Toy günü gəlinin ataanası ölmüşdü Kürəkən cəzalandırıldı


Digərləri 17 Okt 2025 17:45:00 72 0

Toy günü gəlinin ataanası ölmüşdü  Kürəkən cəzalandırıldı

Biləsuvarda 4 nəfərin ölümünə səbəb olan yol qəzasını törətməkdə təqsirləndirilən 30 yaşlı Xəyyam Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az qafqazinfo-ya isitinadla xəbər verir ki, hadisə ötən il dekabrın 28-i saat 08:38 radələrində rayonun Arazbarı kəndi ərazisində baş verib.

Həmin gün Cəbrayılın Cocuq Mərcanlı kəndində Xəyyamın baldızının toyu keçirilməli imiş. O, həyat yoldaşı, övladları, qayınanası və qayınatası ilə birgə sübh saatlarında Bakıdan rayona yola çıxıb. Lakin yorğun və yuxulu olduğundan onun idarə etdiyi "Opel" markalı avtomobil Biləsuvarda E.Kərimlinin sürdüyü "VAZ"la toqquşub. Nəticədə özü, arvadı Gözəl, oğlu Hüseyn və qızı Məlahət xəsarət alıblar. Qayınanası Şöhlət hadisə yerində, qayınatası Tofiq isə aldığı xəsarətlərdən bir neçə gün sonra xəstəxanada vəfat edib. Digər maşındakı şəxslərdən Məryəmxanım Kərimova və İlqar Kərimov da hadisə yerində ölüblər, bir nəfər isə yaralanıb.

Qəza səbəbindən isə toy xeyli müddət sonraya təxirə salınıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Xəyyam bildirib ki, baş vermiş hadisə həyatını alt-üst edib: "Yol-nəqliyyat qəzasında özüm də qayınatam və qayınanam daxil olmaqla yaxın qohumlarımı itirmişəm. Baldızımın toyunu yasa çevirdiyim üçün qohum-əqrəba arasına çıxa bilmirəm. Qarşı tərəfdən də rəhmətə gedənlər olub. Qəzanın ehtiyatsızlıqdan baş verdiyini, əməlimdən səmimi peşmanlığımı, zərərçəkmişlərə dəymiş ziyanı həm onların müalicə olunmaları, həm dəfn xərcləri ilə bağlı ödəməyimi, bununla əlaqədar borca düşdüyümü, işləyib qaytarmalı olduğumu, bundan başqa, himayəmdə iki azyaşlı uşağımın olmasını nəzərə almağınızı xahiş edirəm. Uşaqlarım da hadisədə xəsarət aldı, onkoloji xəstəlikdən əziyyət çəkən arvadım da mənim himayəmdədir. Ailənin yeganə gəlir gətirən fərdi olmağım nəzərə alınmaqla yekun qərarda işləməyimə şərait yaradılması üçün azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edirəm".

Xəyyam Quluzadə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrumetmə və əlavə olaraq 4 il sürücülük hüququnun məhdudlaşdırılması cəzasına məhkum edilib. O, müəyyən şərtlər daxilində məntəqətipli cəzaçəkmə müəssisəsini tərk edə biləcək.

Son.az 

Pakistanda güclü zəlzələ oldu like
  • 17 Okt 17:44  
Dünya Pakistanda güclü zəlzələ oldu

Pakistanın şimalında 5,5 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı
PakistanƏfqanıstan sərhədində atəşkəs pozuldu  7 pakistanlı əsgər həyatını itirib like
  • 17 Okt 17:42  
Dünya PakistanƏfqanıstan sərhədində atəşkəs pozuldu 7 pakistanlı əsgər həyatını itirib

Pakistan-Əfqanıstan sərhədində kamikadze hücumu nəticəsində 7 pakistanl

arrow Ətraflı
Daha 5 avtobus zolağında minik avtomobilləri CƏRİMƏLƏNMƏYƏCƏK like
  • 17 Okt 17:31  
Digərləri Daha 5 avtobus zolağında minik avtomobilləri CƏRİMƏLƏNMƏYƏCƏK

