Şahin Şıxlınskiyə yekun ittiham elan olundu işi aparan və ifadə verənlər ermənilərdir
Digərləri 12 Dek 2025 15:14:00 59 0
Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri, hazırda həbsdə olan Rusiya vətəndaşı Şahin Şıxlinskiyə yekun ittiham elan edilib, iş baxılması üçün məhkəməyə göndərilib.
Bu xəbəri də oxu: Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
Son.az APA-ya istinadən xəbər verir ki, Şahin Şıxlinski barədə cinayət işi üzrə ifadələri Rusiya İstintaq Komitəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə mayoru, erməni əsilli A.S. Karapetyan alıb.
Maraqlıdır ki, 2025-ci il iyulun 1-də baş vermiş hadisə zamanı Şıxlinskiyə qarşı ifadə verən də Daxili İşlər Nazirliyinin başqa bir erməni əsilli əməkdaşı Karen Kamoyeviç Tutuncyandır.
"İstintaq materialları ilə tanış olan zaman Şahin Şıxlinski barədə cinayət işinin birtərəfli və qərəzli aparıldığı, ona qarşı irəli sürülən ittihamlarda kifayət qədər ziddiyyətli məqamların mövcud olduğu görülür", - Rusiyadakı mənbə bildirib.
Qeyd edək ki, Şahin Şıxlınski barəsində Rusiya Cinayət Məcəlləsinin 318-ci (Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə), həmçinin sifarişli qətlə cəhd maddələri ilə cinayət işi açılıb.
Xatırladaq ki, bu ilin iyun ayında Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqdakı azərbaycanlılara qarşı əməliyyat keçirib. Əməliyyat zamanı güc tətbiq olunub və nəticədə iki azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşları aldıqları xəsarətlərdən həyatlarını itiriblər. Digər Səfərovlar və bir neçə həmyerlimiz məhkəmənin qərarı ilə həbs olunublar. Onlara qarşı 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət ittihamları irəli sürülüb. Eyni zamanda, Yekaterinburqda Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski iyulun 2-də saxlanılıb. Hərbi geyimdə maskada və üzərində tanınma nişanı olmayan hüquq-mühafizə orqanlarının əməkdaşları Şıxlinskinin içərisində olduğu avtomobilin qarşısını küçənin ortasında kəsiblər və zor tətbiq edərək Şahin Şıxlinski və oğlu Mutvalını avtomobildən endirərək yerə yıxıb qandallayıblar. Mutvalı Şıxlinski saxlanılandan 15 dəqiqə sonra sərbəst buraxılıb. Şahin Şıxlinski isə İstintaq İdarəsində bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıb.
Daha sonra hüquq-mühafizə orqanları Şıxlinskilərə saxlanıldıqları zamanı dövlət nümayəndəsinə qarşı zor tətbiq etmək maddəsi ilə cinayət işi açıb. Məlum cinayət işi üzrə iyulun 16-da Mutvalı Şıxlinski saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Şahin Şıxlinski isə axtarışa verilib. Avqustun 2-də isə Şahin Şıxlinski də Moskvada saxlanılaraq Yekaterinburqa etap olunub.
Türkmənistanın paytaxtı Aşqabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdo
Müğənni Vəfa Şərifova həmkarı Şəbnəm Tovuzlu ilə aralarında müzaki
Ulu Öndər Heydər Əliyev epoxası Azərbaycan tarixində dövlətçilik ideol
Qəbələ İcra Hakimiyyətində keçirilən qəbul zamanı icra başçısının
İstanbulda bazardan idman geyimi oğurladığı iddia edilən uşaq dükan sahi
Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbayca
Mərkəzi Bank tərəfindən bir sıra mövzularda qiymətli metallardan hazırl
Mahaçqala hava limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti mə
Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir həmyerlimiz dünyasını də
Tezliklə Yeni Klinikada urologiya, ümumi cərahiyə və ginekologiya üzrə Ro
Aşıq Zülfiyyə "Öz aramızda" verilişində Əməkdar artist Babə
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 80
2025-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 32109 nəfər və ya 0,3
