“Musiqi terapiyası: Səsin toxunuşu” adlı konsert baş tutdu FOTO
Kriminal 16 Dek 2025 21:45:00 74 0
Kamera və Orqan Musiqisi Zalında abonement konsertləri çərçivəsində təqdim olunan "Musiqi terapiyası: Səsin toxunuşu" adlı konsert baş tutdu. Fərqli konsepsiyası və dərin məzmunu ilə seçilən bu tədbir klassik konsert çərçivəsindən kənara çıxaraq, səsin insan ruhuna toxunan incə təsirini ön plana çəkdi. Konsert boyunca sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Aynur İsgəndərova hər bir ifadan öncə çıxış edərək musiqi terapiyasının mahiyyəti, müxtəlif alətlərin insan psixologiyasına və emosional dünyasına təsiri barədə dinləyicilərlə dəyərli fikirlərini bölüşdü.
Bu xəbəri də oxu: Dünya şöhrətli tenor, Xalq artisti Yusif Eyvazov ilk dəfə Azərbaycanda "Aida" operasında çıxış edəcək
Proqramda Əşrəf Abbasovun "Heyran olmuşam", Fikrət Əmirovun "Lirik rəqs", Tofiq Quliyevin "Ləzginka", Fərhad Bədəlbəylinin "Dəniz", Astor Piazzollanın "Café 1930", Frédéric Chopinin "Noktürn №2" (op. 9), Scott Joplinin "Ragtime", Cesare Cesarinini "Firenze sogna", Jules Massenetin "Meditasiya" əsəri, eləcə də Vaja Azaraşvilinin "Noktürn" əsəri səsləndi. Klassik və müasir musiqi nümunələrinin bu incə sintezi konsert proqramına xüsusi ahəng və fəlsəfi dərinlik bəxş etdi.
Musiqi terapiyası tədbirində Əyyub Əliyev (violonçel), Elina İsmət (violin), Rəfiqə Quluzadə (piano), Nərgiz Əliyeva (fleyta), Şəhla Əlizadə (arfa), Nurcan Rzayeva (piano), Zərif Kərimova (piano), Ərtoğrul Balayev (piano), Aylin Hüseynzadə (piano), Fidan İslamova (piano), Talıb İsgəndərli (bariton), Ömər Əlizadə (bariton), Əzizə Məhərrəmova (soprano) dinləyicilər qarşısında çıxış edərək musiqinin duyğusal təsirini yüksək peşəkarlıqla təqdim etdilər.
Azərbaycan müdafiə naziri yanında İnspektorlar Qrupunun üzvü, Vətən mü
Gecə yuxu zamanı qısa və ani oyanmalar həmişə yuxusuzluq əlaməti sayıl
Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tər�
2026-cı ildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində üm
Ermənistan Milli Məclisi məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmas
Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz ray
Bu gün ən geniş yayılan qeyri-infeksion xəstəliklərin əsas səbəblərin
"Bəziləri yazır ki, 4 il nədir, camaat 10 il övlad yolu gözləyir. M�
Kolumbiya Universitetinin alimləri aşkar ediblər ki, xolesterini azaltmaq ü�
Yeni il ab-havası Meksikanın paytaxtında yerləşən Milli Auditoriyada yaşa
Tarixdə ilk dəfə olaraq Silk Way West Airlines aviaşirkətinə məxsus Boein
Erzincan millət vəkili Mustafa Sarıgülün turizimçi oğlu Ömər Sarıgül
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Xərçəng riskini artıran qidalar və vərdişlər açıqlanıb.
