Dişləri təbii üsullarla necə ağartmalı?
Digərləri 22 Dek 2025 08:08:00 71 0
Siqaret istifadəsi, həddindən artıq çay və qəhvə istehlakı, həmçinin şəkərli qidalar dişlərin saralmasına və ləkələnməsinə səbəb olan əsas amillərdir. Hətta ağız gigiyenasına ciddi əməl edənlərdə belə zamanla rəng dəyişimi müşahidə oluna bilər.
Bu xəbəri də oxu: Kommunal xərcləri artıran səhvlər Kombi istifadəsində qənaət tövsiyələri
Son.az xəbər verir ki, bu ləkələrdən ev şəraitində, təbii yollarla xilas olmaq mümkündür.
Dişlərin parlaqlığını qorumaq üçün ən vacib addım gündəlik fırçalama və diş ipindən istifadədir. Bununla yanaşı, aşağıdakı üsullar da kömək edə bilər:
Qida sodası: Yüngül aşındırıcı xüsusiyyəti ilə səthdəki ləkələri təmizləyir. Su ilə qarışdırıb məcun halına gətirərək həftədə bir neçə dəfə istifadə etmək olar.
Hidrogen-peroksid: Ağardıcı təsirə malikdir və bakteriyaları öldürür. Su ilə yarı-yarıya qarışdırıb qarqara kimi istifadə edilə bilər.
Kokos yağı ilə qarqara: Bir xörək qaşığı kokos yağını 10-20 dəqiqə ağızda saxlamaq bakteriya və ərp yaranmasını azaldır.
Alma sirkəsi: Ləkələri çıxarmağa kömək edir, lakin turşuluğu yüksək olduğu üçün çox tez-tez istifadə edilməməlidir.
Çiyələk: Tərkibindəki malik turşusu sayəsində dişləri ağardır. Əzilmiş çiyələyi dişlərin üzərində 5-10 dəqiqə saxlamaq kifayətdir.
Banan qabığı: Qabığın daxili hissəsi ilə dişləri sürtmək tərkibindəki maqnezium və kalium sayəsində ağardıcı təsir göstərir.
Aktivləşdirilmiş kömür: Toksinləri və ləkələri özünə çəkir. Toz halında diş fırçası ilə tətbiq olunur.
Diş aralarının təmizliyi ümumi ağlıq üçün çox önəmlidir. Bunun üçün:
Diş ipindən mütləq istifadə edin: Fırçanın çatmadığı yerlərdəki qalıqları və ərpi yalnız diş ipi təmizləyir.
Antiseptik qarqaralar: Diş aralarındakı bakteriya balansını qoruyur və ləkə görünüşünü azaldır.
Ağardıcı məcunlar: Diş aralarına nüfuz edən xüsusi tərkibli məcunlara üstünlük verin.
Soda və aktiv kömür kimi aşındırıcı maddələrin həddindən artıq istifadəsi diş minasınə zərər verə bilər. Bu üsulları həftədə 1-2 dəfədən çox tətbiq etmək tövsiyə olunmur.
Əgər təbii üsullar kifayət etmirsə, stomatoloq tərəfindən tətbiq olunan lazerlə ağartma proseduru ən effektiv həlldir. Bu prosedur zamanı dişlərə xüsusi ağardıcı gel çəkilir və lazer işığı ilə aktivləşdirilir. Cəmi bir saat ərzində dişlər bir neçə ton ağarır. Lalə Qüdrətova Son.az
Miçiqan Dövlət Universitetinin araşdırmalarına görə, inam münasibətin
Müasir paltaryuyan maşınlar artıq əvvəlki kimi sadə deyil. Yeni nəsil mo
Müasir həyat tərzi, qeyri-sağlam qidalanma, hava çirkliliyi, stress və kim
İspaniyalı aktyor və rejissor Eduardo Kasanova sosial şəbəkə hesabında p
Tanınmış saç ustası Kris Makmillan, xüsusilə Cennifer Enistonun "Dos
"Kalbimin Tek Sahibine", "Aşkımız Olay Olacak", "Ben
Psixologiya və neyrologiya sahəsində aparılan araşdırmalar göstərir ki,
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff son üç gün ərzində F
Son.az 22 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
Mingəçevirdə baş verən qəzada xəsarət alanların kimlikləri bəlli olub
Dekabrın 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin n�
Şəkidə anası ilə qonşuya gedən uşağa canavar hücum edib. Ananın haray
"112" qaynar telefon xəttinə Xırdalanda Məmməd Əmin Rəsulzadə
Bakının 8 km Neftçilər ərazisində yerləşən Məlhəm Hospitalda yanğın
Türkiyənin məşhur "Konuşanlar" verilişində azərbaycanlı qız�
