Mərkəzi Bankdan yayılan 500 manatlıq əsginas xəbərlərinə rəsmi


Digərləri 12 Dek 2025 14:05:00 84 0

Mərkəzi Bankdan yayılan 500 manatlıq əsginas xəbərlərinə rəsmi

Mərkəzi Bank tərəfindən bir sıra mövzularda qiymətli metallardan hazırlanmış nominal dəyərə malik məhdud sayda yubiley, xatirə və investisiya pul nişanları, eləcə də 44 günlük Vətən Müharibəsində müzəffər Ali Baş Komandanın başçılığı altında rəşadətli ordumuzun Zəfərinə həsr olunmuş 500 manat nominalında xatirə kağız pul nişanı tədavülə buraxılıb.

Son.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Bankdan məlumat verilib.

Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən nağd pul dövriyyəsinin təşkili məqsədilə müxtəlif nominal strukturlarda kağız və metal pul nişanları tədavülə buraxılıb. Bu məqsədlə Mərkəzi Bank 7 nominalda (1, 5, 10, 20, 50, 100 və 200 manat) kağız pul nişanları və 6 nominalda (1, 3, 5, 10, 20 və 50 qəpik) metal pul nişanları buraxıb. Onlar ödəniş vasitəsi kimi geniş şəkildə tədavüldedir və Mərkəzi Bankın rəsmi internet səhifəsində bu nişanlarla bağlı məlumatlar təqdim olunub: cbar.az/moneymarks/banknotes?category=1" target="_blank" rel="nofollow noopener">https://www.cbar.az/moneymarks/banknotes?category=1

500 manat nominallı pul nişanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı uğrunda 2020-ci ildə aparılmış 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Zəfəri münasibəti ilə Mərkəzi Bank tərəfindən 04 noyabr 2021-ci il tarixində tədavülə buraxılıb.

Xatirə banknotunun ön tərəfində "Qarabağ Azərbaycandır!" şüarı, "8 Noyabr Zəfər Günü" ifadəsi, Qarabağın təbii və tarixi abidələri olan Cıdır Düzü, Xudafərin körpüsü, Azərbaycan əsgərinin təsviri, üçrəngli bayraq və Xarıbülbül əks olunub. Arxa tərəfdə isə Molla Pənah Vaqifin məqbərəsi, Əsgəran qalası, Murovdağ və Azərbaycanın xəritəsi təsvir edilib: cbar.az/moneymarks/banknotes/detail/147" target="_blank" rel="nofollow noopener">https://www.cbar.az/moneymarks/banknotes/detail/147

"Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" qanunun 36.3-cü maddəsinə əsasən Mərkəzi Bank tərəfindən buraxılmış bütün pul nişanları, o cümlədən investisiya, yubiley və xatirə pul nişanları ölkənin bütün ərazisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara daxil edilməsi və pul köçürmələrinin aparılması zamanı qəbul edilməlidir.

500 manatlıq xatirə pul nişanı Azərbaycan ərazisində nominal dəyəri ilə qanuni ödəniş vasitəsi kimi qəbul olunur və tədavüldədir.

Mahaçqala hava limanı bağlandı like
  • 12 Dek 14:04  
Digərləri Mahaçqala hava limanı bağlandı

Mahaçqala hava limanında təyyarələrin enişi və uçuşuna müvəqqəti mə

arrow Ətraflı
Ukraynada daha bir azərbaycanlı öldü like
  • 12 Dek 13:53  
Digərləri Ukraynada daha bir azərbaycanlı öldü

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir həmyerlimiz dünyasını də

arrow Ətraflı
"Bununla xəstəxanalarda sıxlıq problemi həllini tapacaq” like
  • 12 Dek 13:32  
Digərləri "Bununla xəstəxanalarda sıxlıq problemi həllini tapacaq”

Tezliklə Yeni Klinikada urologiya, ümumi cərahiyə və ginekologiya üzrə Ro

arrow Ətraflı
"Oğlumla küsülüdür, mənə də salam vermir" like
  • 12 Dek 13:24  
Şou-biznes "Oğlumla küsülüdür, mənə də salam vermir"

Aşıq Zülfiyyə "Öz aramızda" verilişində Əməkdar artist Babə

arrow Ətraflı
Əhalinin gəlirləri artdı like
  • 12 Dek 13:10  
Digərləri Əhalinin gəlirləri artdı

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 80

arrow Ətraflı
Azərbaycan əhalisinin sayı açıqlandı like
  • 12 Dek 13:01  
Digərləri Azərbaycan əhalisinin sayı açıqlandı

2025-ci ilin yanvar-oktyabr aylarında əhalinin sayı 32109 nəfər və ya 0,3

arrow Ətraflı
Bakıya sabah da yağış yağacaq like
  • 12 Dek 12:46  
Digərləri Bakıya sabah da yağış yağacaq

Dekabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
"Nə etmişəm ki, Rəqsanə deyir gözü çıxsın, Allah onu öldürsün" like
  • 12 Dek 12:43  
Şou-biznes "Nə etmişəm ki, Rəqsanə deyir gözü çıxsın, Allah onu öldürsün"

Bəstkar-müğənni Hikmət Aslanov canlı efirdə Aysun İsmayılovanın onun m

arrow Ətraflı
“Qobu Park”dakı yanğında ölənlərin sayı 5ə çatdı like
  • 12 Dek 12:33  
Digərləri “Qobu Park”dakı yanğında ölənlərin sayı 5ə çatdı

Dekabrın 5-nə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu

arrow Ətraflı
“Eurovision2024” qalibi mükafatını geri qaytardı like
  • 12 Dek 12:30  
Dünya “Eurovision2024” qalibi mükafatını geri qaytardı

"Eurovision-2024" müsabiqəsinin qalibi, İsveçrəli müğənni Nemo

arrow Ətraflı
İranda qripdən ölənlərin sayı artır like
  • 12 Dek 12:14  
Dünya İranda qripdən ölənlərin sayı artır

İranda peyvənd çatışmazlığı və bahalıq ciddi fəsadlara səbəb olub.

arrow Ətraflı
AMEA Ramiz Mehdiyevin taleyini müəyyən edir  Yaxın günlərdə qərar veriləcək like
  • 12 Dek 12:13  
Digərləri AMEA Ramiz Mehdiyevin taleyini müəyyən edir Yaxın günlərdə qərar veriləcək

Ramiz Mehdiyevin Azərbaycanın müstəqil dövlətçiliyinə qarşı etdiyi hə

arrow Ətraflı
“Meydan" TV işi üzrə məhkəmə başlayıb like
  • 12 Dek 11:56  
Digərləri “Meydan" TV işi üzrə məhkəmə başlayıb

"Meydan" TV işi üzrə məhkəmə başlayıb.

arrow Ətraflı
Sosial şəbəkədə aktiv olan müəllim vəfat etdi like
  • 12 Dek 11:52  
Digərləri Sosial şəbəkədə aktiv olan müəllim vəfat etdi

Bakı şəhəri Xətai rayonundakı 95 nömrəli orta məktəbin ibtidai sinif m

arrow Ətraflı
Rusiyanın 5 ən böyük neft zavodundan biri vuruldu  VİDEO like
  • 12 Dek 11:52  
Digərləri Rusiyanın 5 ən böyük neft zavodundan biri vuruldu VİDEO

Ukrayna Rusiyanın Yaroslavl şəhərindəki neft emalı zavoduna dronlarla hüc

arrow Ətraflı