Balın içinə 1 qaşıq əlavə edin Boğaz ağrısının təbii dərmanı


Digərləri 25 Okt 2025 07:07:00 73 0

Balın içinə 1 qaşıq əlavə edin  Boğaz ağrısının təbii dərmanı

Fəsil keçidləri ilə birlikdə artan soyuqdəymə, qrip və boğaz ağrısı halları üçün təbii vasitələr yenidən gündəmə gəlib. Evdə asanlıqla hazırlana bilən qarışıqlar arasında ən təsirlilərindən biri - bal və qırmızı istiot (pul bibər) qarışığıdır.

Son.az xəbər verir ki, bu iki təbii məhsul birlikdə istifadə edildikdə, boğazı yumşaldır, mikrobları təmizləyir, öskürəyi azaldır və immuniteti gücləndirir. Xüsusilə gecə yatmazdan əvvəl bir çay qaşığı qəbul edildikdə, səhər boğazda yaranan yanma və ağrının xeyli azaldığı müşahidə olunur.

Bal - təbiətin ən güclü antibakterial maddələrindən biridir. O, boğazdakı iltihabı azaldır, toxumaları yumşaldır və bərpanı sürətləndirir. Qırmızı isti bibərdəki kapsaisin adlı maddə isə qan dövranını artırır, toxumalarda istilik və rahatlama yaradır, beləliklə sağalmanı dəstəkləyir.

Bu iki maddə birləşdikdə, həm antiseptik, həm də iltihabəleyhinə təsir göstərir. Soyuq qış günlərində bir çay qaşığı bala yarım çay qaşığı qırmızı istiot əlavə edib qarışdırmaq, boğazda ani rahatlıq yaradır və mikrobları məhv edir.

Bu təbii qarışım təkcə boğaz ağrısına deyil, həm də quru öskürək, bəlğəm və səs tutulması kimi problemlərdə də çox təsirlidir. Qırmızı isti bibərin təbii istilik təsiri tənəffüs yollarını açır, balın yumşaldıcı xüsusiyyəti isə boğazdakı qıcıqlanmanı azaldır. Gündə 1-2 dəfə istifadə edildikdə, qısa müddətdə yanma, ağrı və udqunma çətinliyi yox olur.

Qarışımı hazırlayarkən ən vacib qayda - balı qızdırmamaqdır. Yüksək temperatur balın tərkibindəki faydalı fermentləri məhv edir və təsirini azaldır. Buna görə də qarışım otaq temperaturunda hazırlanmalı, istiot birbaşa balın içinə əlavə edilməlidir. İstəyə görə, bir neçə damcı limon suyu da əlavə edilə bilər ki, bu da immunitetə əlavə dəstək verir.

"American Journal of Medicinal Food" jurnalında dərc olunan araşdırmaya əsasən, qırmızı istiotda olan kapsaisin maddəsi bakterial infeksiyalara qarşı güclü müdafiə yaradır və ağrını azaldır. Balın antimikrob təsiri ilə birləşdikdə isə, bu qarışım yuxarı tənəffüs yolları infeksiyalarına qarşı təbii qoruma funksiyası daşıyır. Lalə Qüdrətova Son.az

Stereotipləri qırdı: Çips yeyərək arıqladı, 48 kilo verdi like
  • 25 Okt 06:06  
Digərləri Stereotipləri qırdı: Çips yeyərək arıqladı, 48 kilo verdi

ABŞ-də yaşayan 40 yaşlı Keya Vinqfild arıqlama prosesində nə "Ozem

arrow Ətraflı
Sağlam qidalanmanın beş açarı  Yeməklərinizə əlavə edin! like
  • 25 Okt 05:05  
Digərləri Sağlam qidalanmanın beş açarı Yeməklərinizə əlavə edin!

Mütəxəssislər bildirirlər ki, sağlam qidalanma pəhriz trendlərindən ço

arrow Ətraflı
Alimlər mədəbağırsaq xərçənginin inkişaf səbəbini tapdı like
  • 25 Okt 04:04  
Digərləri Alimlər mədəbağırsaq xərçənginin inkişaf səbəbini tapdı

Alimlər mədə-bağırsaq xərçənginin inkişaf səbəbini müəyyən ediblə

arrow Ətraflı
Bu qidalar baş ağrısına səbəb olur – Xəbərdarlıq like
  • 25 Okt 03:03  
Digərləri Bu qidalar baş ağrısına səbəb olur – Xəbərdarlıq

Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi gündəlik qidalar baş ağrıs�

arrow Ətraflı
Sağlamlıq üçün ən faydalı ət növü  Balıq ya da toyuq deyil like
  • 25 Okt 02:02  
Digərləri Sağlamlıq üçün ən faydalı ət növü Balıq ya da toyuq deyil

Sağlam qidalanmanın əsas şərtlərindən biri zülalı düzgün mənbədən

arrow Ətraflı
59 yaşlı supermodeldən cazibədar like
  • 25 Okt 01:01  
Şou-biznes 59 yaşlı supermodeldən cazibədar

Dünya şöhrətli model Sindi Krouford yeni görüntüləri ilə diqqət çəki

arrow Ətraflı
Qaraciyəri toksinlərdən təmizləyir  Çayın içinə 1 ədəd əlavə edin like
  • 25 Okt 00:46  
Digərləri Qaraciyəri toksinlərdən təmizləyir Çayın içinə 1 ədəd əlavə edin

Soyuq havalarda həm orqanizmi isidən, həm də immuniteti gücləndirən təbi

arrow Ətraflı
Yük maşını restoranın içində aşdı like
  • 25 Okt 00:41  
Digərləri Yük maşını restoranın içində aşdı

Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
İki uşaq anasının acı etirafı: “3 ildir əlimə kişi əli dəymir” like
  • 25 Okt 00:31  
Şou-biznes İki uşaq anasının acı etirafı: “3 ildir əlimə kişi əli dəymir”

Məşhur televiziya ulduzu Khloe Kardashian "The Kardashians" serialı

arrow Ətraflı
“Heç kimin əleyhinə ifadə verməmişəm” like
  • 25 Okt 00:19  
Digərləri “Heç kimin əleyhinə ifadə verməmişəm”

Gürcüstanın sabiq Baş naziri İrakli Qaribaşvili məhkəmədə heç kimin �

arrow Ətraflı
“Kişi gözə gələcək”  Xalq artisti həyat yoldaşından danışdı like
  • 25 Okt 00:11  
Şou-biznes “Kişi gözə gələcək” Xalq artisti həyat yoldaşından danışdı

Xalq artisti Afaq Bəşirqızı həyat yoldaşı Əhməd Təhməzovla ad günün

arrow Ətraflı
İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib like
  • 25 Okt 00:06  
Siyasət İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin beşinci ildönümü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Qubadlının işğaldan azad edilməsinin beşinci ild�

arrow Ətraflı
Şad xəbəri həbsxanada aldı like
  • 25 Okt 00:04  
Dünya Şad xəbəri həbsxanada aldı

Fransanın sabiq Prezidenti Nikola Sarkozi həbsdə olduğu günlərdə baba olu

arrow Ətraflı
Günün qoroskopu: Soyuqqanlı qərarlar verin like
  • 25 Okt 00:01  
Digərləri Günün qoroskopu: Soyuqqanlı qərarlar verin

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horosco

arrow Ətraflı
Qubadlının işğaldan azad edilməsindən 5 il ötür like
  • 25 Okt 00:00  
Digərləri Qubadlının işğaldan azad edilməsindən 5 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.

arrow Ətraflı