Kamaləddin Qafarov: “Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi”


Digərləri 25 Okt 2025 11:00:00 66 0

Kamaləddin Qafarov: “Qubadlının azad olunması Zəfərin mühüm strateji mərhələsi idi”

"25 oktyabr Azərbaycan  tarixinin  unudulmaz  səhifələrindən biridir. Bu gün biz təkcə bir şəhərin işğaldan azad edilməsini deyil, həm də 44 günlük Vətən müharibəsinin gedişində böyük dönüş yaradan tarixi bir mərhələni qeyd edirik". Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Bu xəbəri də oxu: Bu avtomobillər bahalaşacaq

O, bildirib ki, Qubadlı şəhəri strateji baxımdan mühüm mövqedə yerləşdiyi üçün onun azad olunması həm əməliyyat planına, həm də müharibənin ümumi gedişatına böyük təsir göstərmişdir." Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Şəhər və ətraf kəndlər düşmən tərəfindən möhkəmləndirilmiş istehkamlarla qorunurdu. Düşmən hərbi birləşmələrini yüksək dağ mövqelərində yerləşdirmişdi və buradan ordumuzun hərəkət istiqamətlərinə müntəzəm atəş açırdı. Lakin Azərbaycan əsgəri qarşısında bu istehkamlar da tab gətirmədi. Əvvəlcə strateji yüksəkliklər ələ keçirildi, ardınca Xanlıq, Padar, Sarıyataq kimi kəndlər düşməndən təmizləndi. Nəhayət, 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərinə daxil olaraq orada dövlət bayrağımızı ucaltdı."         Millət vəkilinin fikrincə, Qubadlı əməliyyatının uğurla başa çatması, əslində, Zəngilan və Laçın istiqamətlərində də növbəti qələbələrin əsasını qoydu: "Məhz Qubadlının azad olunması ilə Azərbaycan Ordusu həm Qarabağın cənub-qərb hissəsində strateji nəzarəti təmin etdi, həm də Ermənistan ordusunun logistika xətlərini tam çökdürdü. Düşmənin müqavimət gücü qırıldı, onun müdafiə sistemində ciddi boşluqlar yarandı. Bu isə müharibənin son mərhələsinə - Şuşa əməliyyatına doğru gedən yolda çox vacib addım idi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan bu əməliyyat bir daha sübut etdi ki, Azərbaycan Ordusu dünyanın ən peşəkar və müasir ordularından biridir. Ordumuzun yüksək döyüş ruhu, texniki təchizatı və taktiki hazırlığı bu uğurun qazanılmasında əsas amillərdən oldu.  Qubadlı uğrunda döyüşlərdə iştirak edən igid hərbçilərimizin qəhrəmanlıqlarının əbədiləşdirilməsi məqsədilə dövlət başçısının müvafiq Sərəncamı ilə "Qubadlının azad olunmasına görə" medalı təsis edilib. Bu medal təkcə fərdi igidliyin deyil, həm də xalqın birliyinin, vətənpərvərlik ruhunun rəmzidir. Bu gün 25 oktyabr - Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilən bu tarix Azərbaycanın Zəfər salnaməsinin ayrılmaz hissəsidir. Qubadlı şəhəri günü hər bir azərbaycanlı üçün qürur, fərəh və minnətdarlıq günüdür" .

Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edir  FOTOlar like
  • 25 Okt 10:50  
Digərləri Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edir FOTOlar

Paytaxtda Ağ Amerika kəpənəklərinə qarşı profilaktika işləri davam edi

arrow Ətraflı
Oktyabrın sonu bəzi bürclər üçün möcüzə vəd edir – Yeni dövr başlayır! like
  • 25 Okt 10:41  
Digərləri Oktyabrın sonu bəzi bürclər üçün möcüzə vəd edir – Yeni dövr başlayır!

