Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub FOTO


Siyasət 28 Okt 2025 16:44:00 70 0

Prezident Cəbrayıl rayonunun Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini qoyub  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Şahvəlli kəndində hər birinin gücü 50 meqavat olan "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, energetika naziri Pərviz Şahbazov dövlətimizin başçısına 50 meqavat gücündə "Şəms" Günəş Elektrik Stansiyası barədə məlumat verdi.

Bildirildi ki, bu layihə ölkəmizin yaşıl enerji strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyur.

Qeyd edək ki, 2024-cü ilin mart ayında Energetika Nazirliyi ilə "Nobel Energy" şirkəti arasında 100 MVt gücündə Günəş elektrik stansiyasının tikintisi, eləcə də elektrik enerjisinin istehsalı, satışı və istehlakı sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Ardınca bu ilin aprelində Azərbaycan Respublikası Hökuməti "Enerso Cəbrayıl" MMC ilə 50 MVt gücündə "Üfüq" Günəş Elektrik Stansiyası, "Clean Energy Jabrayil" MMC ilə isə "Şəms" Günəş Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb.

Ötən il Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi bərpaolunan enerji mənbələrinin inkişafı üçün ayrılıb. Bu çərçivədə "Clean Energy Jabrayil" MMC üçün 135 hektardan çox, "Enerso Cəbrayıl" MMC üçün isə 93 hektardan çox ərazi müəyyən edilib.

Prezident İlham Əliyev "Şəms" Günəş Elektrik Stansiyasının təməlini qoydu, daha sonra "Üfüq" Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak etdi.

Məlumat verildi ki, "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarında ildə ümumilikdə 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bunun nəticəsində hər il təxminən 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir.

Stansiyalarda istehsal ediləcək elektrik enerjisinin 75 milyon kilovat-saatı "AzərEnerji" ASC-yə, 131 milyon kilovat-saatı isə "elektrik enerjisinin virtual ötürülməsi" prinsipi əsasında iri istehlakçılarla birbaşa bağlanan alqı-satqı müqavilələri üzrə satılacaq. "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının 2027-ci ildə istismara verilməsi planlaşdırılır.

Bu layihələrin icrası Şərqi Zəngəzurun yaşıl enerji mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da gücləndirəcək.

Adnanın supermarketlər şəbəkəsi bağlandı like
  • 28 Okt 16:40  
Digərləri Adnanın supermarketlər şəbəkəsi bağlandı

"Bolmart" supermarketlər şəbəkəsi bu gündən etibarən fəaliyy�

arrow Ətraflı
"8 ay ərzində 8 müharibəyə son qoydum" like
  • 28 Okt 16:31  
Dünya "8 ay ərzində 8 müharibəyə son qoydum"

ABŞ Prezidenti Donald Tramp öz administrasiyasının beynəlxalq siyasətdə �

arrow Ətraflı
Güclü külək əsəcək  XƏBƏRDARLIQ like
  • 28 Okt 16:28  
Digərləri Güclü külək əsəcək XƏBƏRDARLIQ

Oktyabrın 29-u gündüzdən 30-u gündüzədək Bakıda və Abşeron yarımadas

arrow Ətraflı
Milyonçu qardaşların işində yenilik like
  • 28 Okt 16:22  
Digərləri Milyonçu qardaşların işində yenilik

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə İdarəsin

arrow Ətraflı
Monteneqrodakı azərbaycanlılarla bağlı AÇIQLAMA like
  • 28 Okt 16:18  
Kriminal Monteneqrodakı azərbaycanlılarla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bı�

arrow Ətraflı
Əbülfət Məhərrəmov vəfat etdi  FOTO like
  • 28 Okt 16:15  
Digərləri Əbülfət Məhərrəmov vəfat etdi FOTO

Gəncə Dövlət Universitetinin baş müəllimi dünyasını dəyişib.

arrow Ətraflı
Dərmanlarla gəncləşmək istəyənlərə xəbərdarlıq  Xərçəng yaradır like
  • 28 Okt 16:00  
Digərləri Dərmanlarla gəncləşmək istəyənlərə xəbərdarlıq Xərçəng yaradır

Bəzi əlavələr tez-tez gəncliyi qorumağın və yaşlanmanı yavaşlatmağı

arrow Ətraflı
Fəzail Ağamalının daha bir oğlu üzə çıxdı  Oleq çağırırlar... like
  • 28 Okt 15:56  
Digərləri Fəzail Ağamalının daha bir oğlu üzə çıxdı Oleq çağırırlar...

Son günlər partiyasında övladları arasındakı qalmaqalla gündəmə gələ

arrow Ətraflı
"Arka sokaklar"ın ulduzu dəyişimi ilə təəccübləndirdi like
  • 28 Okt 15:50  
Şou-biznes "Arka sokaklar"ın ulduzu dəyişimi ilə təəccübləndirdi

Məşhur "Arka Sokaklar" serialının sevilən obrazı "Hüsnü �

arrow Ətraflı
Kirkorov məhkəməyə verildi: 162 milyon manat təzminat istəyirlər like
  • 28 Okt 15:20  
Şou-biznes Kirkorov məhkəməyə verildi: 162 milyon manat təzminat istəyirlər

Rusiyanın Xalq artisti Filipp Kirkorov məhkəmə qarşısına çıxacaq.

arrow Ətraflı
Yaponiya ABŞdən böyük miqdarda hərbi texnika alacaq  FOTO like
  • 28 Okt 15:07  
Dünya Yaponiya ABŞdən böyük miqdarda hərbi texnika alacaq FOTO

ABŞ Prezidenti Donald Tramp Tokioda Yaponiyanın baş naziri Sanae Takaiçi il�

arrow Ətraflı
Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı like
  • 28 Okt 14:54  
Siyasət Qardaşlıq hədəfə alınıb: Türkiyədə bizə qarşı çirkin kampaniyanı

Türkiyə və Azərbaycan - iki dövlət, iki respublikadır. Amma bu iki xalqı

arrow Ətraflı