Maska, peyvənd.... Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Digərləri 22 Dek 2025 09:50:00 70 0
Son günlərdə havaların soyuması ilə əlaqədar olaraq ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılmasında mövsümi artım müşahidə olunur.
Son.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi əhaliyə müraciət edib.
Hava şəraitinin dəyişməsi, insanların qapalı məkanlarda daha çox vaxt keçirməsi və immun sisteminin zəifləməsi bu infeksiyaların geniş yayılmasına şərait yaradır.
Hazırda əhali arasında ən çox rast gəlinən kəskin respirator virus infeksiyaları adətən yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq və bəzən ağırlaşmalarla müşayiət olunur. Risk qrupuna daxil olan şəxslər - yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün bu infeksiyalar daha ağır fəsadlara səbəb ola bilər.
Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər, xüsusilə peyvəndlənmə mühüm rol oynayır. Səhiyyə Nazirliyi tərəfindən profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə qrip əleyhinə "Sanofi Pasteur" (Fransa) şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları ölkəyə gətirilib.
Qripə qarşı peyvənd infeksiyaya yoluxma riskini azaltmaqla yanaşı, xəstəliyin ağır keçməsinin və ağırlaşmaların qarşısının alınmasında effektiv vasitə hesab olunur.
Bununla yanaşı, vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, əlləri mütəmadi olaraq yumaq, qapalı və sıx məkanlarda tibbi maskalardan istifadə etmək, xəstəlik əlamətləri müşahidə olunduqda evdə qalmaq və özünümüalicədən çəkinərək vaxtında həkimə müraciət etmək tövsiyə olunur.
Əhalinin sağlamlığının qorunması və respirator xəstəliklərə yoluxma hallarının azaldılması məqsədilə Səhiyyə Nazirliyi vətəndaşları məsuliyyətli davranmağa, xüsusilə risk qruplarına daxil olan şəxsləri mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsizdir, yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində aparılır.
Sosial şəbəkələrdə və bəzi saytlarda Yeni il münasibəti ilə 1 həftə
Müğənni Aysun İsmayılova şəxsi həyatı ilə bağlı yayılan böhtan və
"Vergi Məcəlləsində" qəbul edilən və gələn il yanvarın 1-də
Azərbaycanda satılan mal ətləri görünüşünə görə müzakirə mövzusu
22-26 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə
ABŞ-də yaşayan teleaparıcı və aktrisa Səhər Əkbər ana olub.
Sabunçu rayonu Bakıxanov qəsəbəsində zəncirvarı yol qəzası baş verib.
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Bu gündən Amnistiya aktının icrasına başlanılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiy
Badımcan mətbəxin ən çoxşaxəli tərəvəzlərindən biridir - onu bişirm
Siqaret istifadəsi, həddindən artıq çay və qəhvə istehlakı, həmçinin
Miçiqan Dövlət Universitetinin araşdırmalarına görə, inam münasibətin
Müasir paltaryuyan maşınlar artıq əvvəlki kimi sadə deyil. Yeni nəsil mo