Oktyabr ayının son günləri bəzi bürclər üçün dönüş nöqtəsi olacaq

arrow Ətraflı
ABŞ bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi like
  • 25 Okt 10:28  
Dünya ABŞ bu ölkənin prezidentinə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Kolumbiya Prezidenti Qustavo Fransisko Petro Urreqonu (Gustavo Petro) narko

arrow Ətraflı
Bakıda kişi motosikletçini qəsdən yıxmaq istədi  VİDEO like
  • 25 Okt 10:20  
Digərləri Bakıda kişi motosikletçini qəsdən yıxmaq istədi VİDEO

Bakıda orta yaşlı kişi motosikletçini yıxmağa cəhd edib.

arrow Ətraflı
Dalğalar üzərində imperiya: Rusiyanın kölgə donanması necə qlobal sanksiyaları yarır like
  • 25 Okt 10:09  
Siyasət Dalğalar üzərində imperiya: Rusiyanın kölgə donanması necə qlobal sanksiyaları yarır

Rusiyaya qarşı Ukraynadakı müharibəsinə görə tətbiq olunan sanksiyalar

arrow Ətraflı
Rusiya Kiyevdə uşaq bağçasını vurdu  Yaralananlar var like
  • 25 Okt 09:42  
Dünya Rusiya Kiyevdə uşaq bağçasını vurdu Yaralananlar var

Rusiya ordusu Kiyevə ballistik raketlərlə zərbə endirib.

arrow Ətraflı
Bu gündən heyvan bazarları bağlanır like
  • 25 Okt 09:39  
Digərləri Bu gündən heyvan bazarları bağlanır

Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarlar

arrow Ətraflı
Bulvarda Zəfər konserti olacaq like
  • 25 Okt 09:20  
Kriminal Bulvarda Zəfər konserti olacaq

Paytaxtda Zəfər konserti olacaq.

arrow Ətraflı
25 oktyabr üçün Tarot bürclər proqnozu  tale sənə irəliləmək siqnalı verir like
  • 25 Okt 09:15  
Digərləri 25 oktyabr üçün Tarot bürclər proqnozu tale sənə irəliləmək siqnalı verir

25 oktyabr üçün Tarot proqnozu xəbərdarlıq edir: taleyin gücü, keçmişd

arrow Ətraflı
Çin Ayın qaranlıq tərəfində tarixi kəşf etdi: Su ilə zəngin nadir meteorit tapıldı like
  • 25 Okt 08:08  
Digərləri Çin Ayın qaranlıq tərəfində tarixi kəşf etdi: Su ilə zəngin nadir meteorit tapıldı

Çin tərəfindən Ayın uzaq, qaranlıq tərəfinə göndərilən Chang'e-6

arrow Ətraflı
Balın içinə 1 qaşıq əlavə edin  Boğaz ağrısının təbii dərmanı like
  • 25 Okt 07:07  
Digərləri Balın içinə 1 qaşıq əlavə edin Boğaz ağrısının təbii dərmanı

Fəsil keçidləri ilə birlikdə artan soyuqdəymə, qrip və boğaz ağrısı

arrow Ətraflı
Stereotipləri qırdı: Çips yeyərək arıqladı, 48 kilo verdi like
  • 25 Okt 06:06  
Digərləri Stereotipləri qırdı: Çips yeyərək arıqladı, 48 kilo verdi

ABŞ-də yaşayan 40 yaşlı Keya Vinqfild arıqlama prosesində nə "Ozem

arrow Ətraflı
Sağlam qidalanmanın beş açarı  Yeməklərinizə əlavə edin! like
  • 25 Okt 05:05  
Digərləri Sağlam qidalanmanın beş açarı Yeməklərinizə əlavə edin!

Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma pəhriz trendlərindən ço

arrow Ətraflı
Alimlər mədəbağırsaq xərçənginin inkişaf səbəbini tapdı like
  • 25 Okt 04:04  
Digərləri Alimlər mədəbağırsaq xərçənginin inkişaf səbəbini tapdı

Alimlər mədə-bağırsaq xərçənginin inkişaf səbəbini müəyyən ediblə

arrow Ətraflı
Bu qidalar baş ağrısına səbəb olur – Xəbərdarlıq like
  • 25 Okt 03:03  
Digərləri Bu qidalar baş ağrısına səbəb olur – Xəbərdarlıq

Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi gündəlik qidalar baş ağrıs�

arrow Ətraflı