30 illik aşpaz bu üsulla quru lobyanın qazını yox edir
Digərləri 28 Okt 2025 20:51:00 71 0
Sevilən yeməklərdən olan quru lobya həm dadlı, həm də faydalı bir qidadır. Lakin bir çox insan bu yeməyi yedikdən sonra yaranan qaz problemi və lobyanın bişərkən dağılmasından şikayətlənir. Artıq bu problemin sadə və təbii bir həlli var. 30 illik təcrübəyə malik bir aşpaz soda və ya zirə yerinə xiyar istifadə etməyi tövsiyə edir.
Bu xəbəri də oxu: Bu iki qidanı birlikdə yemək yaddaşınızı möhkəmləndirir!
Son.az xəbər verir ki, aşpazın sözlərinə görə, quru lobyanı isladarkən suya bir ədəd doğranmış xiyar əlavə etmək kifayətdir. Xiyarın tərkibindəki təbii fermentlər, lobyanın tərkibində qaz yaradan şəkərləri parçalayır. Bunun nəticəsində yemək daha yüngül və rahat həzm olunan hala gəlir. Eyni zamanda xiyar, lobyanın qabığını yumşaldaraq bişərkən dağılmasının qarşısını alır.
Bu üsul həm kimyəvi maddələrdən uzaq, həm də təbii və praktik bir həlldir. Nəticədə, həm dadlı, həm də mədəyə rahat təsir edən quru lobya bişirmək mümkündür.
Quru lobya yüksək zülal və lif tərkibi ilə toxluq hissini artırır, həzm sistemini tənzimləyir. Aşağı qlikemik indeksi sayəsində qan şəkərini sabit saxlayır, həmçinin dəmir, maqnezium və fol turşusu kimi minerallarla orqanizmin müqavimətini gücləndirir.
Ən çox qaz yaradan yeməklərdən biri sayılan quru lobya, bu üsulla bişirildikdə daha yüngül və rahat həzm olunan bir yeməyə çevrilir. Əlavə edilən xiyar isə yeməyin təbii dadını və qida dəyərini qoruyur, sağlam və ləzzətli nəticə əldə etməyə imkan yaradır. Lalə Qüdrətova Son.az
Məşhur aktyor Çağatay Ulusoy yeni filmi "Uykucu"nun qala nümayiş
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xırda
Kulis.az Ülvi Bahadırın Xalq artisti Firəngiz Mütəllimova ilə müsahibəs
Bakıda son illər "yaşıllıq" adı ilə sürətlə yayılan bir ağ
Bura, bu bölgə (Zəngilan - red.) çox önəmli nəqliyyat mərkəzlərindən
Bu gün "Böyük Qayıdış"ın növbəti mərhələsidir.
İstanbul Baş Prokurorluğu tərəfindən "casusluq" ittihamı ilə a
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngi
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Qida Təhlükəs
"Rəngarəng" verilişində gərgin anlar yaşanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngi
Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağl�
Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvə
Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi təyin edilib.
