Alimlər ürəyin özünü sağalda biləcəyini göstərən inqilabi kəşf etdilər
Digərləri 10 Noy 2025 05:05:00 87 0
Alimlər, ürək-damar xəstəliklərinin müalicəsində inqilabi dəyişikliklərə yol açacaq bir kəşf ediblər.
Bu xəbəri də oxu: Qonşu ölkədə insanlar evə qapadıldı, məktəblər bağlandı Qəribə SƏBƏB
Son.az xəbər verir ki, yeni araşdırmalar göstərir ki, doğuşdan sonra bərpa qabiliyyətini itirən yetkin insan ürəyi, əslində, özünü təmir edə biləcək gizli potensiala malikdir.
Ürək infarktı və ya çatışmazlığı zamanı həyati əhəmiyyət daşıyan kardiomiositlər məhv olur və yetkin ürək onları təbii yolla bərpa edə bilmir. Nəticədə xəstələr dərmanlar, implant cihazları, cərrahi müdaxilələr və ya transplantasiya kimi həll yollarına üz tutur.
Lakin Nyu-Yorkdakı Mount Sinaidəki İcahn Tibb Fakültəsinin tədqiqatçıları, doğuşdan qısa müddət sonra deaktiv olan bir geni yenidən işə salmaqla yeni və funksional ürək hüceyrələrinin yaradılmasının mümkün olduğunu aşkarlayıblar. Bu yanaşma, xəstəliyin simptomlarını idarə etməkdən çıxaraq ürəyin özünü sağaltmasına yönələn müalicəyə keçidi ifadə edir.
Mount Sinaidə kardiovaskulyar regenerativ tibb direktoru Dr. Hina Çaudri bildirib: "Ürək xəstəlikləri dünya üzrə əsas ölüm səbəblərindəndir, lakin yetkin ürək hüceyrələri doğuşdan sonra bölünməyi dayandırır".
Bu texnika əvvəllər donuzlar üzərində sınanmışdı, lakin indi ilk dəfə orta yaşlı insan ürək hüceyrələrində uğurla tətbiq olunub.
Yuxuda olan geni oyatmaq: Cyclin A2 (CCNA2)
Texnika, hamiləlik dövründə ürək hüceyrələrinin bölünməsi və böyüməsi üçün vacib olan "Cyclin A2" (CCNA2) genindən istifadə edir. Bu gen doğuşdan sonra deaktiv olur, buna görə də yetkin ürək zədələndikdə özünü bərpa edə bilmir.
Elmi araşdırmalara görə, səhər idmanı arıqlama prosesini sürətləndir�
Stress və gərginlik həm bədənə, həm də beyinə mənfi təsir göstərir.
Payız fəsli ilə birlikdə havada dəyişən tonlar kimi ətir seçimlərində
14 yaşından diqqət mərkəzində olan məşhur Bollivud aktrisası Ayşvariya
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Türkiyənin Rize şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə gözlərini gücl�
Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın oğlu Bartu Kamal atasından on
ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarından əldə edilən gəlirlər
Seda Sayan qadınlara qəribə məsləhət verib.
Bakı-Qazax avtomobil yolunun müəyyən hissəsində aparılan təmir işləri
Ata nə qədər optimist olsa, erkən doğuş riskini azaldır.
