Azərbaycanda ilk dəfə olaraq D8 Həftəsi təşkil edilir
Digərləri 17 Okt 2025 18:11:00 87 0
4 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin D-8 İnkişaf etməkdə olan Ölkələr Təşkilatının Baş Katibi ilə Bakıda keçirdiyi görüşdə aparılmış müzakirələrə uyğun olaraq Azərbaycan bu Təşkilatda fəal işlər aparmaqdadır. Bu həftə Azərbaycanda ilk dəfə olaraq D-8 Həftəsi təşkil edilir və D-8 Həftəsi çərçivəsində Azərbaycanda yaradılacaq D-8 Enerji və İqlim Mərkəzinə, D-8 Media Mükəmməllik Mərkəzinə və D-8 Nəqliyyat Mükəmməllik Mərkəzinə dair D-8 üzv ölkələrinin iştirakı ilə müvafiq görüşlər, həmçinin tarixdə ilk dəfə olaraq D-8 Komissarlarının qeyri-formal görüşü (Retreat) və İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri keçirilir. Bu tədbirlərdə D-8 Təşkilatının güclü iqtisadi bloka çevrilməsi məqsədilə Təşkilatda islahatlar, həmçinin iqlim, şəhərsalma, və media sahəsində əməkdaşlıq kimi yeni mövzuların D-8 gündəliyinə gətirilməsi məsələləri müzakirə edilmişdir. Azərbaycan ötən ilin dekabr ayında Qahirədə keçirilmiş D-8 Zirvə Görüşündə D-8 Təşkilatının 27 il əvvəl yaradıldığından sonra bu Təşkilatın üzvlüyünə qəbul edilmiş ilk ölkə olmuşdur. Hazırda D-8 üzv dövlətləri siyahısına Azərbaycan, Türkiyə, Misir, Nigeriya, Pakistan, İran, Indoneziya, Banqladeş və Malayziya daxildir. Hazırda Misir D-8-ə sədrlik edir və 1 yanvar 2026-cı ildən 2 il ərzində İndoneziya D-8-ə sədrlik edəcəkdir. İqlim və Şəhərlər üzrə D-8 Yüksək Səviyyəli Dialoq tədbiri Azərbaycanın COP29 Sədrliyi çərçivəsində təşkil edilir və tədbirdə D-8 üzv ölkələrinin İqlim və Şəhərsalma Nazirləri, D-8 Kommisarları və D-8 regionundan olan şəhərlərin rəhbərləri iştirak edir. Həmçinin D-8 üzv ölkələrindən olan İqlim və Şəhərsalma Nazirləri, D-8 Komissarları və şəhər rəhbərləri, həmçinin Azərbaycanın Üçüncü Milli Şəhərsalma Forumunda da iştirak etmişlər.
Bu xəbəri də oxu: Zəfəran haqqında bilmədiklərimiz –
Mərkəzi Nəbatət Bağının keçmiş rəhbəri, biologiya elmləri doktoru, p

Culfa rayonunun Bənəniyar su anbarında balıqların kütləvi tələfatının

Bu gün Şabranda baş verən bıçaqlanma hadisəsinin təfərrüatları məlum

Biləsuvarda 4 nəfərin ölümünə səbəb olan yol qəzasını törətməkd�

Pakistan-Əfqanıstan sərhədində kamikadze hücumu nəticəsində 7 pakistanl

Yasamal rayonunda 5 ünvanda minib-düşmə yeri yaradılıb.

Ötən ilin sonlarında restavrasiya ediləcəyi ilə gündəmə gələn "D

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş

Müğənni Mənzurə Musayeva qonaq olduğu verilişində şəxsi həyatı ilə

Perunun yeni hökuməti cümə axşamı açıqlayıb ki, korrupsiya və mütəş

Bu gün saat 12 radələrində Şabranda bıçaqlanma olub.

Keçmiş məmur çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərind
