Vəkili təhqir edən jurnalistə bu cəza verildi
Digərləri 17 Dek 2025 10:15:00 95 0
Sosial şəbəkədə vəkil Nemət Kərimli və onun yaxınlarının ünvanına təhqiramiz ifadələr yazan 1994-cü il təvəllüdlü jurnalist İmamət İsmayılovanın məhkəməsi keçirilib.
Bu xəbəri də oxu: Bakıda binalar üçün yeni qaydalar: Evlərin qiyməti artacaq? AÇIQLAMA
Son.az qafqazinfo.az-a xəbər verir ki, Suraxanı Rayon Məhkəməsində onun barəsində xüsusi ittiham qaydasındakı şikayətə baxılıb.
Müəyyən edilib ki, İ.İsmayılova "Facebook" sosial şəbəkəsində "Söz soxmaq üzrə mütəxəssis", "Çekist xanım", "Tülkügöz" və digər saxta istifadəçi adlar, profil və hesablar yaradıb. O bu hesablarda kütləvi nümayiş etdirməklə vəkil Nemət Kərimli və onun qohumlarının ünvanına təhqirlər yazıb.
Həmçinin məlum olub ki, İmamət İsmayılova ilə vəkil arasında reallıqda heç bir mübahisə və ya münaqişə baş verməyib. İ.İsmayılova başqa şəxslərdən eşitdiyi hansısa informasiya əsasında belə addım atdığını deyib.
Bundan başqa qeyd edilib ki, İ.İsmayılova bu ilin iyul ayında da oxşar əməllərə görə 6 aylıq həbs edilib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə İ.İsmayılovaya bu dəfə 4 ay həbs cəzası verilib. Onun vaxtı başa çatmamış cəzası ilə yeni cəzası birləşdirilərək qəti olaraq 8 ay həbsə məhkum edilib.
Qeyd edək ki, İ.İsmayılova daha əvvəl bir sıra saytlarda jurnalist kimi çalışıb.
"WhatsApp" mesencerinə bir sıra yeni funksiyalar əlavə edilib.
Məşhur türkiyəli müğənni Demet Akalın dəbdəbəli aksesuarı sosial ş�
Yeni yayım mövsümündə efirə çıxan Gözleri Karadeniz serialı üçün fi
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Donald Tramp administrasiyasının yeni ABŞ Milli Təhlükəsizlik Strategiyas�
Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana ilə bağlı
Bu gün paytaxtın Səbail və Yasamal rayonlarının bəzi ərazilərində qaz
"Övladlarıma anam, qayınanam baxır. Dayəmiz bir il yarımdır yoxdur.
İş həyatının gərgin tempi, uşaqlar, yemək hazırlığı, alış-veriş v
Xəmir işlərində qabarmanın əsas mənbəyi olan qabartma tozu kek və peçe
Alman alimlər səhər zəif işığın depressiyaya səbəb ola biləcəyini m�
Bir çox insan düşünür ki, ədviyyatlar yeməkdə nə qədər uzun müddət
Elektron siqaretlərin (vape) sağlamlıq üçün təhlükəsiz olduğu iddialar
