Azərbaycanda ilk dəfə opera süni zəka ilə! Ramil Qasımov: Yaradıcılığımda dönüş nöqtəsidir
Digərləri 17 Dek 2025 16:50:00 81 0
Azərbaycan mədəniyyət tarixində mühüm hadisə kimi dəyərləndirilən "Nəsimi" operası tamaşaçılara yeni səhnə həlli ilə təqdim olunacaq. Opera ölkəmizdə ilk dəfə olaraq süni zəka texnologiyalarından istifadə edilərək hazırlanıb. Tamamilə fərqli quruluşda səhnələşdirilən əsər müasir texnologiyalarla klassik operanın sintezini əks etdirir. Tamaşa 3 mart tarixində, saat 19:00-da Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Bu xəbəri də oxu: Acun Ilıcalının diqqətdən qaçırdığı detal ona problem yarada bilər
Tanınmış opera ifaçısı, Əməkdar artist Ramil Qasımov sözlərinə görə, akademik Rafael Hüseynov və Xalq artisti Siyavuş Kərimi tərəfindən ərsəyə gətirilən "Nəsimi" operası yaradıcılığında xüsusi yer tutur və böyük mənəvi məsuliyyət daşıyır.
Ramil Qasımov vurğulayıb ki, ""Nəsimi" operası yaradıcılığımda dönüş nöqtəsidir. Opera bir həyatdır". Operanın yaradıcı heyətinə quruluşçu rejissor, Əməkdar artist İnarə Babayeva, quruluşçu dirijor - teatrın baş dirijoru, Əməkdar artist Əyyub Quliyev, quruluşçu rəssam Nərgiz Quliyeva və quruluşçu xoreoqraf, Əməkdar artist Yura Labaçov daxildir. Tamaşada opera ifaçıları, dram aktyorları və muğam ifaçıları iştirak edirlər.
Ramil Qasımov layihənin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı və texniki heyətə təşəkkür edib, eyni zamanda bu səhnə işinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib. Sənətçi teatrın direktoru, dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazovun diqqət və dəstəyini də xüsusi qeyd edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
ABŞ-də tanınmış televiziya müxbiri Kristina Çambers və onun həyat yolda
"WhatsApp" 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək genişm
Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib.
"Səhəri gün dedilər ki, sən OĞRUSAN"
Xəbər verdiyimiz kimi, rejissor Suada Qarayevanın çəkdiyi "Məhsəti&q
"Profilaktik məqsədlə hər bir fərdin ildə ən azı bir dəfə terapev
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfind�
Xəbər verdiyimiz kimi, təhsil eksperti Kamran Əsədov imtahanda abituriyentl
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya musiqi xəzinəsini
Kocaelinin İzmit rayonunda itkin düşdüyü bildirilən 64 yaşlı Sadık Savu
Bakıda azyaşlı pasiyentin mədəsindən yad cisim çıxarılıb.
Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən buraxılış və yaz qəbu
Bir neçə gün əvvəl Biləsuvarda baş verən qəza nəticəsində həyatın�
Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər hə
