gəlməmişəm ki, piyada vurma hadisə
Moskvada yol polisinə məxsus xidməti avtomobilin yaxınlığında partlayış
Ankara yaxınlığında baş verən təyyarə qəzasında Liviya hərbi nümayə
Bakıda "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbayc
Abşeron rayonunda 2 aylıq körpə bədbəxt hadisə nəticəsində ölüb.
Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı v
İtaliyanın Baş naziri Corcia Meloni Milad bayramı ərəfəsində ofisinin ə
Saatlıda iki nəfər dəm qazından boğularaq ölüb.
Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasil
Sosial şəbəkədə Azərbaycanla bağlı yayılan video maraq doğurub.
