Dünyanın ən çox satılan avtomobili açıqlandı: nə Hyundai, nə də Tesla!
Digərləri 09 Dek 2025 00:47:00 72 0
2025-ci ilin ilk doqquz ayına aid qlobal avtomobil satış rəqəmləri açıqlanıb. Elektrikli avtomobillərin sürətli yüksəlişi davam etsə də, Tesla Model Y bu il dünya birincisi ola bilməyib. Bir çox avtomobil həvəskarını təəccübləndirən lider model isə Toyota RAV4 olub.
Bu xəbəri də oxu: Bu müəllimlərin əmək müqaviləsinə xitam verildi Nazir
Son.az xəbər verir ki, Toyota RAV4, Toyota Corolla və Ford F-Series 2025-ci ilin ən çox satılan ilk üç avtomobili kimi siyahının zirvəsində yer alıb. Tesla Model Y isə ümumi sıralamada dördüncü olub.
2025-ci ilin ilk doqquz aylıq satış göstəricilərinə əsasən, Toyota RAV4 dünya üzrə ən çox satılan avtomobil titulunu yenidən qoruyub. Model, ötən illə müqayisədə 1,5% artım əldə edərək qlobal bazarda 2,5%-lik payını saxlayıb.
Mütəxəssislər RAV4-ün uğurunu aşağıdakı amillərlə izah edir:
Yüksək yanacaq qənaəti Etibarlı və dayanıqlı konstruksiya Aşağı servis və saxlanma xərcləriDünyada ən çox satılan 10 avtomobil (2025 - ilk 9 ay)
Toyota RAV4
Toyota Corolla
Ford F-Series (pickup)
Tesla Model Y
Honda CR-V
Chevrolet Silverado (pickup)
Toyota Camry
Hyundai Tucson
Toyota Hilux (pickup)
Kia Sportage
2025-ci il satışlarında Toyota markası güclü performans nümayiş etdirib. Corolla və RAV4 ilk iki pilləni bölüşdürərkən, Ford F-Series üçüncü olub. Tesla Model Y elektrikli avtomobillər arasında lider olsa da, ümumi qlobal satış sıralamasında dördüncü yeri tutub. Lalə Qüdrətova Son.az
"Qiyamət günü" radiosu kimi də tanınan qısadalğalı radiostansi
Son.az 9 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, güllələnmiş meyiti
Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayı
Londondakı danışıqlar zamanı ABŞ-nin sülh planı 28-dən 20 bəndə endir
2026-cı ildə dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitləri
Türkiyədə geniş istifadə olunan jenşen qida əlavəsi bağlı diqqətçə
Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda "Lexus" mark
Şairə Nazilə Səfərli Əməkdar artist Könül Kərimovanın onu bloka atdı
Ermənistanın Baş naziri Nikol Paşinyan ictimai əsaslarla yeni müşavirini
Dekabrın 8-də Heydər Əliyev Mərkəzində "İslam dünyasında süni in
Abu Dabidə keçirilən Bridge Media Summiti çərçivəsində ARB 24 telekanal�
Nevroloqlar beynə ən zərərli olan 6 qidanı açıqlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublika
