İlham Əliyev Keniya Prezidentini təbrik edib
Siyasət 11 Dek 2025 09:02:00 91 0
Azərbaycan Prezidenti İlham Əliyev keniyalı həmkarı Uillyam Samoei Rutoya təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Son.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Keniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin inkişafına, müxtəlif sahələrdə, xüsusilə də energetika, kənd təsərrüfatı, sənaye və digər sahələrdə əməkdaşlığımızın genişlənməsinə böyük önəm veririk.
Sentyabr ayında Nyu-Yorkda Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram. İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin möhkəmlənməsinə, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın dərinləşməsinə nail olacağıq.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".
Son zamanlar xroniki xəstəliyi və ya yüksək qan təzyiqi olan şəxslərin
Bəzi insanlarda yeməkdən dərhal sonra, hələ süfrədən qalxmadan şirniyy
Turşunun bərk və xırçıltılı qalmasında bir neçə əsas amil rol oynay�
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu ilə ailəli olan aktrisa Aysel İbr
Mayonez həddindən artıq istifadə edildikdə ürək-damar xəstəlikləri ris
"Elə şeylər yazırlar ki... Elə diqqətlə yanaşırlar ki, sənin gör
"Samsung Galaxy" istifadəçiləri yaxın gələcəkdə "Samsung
Qulaqcıqla yatmaq bir çoxları üçün rahatlıq və yuxuya tez getməyin yolu
Mütəxəssislər dondurulmuş ətin təhlükəsiz şəkildə saxlanması ilə b
Qadınların əksəriyyəti həyatlarının müəyyən dövründə vaginal infek
Populyar enerji içkilərinin həddindən artıq qəbulu insult riskini artırı
Son illər həm qadınlarda, həm də kişilərdə saç tökülməsi sürətlə
