Səhər idmanı niyə çətin gəlir? Mütəxəssislər səbəbləri açıqladı


Digərləri 10 Noy 2025 04:04:00 77 0

Səhər idmanı niyə çətin gəlir?  Mütəxəssislər səbəbləri açıqladı

Elmi araşdırmalara görə, səhər idmanı arıqlama prosesini sürətləndirə bilər. Lakin eyni zamanda bir çox tədqiqat göstərir ki, insanların əksəriyyəti günün orta və axşam saatlarında özünü daha güclü, enerjili və dözümlü hiss edir.

Son.az xəbər verir ki, "Independent" portalı bunun bir neçə fizioloji səbəbini açıqlayıb.

Sirkad ritm bədənin fəaliyyətini müəyyənləşdirir

İnsan orqanizmi 24 saatlıq bioloji dövrə - sirkad ritm ilə işləyir. Bu ritm hormonları, bədən istiliyini və oyanıqlıq səviyyəsini idarə edir. O, beyində formalaşsa da, gün işığı kimi xarici amillərin təsirinə açıqdır. Məhz bu səbəbdən xüsusilə qış səhərlərində idman çoxlarına daha ağır gəlir.

Tədqiqatlara əsasən, insan bədəni 16:00-19:00 saatları arasında ən yüksək performans göstərir. Yəni bu saatlarda bədən daha elastik, dözümlü və güclü olur.

Səhər məşqlərinin çətin görünməsinin əsas elmi səbəbləri:

1. Bədən istiliyi Orqanizmin daxili temperaturu səhər saatlarında, təxminən 05:00 radələrində, ən aşağı səviyyədə olur. Gün keçdikcə yüksələn temperatur əzələlərin daha səmərəli işləməsinə şərait yaradır. Bu səbəbdən axşam məşqləri zamanı daha çox enerji və güc müşahidə olunur.

2. Hormonal dəyişikliklər Səhər saatlarında insulin hormonu ən yüksək səviyyədə olur. Bu, qan şəkərinin azalmasına və bədənin daha az enerji sərf etməsinə səbəb olur. Nəticədə səhər idmanı daha yorucu və ağır hiss edilə bilər.

3. Sinir sisteminin aktivliyi Elmi sübutlar göstərir ki, gün ərzində sinir sistemi əzələlərə siqnalları daha səmərəli şəkildə ötürür. Bu da daha çox əzələ lifinin aktivləşməsinə və fiziki performansın artmasına səbəb olur.

4. Yuxu xronotipi Araşdırmalar sübut edir ki, "bayquşlar" (gec yatıb gec oyanan insanlar) səhər idmanında "qaranquşlar" qədər uğurlu olmur. Lakin bəzi hallarda yuxusuzluq səhər yox, günorta məşqlərinə daha çox mənfi təsir göstərir. Yəni az yatan biri üçün səhər idmanı bəzən daha rahat ola bilər.

Qidalanma mütəxəssisləri əlavə edirlər ki, məşqdən əvvəl düzgün qida qəbulu həm bədənin performansını yüksəldir, həm də yağ yandırma prosesini gücləndirir.

Kənan Son.az

Dietoloq stressi azaldan 5 təbii içkini açıqladı like
  • 10 Noy 03:03  
Digərləri Dietoloq stressi azaldan 5 təbii içkini açıqladı

Stress və gərginlik həm bədənə, həm də beyinə mənfi təsir göstərir.

arrow Ətraflı
Payız üçün ən ideal ƏTİRLƏR: həm kişilər, həm də like
  • 10 Noy 02:02  
Digərləri Payız üçün ən ideal ƏTİRLƏR: həm kişilər, həm də

Payız fəsli ilə birlikdə havada dəyişən tonlar kimi ətir seçimlərində

arrow Ətraflı
52 yaşlı Ayşvariya Ray gözəlliyi ilə göz qamaşdırdı like
  • 10 Noy 01:01  
Şou-biznes 52 yaşlı Ayşvariya Ray gözəlliyi ilə göz qamaşdırdı

14 yaşından diqqət mərkəzində olan məşhur Bollivud aktrisası Ayşvariya

arrow Ətraflı
II Qarabağ müharibəsinin bitməsindən 5 il ötür like
  • 10 Noy 00:08  
Siyasət II Qarabağ müharibəsinin bitməsindən 5 il ötür

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin

arrow Ətraflı
Günün qoroskopu: daxili səssizliyin ən güclü cavab verdiyi gündür like
  • 10 Noy 00:01  
Digərləri Günün qoroskopu: daxili səssizliyin ən güclü cavab verdiyi gündür

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
94 nəfər toyuqdan zəhərləndi  Mövluda gəlmişdilər like
  • 09 Noy 23:30  
Digərləri 94 nəfər toyuqdan zəhərləndi Mövluda gəlmişdilər

Türkiyənin Rize şəhərində kütləvi zəhərlənmə hadisəsi baş verib.

arrow Ətraflı
Trampı tədbirdə yuxu tutdu  FOTO like
  • 09 Noy 23:14  
Dünya Trampı tədbirdə yuxu tutdu FOTO

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə gözlərini gücl�

arrow Ətraflı
"Maşını Röya alacaq"  Zaur like
  • 09 Noy 23:00  
Şou-biznes "Maşını Röya alacaq" Zaur

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın oğlu Bartu Kamal atasından on

arrow Ətraflı
Gömrükdən yığılan pullardan vətəndaşlara 2 min dollar paylanacaq like
  • 09 Noy 22:44  
Dünya Gömrükdən yığılan pullardan vətəndaşlara 2 min dollar paylanacaq

ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarından əldə edilən gəlirlər

arrow Ətraflı
BBC Trampdan üzr istəyəcək like
  • 09 Noy 22:14  
Dünya BBC Trampdan üzr istəyəcək

BBC ABŞ prezidenti Donald Trampın çıxışını saxtalaşdırdığına görə

arrow Ətraflı
17 yaşlı İsmayılı Rusiyada öldürdülər like
  • 09 Noy 21:52  
Kriminal 17 yaşlı İsmayılı Rusiyada öldürdülər

Rusiyada azərbaycanlı yeniyetmə qətlə yetirilib.

arrow Ətraflı
BakıQazax yolunda hərəkət istiqaməti dəyişdi  XƏBƏRDARLIQ like
  • 09 Noy 21:45  
Digərləri BakıQazax yolunda hərəkət istiqaməti dəyişdi XƏBƏRDARLIQ

Bakı-Qazax avtomobil yolunun müəyyən hissəsində aparılan təmir işləri

arrow Ətraflı
Ata nə qədər optimist olsa, erkən doğuş riski o qədər azalırmış like
  • 09 Noy 21:28  
Digərləri Ata nə qədər optimist olsa, erkən doğuş riski o qədər azalırmış

Ata nə qədər optimist olsa, erkən doğuş riskini azaldır.

arrow Ətraflı