Vəfa Allahverdiyevanın məhkəmə zalında həbsi tələb edildi
Digərləri 27 Okt 2025 14:56:00 61 0
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Vəfa Allahverdiyevanın məhkəmə istintaqı tamamlanıb.
Bu xəbəri də oxu: Kinolara çəkilir, amma insan deyil FOTO
Son.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror yekun çıxış edib.
O bəyan edib ki, Vəfa Allahverdiyevaya verilmiş ittiham kifayət qədər dəlil-sübutlar və şahid ifadələri əsasında təsdiqini tapıb. Prokuror bu əsasla onun 7 il 6 ay, birgə ittiham olunduğu Təranə Bağırovanın 9 il azadlıqdan məhrum edilməsini tələb edib. Sonuncu başqa cinayətə görə hazırda həbsdədir. Azadlıqda olan V.Allahverdiyevanın məhkəmə zalında qandallanması istənillib.
İş üzrə zərərçəkmiş Cavanşir Məmmədəliyevi isə yalnız ələ keçirilən 51 min manat pulunun geri qaytarılması maraqlandırır. O, hansı cəzanın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib.
Qeyd edək ki, Vəfa Allahverdiyeva ötən ilin sentyabrına kimi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun müavini işləyib. O, eyni zamanda icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri vəzifəsini icra edib./qafqazinfo.az
1 noyabr tarixində Fuad Axundov Opera Studiyasının səhnəsində Hacı Zeynal
Xalq artisti, müğənni Nazpəri Dostəliyevanın nəvəsinin doğum günü mə
Ramiz Mehdiyevin istintaqa cəlb olunması onun adına bağlı olan, onun çəti
Bakıda sürücülər arasında qalmaqal: hadisə qarajda baş verib.
Azərbaycanda restoran və kafe şəbəkələri ilə tanınan "Özsüt Azer
Təbiətin təqdim etdiyi şəfa mənbələri bir çox xəstəliyə qarşı təs
Oktyabrın 27-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətə
Oktyabrın 27-si səhər "Bitcoin"in (BTC) məzənnəsi 116.2 min doll
Xəbər verdiyimiz kimi, İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri S
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleya
"Bank Respublika"nın borcları artıb, əmanətlər geri çəkilib.
İranda Tehran əyalətindəki xüsusi yolda iki avtobus toqquşub, 30-a yaxın
Azərbaycanda Aİ-95 benzininin istehsalı kəskin azalıb.
Türkiyədə məşhur aktyorların bölüm başına aldığı məbləğlər aç�
Astroloqların apardıqları zəka testi nəticəsində Dolça və Qız bürclə
