İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim edib


Siyasət 28 Okt 2025 18:51:00 76 0

İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarlarını təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı kəndlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.

Prezident İlham Əliyev dedi: Salaməleyküm.

Sakinlər: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Salam, xoş gördük.

Sakinlər: Allah Sizi var eləsin, cənab Prezidentimiz. Allah canınızı sağ eləsin.

Prezident İlham Əliyev: Çox sağ olun.

Qadın sakin: Sizi hamımız çox istəyirik.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Bu gün Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri üçün çox sevincli bir gündür. Ağalı kəndində əlavə 100 ailə yerləşəcək. Ağalının hüdudları demək olar ki, daha da böyük olur. Məmmədbəyli kəndində isə 180 ailə üçün gözəl evlər, yaraşıqlı binalar inşa edilib. Mən bilirəm ki, siz bu gün buraya gəlmisiniz. Hələ demək olar ki, yerləşməmisiniz. Ancaq əlbəttə ki, gələn günlər ərzində burada tam yerləşib öz doğma dədə-baba torpağında rahat, firavan həyat yaşayacaqsınız. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

Prezident İlham Əliyev: Xoş gəlmisiniz doğma vətəninizə. Bu gün doğrudan da çox gözəl bir gündür. Bu gün "Böyük Qayıdış"ın növbəti mərhələsidir. Bilirsiniz ki, biz "Böyük Qayıdış" Proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır. Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyətyanı sahələr sanki gözəl bir bağa çevrilib. Biz buranı keçmiş köçkünlərə təhvil verəndə qupquru bir yer idi. Necə ki, indi Məmmədbəyli kəndində də hələ ki, o qədər də çox ağac yoxdur. Ancaq illər keçdikcə vətəndaşlar özləri qurub-yaradırlar, əkib-becərirlər. Dövlət nə lazımdırsa edib, sizi gözəl şəraitlə təmin edib və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz.

Sakinlər: Sizin sayənizdə, Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Uzun illər ərzində ağır şəraitdə yaşamısınız. Köçkün həyatı çox ağır həyatdır. Ancaq artıq o günlər arxada qaldı. Beş ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri gedir, o cümlədən Zəngilan rayonunda. Yenə də deyirəm, birinci "Böyük Qayıdış" Proqramını biz Zəngilan rayonundan başlamışdıq. Bu gün Zəngilan şəhərində də birinci yaşayış kompleksinin tikintisi demək olar ki, yekunlaşır. Digər binaların tikintisi, məktəb, xəstəxana. Zəngilan məscidi tikilmişdir, gözəl bir memarlıq əsəridir. Konqres Mərkəzi, Zəngilan Beynəlxalq Hava Limanı. Yəni, bura, bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir.

Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni, biz - bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq. Mən sizə də xoşbəxt həyat arzulayıram. Bir daha sizi təbrik edirəm.

Sakinlər: Çox sağ olun.

X X X

Sonra açarların təqdim edilməsi mərasimi oldu.

X X X

Sonra xatirə fotoları çəkdirildi.

Şiddət görüntülərinə görə saxlanıldı  Foto like
  • 28 Okt 18:49  
Digərləri Şiddət görüntülərinə görə saxlanıldı Foto

Sosial şəbəkələrdə bir kişinin qadına şiddət göstərməsi ilə bağl�

arrow Ətraflı
Bakının bu qəsəbəsində qaz olmayacaq like
  • 28 Okt 18:45  
Digərləri Bakının bu qəsəbəsində qaz olmayacaq

Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvə

arrow Ətraflı
Vüqar Qurbanov ona yüksək vəzifə verdi  FOTO like
  • 28 Okt 18:43  
Digərləri Vüqar Qurbanov ona yüksək vəzifə verdi FOTO

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktor əvəzi təyin edilib.

arrow Ətraflı
İlham Əliyev Ərdoğanı təbrik edib like
  • 28 Okt 18:03  
Siyasət İlham Əliyev Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib �

arrow Ətraflı
Kişilər niyə susur? like
  • 28 Okt 18:00  
Digərləri Kişilər niyə susur?

Kişilər adətən uşaqlıqdan duyğularını göstərməməyə öyrədilirlər

arrow Ətraflı
Sabiq icra başçısı külli miqdarda borca düşdü  FOTO like
  • 28 Okt 17:57  
Digərləri Sabiq icra başçısı külli miqdarda borca düşdü FOTO

"Kaspian Biznes Servisez" Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət

arrow Ətraflı
Qarabağda “Mədəniyyət rüzgarı”: Xalq artisti Zəhra Quliyeva Bərdədə ustad dərsi keçib  FOTO like
  • 28 Okt 17:55  
Kriminal Qarabağda “Mədəniyyət rüzgarı”: Xalq artisti Zəhra Quliyeva Bərdədə ustad dərsi keçib FOTO

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma

arrow Ətraflı
“Şahid”lər ballistik raketlərdən daha təhlükəlidir" like
  • 28 Okt 17:25  
Dünya “Şahid”lər ballistik raketlərdən daha təhlükəlidir"

"Şahid" PUA-ları indi bəzi yerlərdə ballistik raketlərdən daha

arrow Ətraflı
“Qarın əzələsi olanlar mənə mesaj yazır” like
  • 28 Okt 17:04  
Şou-biznes “Qarın əzələsi olanlar mənə mesaj yazır”

Türkiyədə yaşayıb, fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin C

arrow Ətraflı
Məşhur incəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq  VİDEO like
  • 28 Okt 17:02  
Siyasət Məşhur incəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq VİDEO

Bu mövsümün ən yaddaqalan incəsənət hadisələrindən biri - Art Weekend

arrow Ətraflı
Adnan Əhmədzadənin həbsindən sonra cəmi 56 uşaq saxlayıblar like
  • 28 Okt 16:56  
Digərləri Adnan Əhmədzadənin həbsindən sonra cəmi 56 uşaq saxlayıblar

İş adamı Adnan Əhmədzadənin həbs olunmasından sonra İspaniyanın "

arrow Ətraflı
Pakistan hava məkanını bağlayır like
  • 28 Okt 16:53  
Dünya Pakistan hava məkanını bağlayır

Pakistan 28 və 29 oktyabr tarixlərində Hindistanla sərhəddə yerləşən P�

arrow Ətraflı