Çoxlarının istifadə etdiyi məşhur "dərman" ürəyin "evini yıxırmış"
Digərləri 09 Dek 2025 08:41:00 71 0
Əhali arasında çox istifadə edilən ginseng gözlənilməz bir tibbi vəziyyətin mərkəzinə çevrilib. Kardioloq Dr. Sabri Onur Çağlar 29 yaşında, heç bir ürək xəstəliyi olmayan sağlam bir qadında yüksək dozada ginseng istifadəsindən sonra yaranan yeni başlanğıclı atrial fibrilasiya (AF) halını elmi ədəbiyyata daxil edib.
Bu xəbəri də oxu: Bakıda yaşayan türk bloqer sürücülərdən ŞİKAYƏTLƏNDİ
Son.az xəbər verir ki, bu hadisə dünya tibbində ginsengin sağlam insanda AF tətikləməsini ilk dəfə sübut edən sənədləşdirilmiş fakt kimi qeyd olunub. "Ginsengin paradoksal aritmiya yaradan təsiri: Sağlam bir yetkin insanda atrial fibrilasiya halı" başlıqlı məqalə European Journal of Case Reports in Internal Medicine jurnalında dərc edilib.
Türkiyədə özəl xəstəxanada yaşanan hadisəyə görə qadın, günlərlə davam edən güclü ürək döyüntüsü şikayəti ilə təcili yardıma müraciət edib. O, yorğunluğu aradan qaldırmaq üçün iki ay boyunca gündə 2 dəfə 500 mq qırmızı ginseng kapsulu qəbul etdiyini bildirib.
Təcili yardımda çəkilən EKQ nəticəsində ürək döyüntüsünün dəqiqədə 123 atımla nizamsız şəkildə döyündüyü müəyyən edilib və ona ciddi ritm pozuntusu - Atrial Fibrilasiya (AF) diaqnozu qoyulub.
Həkimlərin müdaxiləsi ilə xəstənin ürək ritmi bərpa edilib və ginseng istifadəsi tamamilə dayandırılıb. Tiroid funksiyası, elektrolit balansı və struktur ürək xəstəlikləri də daxil olmaqla bütün müayinələr normal nəticələnib. Mütəxəssislər AF-i tetikleyen yeganə amilin ginseng olduğunu bildirir.
Dr. Sabri Onur Çağlar ginsengin adətən "ürəyə faydalı" bitki əlavəsi kimi tanındığını, lakin bu hadisənin tam əksini sübut etdiyini bildirib: "Bu, paradoksal və təhlükəli təsirdir. Ginsengin pro-aritmik, yəni ritm pozucu potensialı olduğunu görürük. AF ilə gələn hər bir xəstədən bitki tərkibli məhsullardan istifadə edib-etmədiyi soruşulmalıdır."
Səudiyyə Ərəbistanı 2026 Həcc mövsümü öncəsi mühüm qərar qəbul ed
Müğənni Şəbnəm Tovuzlu açıqlaması ilə diqqət çəkib.
2007-ci ilə aid Bakının mərkəzində çəkilmiş arxiv fotoları sosial şə
Son günlər qış mövsümünün başlaması ilə yağışlı hava, güclü ley
Alimlər şəkər diabetinin ağız və diş sağlamlığına birbaşa təsir et
Bir qrup rusiyalı alim təbii pirokatexin antioksidantı əsasında Altsheymer
Yeni araşdırmalar göstərir ki, bəzi təbii qoxuların inhalyasiyası zehni
Bu gün İstanbuldakı Konqres Mərkəzində baş rolunu Ozan Akbabanın canland
Ukrayna Prezidenti Volodimir Zelenski ilk dəfə olaraq Prezident Administrasiya
Süni intellekt həm uşaqlar üçün öyrənmə aləti, həm də onların davr
Rəsmi statistikaya görə, Azərbaycanda 2024-cü ildə vəfat edən şəxslər
Memarlıq və İnşaat Universitetində Azərbaycan dili və pedaqogika kafedras
2025-ci ilin ilk doqquz ayına aid qlobal avtomobil satış rəqəmləri açıql
"Qiyamət günü" radiosu kimi də tanınan qısadalğalı radiostansi