Yasamal rayonunda 5 ünvanda minib-düşmə yeri yaradılıb.

arrow Ətraflı
Bakının məşhur kinoteatrı bərpa olunmayacaq  Tarixi abidə statusu verilmədi like
  • 17 Okt 17:25  
Kriminal Bakının məşhur kinoteatrı bərpa olunmayacaq Tarixi abidə statusu verilmədi

Ötən ilin sonlarında restavrasiya ediləcəyi ilə gündəmə gələn "D

arrow Ətraflı
Putin və Tramp arasında gözlənilən görüş bu tarixdə olacaq like
  • 17 Okt 17:20  
Dünya Putin və Tramp arasında gözlənilən görüş bu tarixdə olacaq

Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüş

arrow Ətraflı
"Müğənniyə ərə gedəcəkdim, anam icazə vermədi" like
  • 17 Okt 17:08  
Şou-biznes "Müğənniyə ərə gedəcəkdim, anam icazə vermədi"

Müğənni Mənzurə Musayeva qonaq olduğu verilişində şəxsi həyatı ilə

arrow Ətraflı
Bu ölkədə fövqəladə vəziyyət elan oluna bilər like
  • 17 Okt 17:06  
Dünya Bu ölkədə fövqəladə vəziyyət elan oluna bilər

Perunun yeni hökuməti cümə axşamı açıqlayıb ki, korrupsiya və mütəş

arrow Ətraflı
"Bitcoin" kəskin ucuzlaşdı like
  • 17 Okt 17:00  
Digərləri "Bitcoin" kəskin ucuzlaşdı

"Bitcoin"in qiyməti 105,7 min dollara düşərək bir gün ərzində

arrow Ətraflı
Şabranda dəhşət  Arvadını təqib edib məktəbdə bıçaqladı like
  • 17 Okt 16:52  
Digərləri Şabranda dəhşət Arvadını təqib edib məktəbdə bıçaqladı

Bu gün saat 12 radələrində Şabranda bıçaqlanma olub.

arrow Ətraflı
Ermənistanda keçmiş mer saxlanıldı like
  • 17 Okt 16:40  
Dünya Ermənistanda keçmiş mer saxlanıldı

Keçmiş məmur çirkli pulların yuyulmasında və vəzifə səlahiyyətlərind

arrow Ətraflı
Əməkdar artistin səhhətində problem yarandı  FOTO like
  • 17 Okt 16:36  
Şou-biznes Əməkdar artistin səhhətində problem yarandı FOTO

Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb. 

arrow Ətraflı
“Bakı Metropoliteni”ndə departament rəisi vəzifəsindən azad edildi  FOTO like
  • 17 Okt 16:31  
Digərləri “Bakı Metropoliteni”ndə departament rəisi vəzifəsindən azad edildi FOTO

"Bakı Metropoliteni" QSC-nin Ətraf mühit, sağlamlıq və təhlük�

arrow Ətraflı
Azərbaycanda heyvan bazarlarında məhdudiyyətlər tətbiq olunacaq  BU TARİXDƏN like
  • 17 Okt 16:28  
Digərləri Azərbaycanda heyvan bazarlarında məhdudiyyətlər tətbiq olunacaq BU TARİXDƏN

2025-ci il 25 oktyabr tarixindən etibarən ölkə ərazisində fəaliyyət gös

arrow Ətraflı
Bakıda "Eşref Rüya"nın məşhur aktyorunun oxşarı üzə çıxdı  VİDEO like
  • 17 Okt 16:20  
Digərləri Bakıda "Eşref Rüya"nın məşhur aktyorunun oxşarı üzə çıxdı VİDEO

Bakıda Türkiyənin tanınmış aktyoru Görkem Sevindikin oxşarı yaşayır.

arrow Ətraflı
Bu ölkədə 13 saatlıq iş günü qanuniləşdi like
  • 17 Okt 15:55  
Dünya Bu ölkədə 13 saatlıq iş günü qanuniləşdi

Yunanıstan parlamenti geniş ictimai etirazlara və ümummilli tətillərə bax

arrow Ətraflı