Kamaləddin Qafarov: “Azərbaycan–Qazaxıstan iqtisadi əməkdaşlığı inkişaf edir”


Siyasət 21 Okt 2025 10:25:00 71 0

Kamaləddin Qafarov: “Azərbaycan–Qazaxıstan iqtisadi əməkdaşlığı inkişaf edir”

"Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari münasibətlər son dövrdə sürətlə inkişaf edir və bu əməkdaşlıq ölkələrimizin gələcək tərəfdaşlığının mühüm təməlini qoyur".

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

O, bildirib ki, dövlət başçıları- İlham Əliyev və Kasım-Jomart Tokayevin qarşılıqlı səfərləri, davamlı dialoq və strateji işbirliyi  nəticəsində iqtisadi əməkdaşlıq yalnız artım tempinə malik deyil, həm də keyfiyyətcə yeni mərhələyə qədəm qoyub."Cənab Prezident İlham Əliyevin Qazaxıstana növbəti səfər ərəfəsində "Kazinform"a verdiyi müsahibəsində də qeyd olunur ki, ikitərəfli iqtisadi əlaqələrin güclənməsində hər iki dövlət başçısının ardıcıl təşəbbüsləri böyük rol oynayır. Cənab Prezident vurğulayır ki, Azərbaycanda Qazaxıstan kapitalı ilə fəaliyyət göstərən 250-dən artıq kommersiya strukturu ölkələrimiz arasında iqtisadi etimadın göstəricisidir. Qarşılıqlı ticarət davamlı olaraq artmaqda davam edir və bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi sayəsində mümkün olub".       

Millət vəkili qeyd edib ki, Azərbaycan ilə Qazaxıstan arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq regionun iqtisadi inteqrasiyasını daha da möhkəmləndirir:

"Orta Dəhliz tranzit marşrutu üzərindən daşımaların həcmi 2024-cü ildə 3,5 milyon tonu keçmişdir, bu isə hər iki ölkənin yükdaşımada üstün mövqeyini güclənməsi deməkdir. 2022-ci ildə imzalanmış "2022-2027-ci illər üçün Yol Xəritəsi" bu prosesin strateji planını ortaya qoymuşdur: infrastrukturun sinxron inkişafı, əməliyyatların optimallaşdırılması, vahid tarif siyasətinin tətbiqi və logistika mərkəzlərinin yaradılması bu layihənin əsas prioritetləridir. Cənab Prezident İlham Əliyev öz müsahibəsində belə bir mühüm məqamı da vurğuladı ki, Azərbaycan ilə Qazaxıstan arasında neft-qaz sektorunda da əməkdaşlıq uğurlu nəticələr verir. SOCAR və "KazMunayQaz" arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton neftin tranziti haqqında baş saziş ölkələrimizin enerji sahəsindəki etimadını nümayiş etdirir. Eyni zamanda, yaşıl enerji və bərpaolunan mənbələrin təşviqi istiqamətində imzalanmış sazişlər ikitərəfli gündəlikdə əhəmiyyətli yer tutur. Bu təşəbbüslər yalnız iqtisadi deyil, ekoloji baxımdan da davamlı inkişafın rəmzidir. Eyni zamanda, ölkələrimiz arasında əməkdaşlıq həm də innovasiya və rəqəmsal inteqrasiya sahəsində inkişaf edir. Sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisi iki ölkənin informasiya infrastrukturlarını birləşdirəcək və regionda rəqəmsal əlaqələri daha da gücləndirəcək. Beləliklə, iqtisadi-ticari əməkdaşlıq, nəqliyyat-logistika və enerji sahələrindəki strateji yanaşma Azərbaycanın və Qazaxıstanın regiondakı rolunu möhkəmləndirir, qarşılıqlı faydalı tərəfdaşlığın dinamik inkişafını təmin edir. Bu, yalnız bugünkü nailiyyətlərin deyil, gələcəkdə formalaşacaq davamlı tərəfdaşlığın da zəmanətidir".

"iPhone"lara yeni funksiyalar gələcək  Bu tətbiqlərdə... like
  • 21 Okt 10:18  
Digərləri "iPhone"lara yeni funksiyalar gələcək Bu tətbiqlərdə...

