Azərbaycan deputatları İrəvana getməkdən imtina etdi
Siyasət 27 Okt 2025 14:12:00 64 0
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək.
Son.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib.
Tahir Mirkişili deyib ki, Avronest PA-nın yarısını təşkil edən Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır: "Bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir, əksinə regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür. Bu barədə Azərbaycan Milli Məclisi dəfələrlə etiraz bəyanatları verib. Bu ilin avqust ayında Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında keçirilən sülh görüşündən sonra bütün dünyanın alqışladığı bu hadisə ilə bağlı Avropa Parlamentinin qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığına inamına bir daha ciddi zərbə vurub. Bu səbəblərdən İrəvanda keçiriləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik. Qeyd edim ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil. Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdırılması istiqamətində əməli addımlar da atılır".
İranda Tehran əyalətindəki xüsusi yolda iki avtobus toqquşub, 30-a yaxın
Azərbaycanda Aİ-95 benzininin istehsalı kəskin azalıb.
Türkiyədə məşhur aktyorların bölüm başına aldığı məbləğlər aç�
Astroloqların apardıqları zəka testi nəticəsində Dolça və Qız bürclə
İranda qadınlara qarşı məhdudlaşdırıcı təcrübələri ilə tez-tez xə
Rusiyada 5 yaşlı qız 21 günlük bacısını pəncərədən ataraq öldürüb
ABŞ Prezidenti Donald Tramp administrasiyasının Rusiyaya qarşı yeni sanksiy
Naxçıvanda yerləşən Ağbulaq İstirahət Mərkəzi istifadəsiz qalıb.
Audiovizual Şura tərəfindən həyata keçirilən monitorinq nəticəsində &q
Böyük Britaniyada 2007-ci ilin "Range Rover" modeli hərraca çıxar
Bakı, 27 oktyabr: "CineMastercard" kinoteatrlar şəbəkəsində popu
Sabah paytaxt Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
Zəngəzur dəhlizi və ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə form
