Ruslan Eyyubovun dəniz sahilində 15 hektarlıq malikanəsi üzə çıxdı Gizli liman?
Digərləri 24 Dek 2025 10:01:00 71 0
Dövlət Gömrük Komitəsi, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərinin adlarının hallandığı, 6,4 milyon manatdan artıq aksizsiz tütün qaçaqmalçılığı ilə bağlı istintaq fonunda diqqətlər indi daha bir sensasion məqama yönəlib. Söhbət bu iş üzrə həbs edilən əsas fiqurlardan biri, "Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı" ASC-nin faktiki rəhbəri Ruslan Eyyubovun Xəzər dənizinin sahilində, Şüvəlan qəsəbəsində yerləşən 15 hektarlıq nəhəng ərazisindən gedir.
Bu xəbəri də oxu: İlkin Süleymanovla bağlı yeni qərar
Məlumata görə, dənizin birbaşa sahilində yerləşən bu ərazinin yalnız 5 hektarı bağ evi və malikanə kimi istifadə olunur. Qalan 10 hektarlıq sahənin nə məqsədlə ayrıldığı, hansı infrastrukturun mövcud olduğu isə açıq sual olaraq qalır. İstintaqın qaçaqmalçılıqla bağlı versiyalarını nəzərə alsaq, bu sual daha da kəskinləşir. Həmin əraziyə dəniz yolu ilə gəmilərin yanaşması texniki baxımdan mümkün idimi? Bu sahə alternativ liman funksiyası daşıya bilərdimi?
Rəsmi qurumlar hələlik bu suallara cavab verməsə də, mövcud faktlar ciddi şübhələr doğurur.
Son.az Musavat.com-a istinadən həmin bağın google maps vasitəsi ilə əldə edilən görüntülərini təqdim edir. Əldə etdilən dəqiq bilgilərə əsasən Ruslan Eyyubovun bağındakı hovuzun həcmi 10 sot-dan yuxarı olub.
Məlum olan budur ki, 5 hektarlıq bağ evinin daxilində yerləşən kompleksin miqyası isə sadəcə bağ evi anlayışını aşır. Tikilinin adı "Tarkhan" - Qubernatorun Dəniz Sarayı kimi təqdim olunur. Malikanənin ərazisində məscid, "Sübhə" Sarayı, Minarə evlər, Badukubə Sarayı, İmaməddin Sarayı, İnqilab Evi, Arxaik Muzey, Çay Evi, Çəməngül Bağı, Fəvvarə, MİNAR Qəbul Evi, qarajlar, İç Meydan mövcuddur.
Ən diqqətçəkən detallardan biri isə məsciddir. Məscidin hasarında 99 ədəd gümbəz yerləşir və hər birinin üzərində Allahın 99 adı yazılıb.
İtaliyanın Baş naziri Corcia Meloni Milad bayramı ərəfəsində ofisinin ə
Saatlıda iki nəfər dəm qazından boğularaq ölüb.
Bu gün Bakının Xətai rayonunun bəzi ərazilərinin qaz təchizatında fasil
Sosial şəbəkədə Azərbaycanla bağlı yayılan video maraq doğurub.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Pərdələr evdə gün işığına, toza, hava çirkliliyinə və mətbəx buxar
Hamam və ya tualetdən gələn ağır kanalizasiya qoxusu bir çox evdə rast g
Ətirli qoxusu və qat-qat açılmış xəmir hissi verən tava börəyi xüsus
Peşəkar aşpazların kələm bişirərkən tez-tez müraciət etdiyi bir üsul
Bir çox insan, xüsusilə soyuq havalarda və ya ev şəraitində belə ayaqlar
Ağ rəngli geyimlər estetik görünsə də ləkələndikdə dərhal nəzər
ərinin qaşınması bir çox xəstəlik və orqanizmdə baş verən pozulmalar�
Havaların soyuması ilə birlikdə qripə yoluxma hallarında ciddi artım mü�
Yaponiyanın dünyada ən uzunömürlü xalqlardan biri olması uzun illərdir m
Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı qala mərasimi