"Apple" keçən ay iOS 26 yeniləməsinin buraxılmasından sonra ink

arrow Ətraflı
“Amerikanın çoxlarının xəbərsiz olduğu silahları var” like
  • 21 Okt 10:05  
Dünya “Amerikanın çoxlarının xəbərsiz olduğu silahları var”

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Avstraliyanın baş naziri Entoni Albanes

arrow Ətraflı
İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib like
  • 21 Okt 10:03  
Siyasət İlham Əliyevin rəsmi qarşılanma mərasimi keçirilib

Oktyabrın 21-də Qazaxıstanın paytaxtı Astanadakı "Akorda" Prezid

arrow Ətraflı
Bu marşrutdan istifadə edənlər təngə gəlib  "Bizimlə kobud davranırlar" like
  • 21 Okt 09:56  
Digərləri Bu marşrutdan istifadə edənlər təngə gəlib "Bizimlə kobud davranırlar"

Masazırdan şəhər istiqamətinə fəaliyyət göstərən 525 nömrəli avtobu

arrow Ətraflı
Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın FOTOları like
  • 21 Okt 09:41  
Digərləri Toyuna sayılı günlər qala meyiti tapılan Ləmanın FOTOları

Xəbər verdiyimiz kimi, oktyabrın 18-nə keçən gecə Mingəçevirdə 19 yaş

arrow Ətraflı
Azərbaycanlı reper müharibədə həlak oldu like
  • 21 Okt 09:38  
Şou-biznes Azərbaycanlı reper müharibədə həlak oldu

Qəza Boss kimi tanınan reper Rəşadət Əliyev vəfat edib.

arrow Ətraflı
Rubl bahalaşdı, avro ucuzlaşdı like
  • 21 Okt 09:11  
Digərləri Rubl bahalaşdı, avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Fərhad Paşayev vəfat etdi like
  • 21 Okt 09:07  
Kriminal Fərhad Paşayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, tarzən, Ağdamın "Şur" ansamblın

arrow Ətraflı
Sadə görünən bu hərəkət bizi sağlam edirmiş  cəmi 56 saniyənizi alır like
  • 21 Okt 08:41  
Digərləri Sadə görünən bu hərəkət bizi sağlam edirmiş cəmi 56 saniyənizi alır

Zürix Federal Texnologiya İnstitutunda aparılan yeni elmi tədqiqat, dərin n

arrow Ətraflı
Həftə boyu 3 bürcü əsl bayram abhavası gözləyir like
  • 21 Okt 07:07  
Digərləri Həftə boyu 3 bürcü əsl bayram abhavası gözləyir

Oktyabrın 20-dən 26-a kimi həftəlik ulduz falı üç bürc üçün dönüş

arrow Ətraflı
Bu dərmanları qəbul edərkən qəhvə içməyin  XƏBƏRDARLIQ like
  • 21 Okt 06:06  
Digərləri Bu dərmanları qəbul edərkən qəhvə içməyin XƏBƏRDARLIQ

Mütəxəssislər bəzi dərmanların qəbul edildiyi müddətdə qəhvə içmə

arrow Ətraflı
Qripdən tez sağalmaq üçün bunları edin like
  • 21 Okt 04:04  
Digərləri Qripdən tez sağalmaq üçün bunları edin

Havaların dəyişməsi ilə birlikdə qrip virusuna yoluxma halları artmağa b

arrow Ətraflı
Pişiyi sayəsində xərçəng olduğunu öyrəndi: "Həyatımı xilas etdi" like
  • 21 Okt 03:03  
Digərləri Pişiyi sayəsində xərçəng olduğunu öyrəndi: "Həyatımı xilas etdi"

İzmirdə yaşayan 51 yaşlı Cavidan Akkaya həyatını dəyişdirən hadisəni

arrow Ətraflı
Bu əlamətlər sizdə varsa, həkimə müraciət edin like
  • 21 Okt 02:02  
Digərləri Bu əlamətlər sizdə varsa, həkimə müraciət edin

Miqren adətən bir tərəfli, döyücü və ya şiddətli ağrı ilə müşayi�

arrow Ətraflı