Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?
Digərləri 16 Dek 2025 21:00:00 95 0
Gecə yuxu zamanı qısa və ani oyanmalar həmişə yuxusuzluq əlaməti sayılmır.
Bu xəbəri də oxu: Naxçıvanda bu qurumlar birləşdirildi
Son.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində çalışan terapevt David Gurley Daily Mail nəşrinə müsahibəsində bildirib.
Həkimin sözlərinə görə, insan orqanizmi sirkadiyal ritm adlanan daxili bioloji saatla işləyir. Bu sistem işıq və qaranlığa reaksiya verir və yuxululuqla ayıqlıq hissini tənzimləyən melatonin və kortizol hormonlarının ifrazına nəzarət edir. Cəmiyyət 24 saatlıq rejimlə yaşasa da, bədənin ritmi fərqli işləyə bilər.
Gurley qeyd edib ki, insanların gecə boyu heç oyanmadan yatması mümkün deyil. Yuxu təxminən 90 dəqiqəlik dövrlərlə gedir və hər dövrün sonunda qısa oyanma baş verir. Bu dövrün son mərhələsi sürətli göz hərəkətləri ilə xarakterizə olunan REM yuxusudur. Məhz bu mərhələdə beyin aktiv işləyir, yuxular görülür və oyanmalar daha tez-tez baş verir.
Həkim vurğulayıb ki, bu cür qısa oyanmalar hər kəsdə olur və sağlam insanlar üçün təhlükə yaratmır. Lakin oyanmalar tez-tez baş verirsə və narahatlıq yaradırsa, bu, emosional stressin yüksək səviyyədə olmasına işarə edə bilər.
Ekspert əlavə edib ki, gecə oyanmalarının klassik səbəblərindən biri də tualetə getmə ehtiyacıdır. Bu hal xüsusilə yaşlı kişilərdə daha çox rast gəlinir. Belə hallarda ciddi xəstəlikləri, o cümlədən prostat problemlərini istisna etmək üçün həkimə müraciət etmək tövsiyə olunur.
İsmayıl Son.az
Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tər�
2026-cı ildə keçiriləcək "Eurovision" mahnı müsabiqəsində üm
Ermənistan Milli Məclisi məcburi hərbi xidmət müddətinin 6 ay azaldılmas
Tovuzda toy mərasiminin qarşısı alınan 2011-ci il təvəllüdlü, Tovuz ray
Bu gün ən geniş yayılan qeyri-infeksion xəstəliklərin əsas səbəblərin
"Bəziləri yazır ki, 4 il nədir, camaat 10 il övlad yolu gözləyir. M�
Kolumbiya Universitetinin alimləri aşkar ediblər ki, xolesterini azaltmaq ü�
Yeni il ab-havası Meksikanın paytaxtında yerləşən Milli Auditoriyada yaşa
Tarixdə ilk dəfə olaraq Silk Way West Airlines aviaşirkətinə məxsus Boein
Erzincan millət vəkili Mustafa Sarıgülün turizimçi oğlu Ömər Sarıgül
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
Xərçəng riskini artıran qidalar və vərdişlər açıqlanıb.
Xalq artisti Mənsum İbrahimov Azərbaycan Milli Konservatoriyasında bir çox
Bu ilin ilk 9 ayı qlobal əmtəə, xidmət və maliyyə bazarlarında müşahid
Mağənni İradə İbrahimova həyat yoldaşının xəstəliyi olduğunu bildiri
