Bakıda keçiriləcək "Art Weekend" çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO
Kriminal 28 Okt 2025 15:53:00 87 0
Oktyabrın 31-dən noyabrın 2-dək paytaxtda "Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy" ("Fly to Baku. Art Weekend. Sense the Future NOW") adlı möhtəşəm İncəsənət Festivalı keçiriləcək.
Bu xəbəri də oxu: Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayırlarmış
Trend xəbər verir ki, bu tədbir incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.
Layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.
Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su - davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi "Art Weekend"in əsas elementi seçilib.
Festivalın əsas mövzusu - həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Davamlılıq, yenilənmə və kollektiv yaddaşı təcəssüm etdirən su, "Art Weekend"in əsas elementi kimi seçilib və bu, Azərbaycanın beynəlxalq incəsənət ictimaiyyəti ilə mənalı dialoquna töhfə verəcək.
Tədbirlərdən biri Bakının qədim hissəsində - İçərişəhərdə, XVII əsrə aid Yeraltı hamamda keçiriləcək. Burada "Axar yaddaş" adlı kollektiv sərgi təqdim olunacaq - bu ekspozisiya hamam mədəniyyətinin müasir yozumudur. Layihədə əməkdar rəssam Səbinə Şıxlinskaya, gənc istedadlar Nərgiz Əsgərova, Aliyə Bayramova və Timur Zaripoviç iştirak edirlər.
Sərginin kuratoru Mənsurə Məmmədəliyeva bildirib ki, ekspozisiya təkcə ənənələri tərənnüm etmir, həm də Azərbaycanın hamam mədəniyyəti və tarixinin çoxqatlı semantikasını su, yaddaş və təmizlik prizmasından araşdırır:
"Sərgi çərçivəsində hamam yalnız fiziki məkan kimi deyil, həm də sosial münasibətlərin, şəxsi xatirələrin və mədəni varisliyin daşıyıcısı kimi təqdim olunur. Rəssamların əsərləri hamamı axar yaddaşın, nəsilləri və təcrübələri birləşdirən, kollektiv kimliyi formalaşdıran və tarixi-mədəni irsi yenidən dəyərləndirən bir məkan kimi göstərir", - Mənsurə Məmmədəliyeva Trend-ə bildirib.
Məşhur "Arka Sokaklar" serialının sevilən obrazı "Hüsnü �
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Hacıq
Rusiyanın Xalq artisti Filipp Kirkorov məhkəmə qarşısına çıxacaq.
ABŞ Prezidenti Donald Tramp Tokioda Yaponiyanın baş naziri Sanae Takaiçi il�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbra
Türkiyə və Azərbaycan - iki dövlət, iki respublikadır. Amma bu iki xalqı
Amerikalı milyarder İlon Mask "Grokipedia" adlı yeni onlayn layihə
Türkiyədə yaşayan azərbaycanlı model Pərvin Həsənzadənin paylaşımı
Baş Prokurorluğun İstintaq İdarəsində qeyri-hökumət təşkilatlarının
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akade
Marketdə iş yoldaşını qətlə yetirən 2005-ci il təvəllüdlü Sənan Ş�
Ağstafa rayonunun Tatlı, Yaradullu və Köhnəqışlaq kəndlərində sakinlə
Keniyanın Kvale bölgəsində təyyarə qəzaya uğrayıb.
Tele-aparıcı Vüsalə Əlizadə verilişinin təkrar yayımlanması izləyicil
Video çəkməkdə məqsədim atamı biabır etmək deyildi. Sadəcə illərlə
