Suada "Məhsəti" filminə görə üzr istədi
Şou-biznes 17 Dek 2025 15:54:00 90 0
Xəbər verdiyimiz kimi, rejissor Suada Qarayevanın çəkdiyi "Məhsəti" qısametrajlı filmi Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkil etdiyi "Baku Cinema Breeze 25" film festivalının proqramından çıxarılıb.
Bu xəbəri də oxu: "Canlı ifa etmirəm, oxuduğumun tonallığını bilmirəm, amma ayın 27 günü tədbirdəyəm"
Son.az-ın məlumatına görə, tənqidlərdən sonra rejissor sosial şəbəkə hesabında açıqlama verərək üzr istəyib.
"Nə öz əxlaqıma, nə də canlandırdığım obrazın əxlaqına şübhəm yoxdu"Sabiq nazirin qızı görkəmli şairəmizi əxlaqsız qadın kimi təqdim edib?
O bildirib ki, paylaşımı tənqid məqsədi daşımayıb, yalnız emosional şəxsi fikirlərdən ibarət olub və sözlərinin yanlış anlaşılmasından təəssüf edir. Suada Qarayevanın sözlərinə görə, milli-mədəni dəyərlərə hörməti hər zaman dəyişməzdir və incinən hər kəsdən üzr istəyir.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Bədii Şura filmlə bağlı açıqlamasında ekran işində ədəbiyyat irsinə hörmətsizlik edildiyini, Azərbaycanın klassik mədəniyyətində xüsusi yeri olan Məhsəti Gəncəvi obrazının təhrif olunduğunu və etik normalara zidd təqdimatın yer aldığını bildirib. Açıqlamada şairənin obrazının əxlaqsız şəkildə təsvir edildiyi və səhnələrlə mənəvi kimlik arasında ciddi uyğunsuzluqların olduğu vurğulanıb.
Xatırladaq ki, Suada Qarayevanın sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızı olduğu da qeyd olunur.
Fidan Son.az
"Profilaktik məqsədlə hər bir fərdin ildə ən azı bir dəfə terapev
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfind�
Xəbər verdiyimiz kimi, təhsil eksperti Kamran Əsədov imtahanda abituriyentl
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünya musiqi xəzinəsini
Kocaelinin İzmit rayonunda itkin düşdüyü bildirilən 64 yaşlı Sadık Savu
Bakıda azyaşlı pasiyentin mədəsindən yad cisim çıxarılıb.
Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən buraxılış və yaz qəbu
Bir neçə gün əvvəl Biləsuvarda baş verən qəza nəticəsində həyatın�
Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər hə
Limon suyu gündəlik vərdiş kimi qəbul edildikdə orqanizmə bir sıra fayda
Stanford Mühəndislik Məktəbinin Qlobal və Onlayn Təhsil Mərkəzi Azərbay
Müğənni Vəfa Şərifovanın 3 yaşlı oğlu Məhəmmədlə efirdə görünt�
17 elektrikdoldurma cihazından yalnız ikisi işlək vəziyyətdədir, 15-i suy
Abşeron rayonu, Masazır qəsəbəsi, "Qurtuluş-93" yaşayış kompl
