Kreml PutinTramp telefon danışığının təfərrüatını açıqladı
Siyasət 16 Okt 2025 23:29:00 81 0
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinlə Donald Trampın telefon danışığının təfərrüatlarını açıqlayıb.
Son.az xəbər verir ki, Uşakovun sözlərinə görə, prezidentilərin telefon danışığı təxminən iki saat yarım davam edib və çox məzmunlu, son dərəcə səmimi və etibarlı olub.
Ukrayna böhranına xüsusi diqqət yetirilib, Rusiya prezidenti vəziyyəti dəyərləndirib, Moskvanın sülh yolu ilə siyasi və diplomatik həllə nail olmaqda maraqlı olduğunu bildirib.
Uşakovun sözlərinə görə, Putin qeyd edib ki, Rusiya strateji təşəbbüsü əlində saxlayır, Ukrayna isə terror üsullarına əl atır və Rusiya buna cavab verməyə məcburdur.
Kreml rəsmisi əlavə edib ki, Tramp da öz növbəsində Ukraynada tezliklə sülhün bərqərar olmasının vacibliyini dəfələrlə vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, Rusiya-Ukrayna münaqişəsinin ən çətin olduğunu sübut edən fikir bütün söhbət zamanı özünü büruzə verib:
"ABŞ prezidenti qeyd edib ki, münaqişəyə son qoyulması əməkdaşlıq üçün böyük perspektivlər açacaq.
Telefon danışığı zamanı Ukraynaya mümkün uzaqmənzilli "Tomahawk" raketlərinin tədarükü məsələsinə də toxunulub. Putin bunun döyüş meydanında vəziyyəti dəyişməyəcəyini, lakin ölkələr arasında münasibətlərə ciddi ziyan vuracağını bir daha vurğulayıb".
Uşakov dövlət başçılarının yeni görüşün keçirilməsi imkanlarını da müzakirə etdiklərini söyləyib.
Qeyd edib ki, iki ölkənin nümayəndələrinin, məsələn Budapeştdə baş tuta biləcək görüşə dərhal hazırlaşmağa başlaması barədə razılıq əldə olunub.
"Təmas olduqca faydalı" oldu və iki lider təmasları davam etdirməyi razılaşdırıblar", - Putinin köməkçisi yekunlaşdırıb. (APA)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabr

Mətbəximizin ayrılmaz məhsullarından olan qiymə - kotletdən makaronlara,

"Xəyanətin ən çox yayılan səbəbi emosional və ya cinsi ehtiyacları

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəd

Kaliforniya Universitetinin (UC Irvine) alimləri adi optik kompüter siçanlar�

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəd

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizin ona qoyduğu qadağadan dan�

Türkiyənin Sivas bölgəsində yetişən və nadir tapıldığı üçün dəy�

Bəzi meyvə-tərəvəzlərin qiymətində kəskin bahalaşma müşahidə edilir

Son günlər Göyçayda ot bazarında bahalaşma müşahidə olunur. Belə ki, o

Bəzi qida əlavəli həkim məsləhəti olmadan qəbul edilərsə faydasız ol

"Pasha bank"da 2025-ci ilin I yarımilinə həsr olunan mətbuat konfr

"Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməz

Gəncədə "Araboğlu" un fabrikində başlayan yanğın tam söndür�
