Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
Siyasət 16 Okt 2025 22:48:00 83 0
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri çərçivəsində oktyabrın 16-da Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvi ilə görüşüb.
Bu xəbəri də oxu: Kreml PutinTramp telefon danışığının təfərrüatını açıqladı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Müqəddəs Taxt-Taca son 14 il ərzində altıncı səfər etdiyini xatırladan Birinci vitse-prezident Mehriban Əliyeva bu illər ərzində dövlətlərarası əlaqələrin çox möhkəm təməl, qarşılıqlı hörmət və dostluq əsasında inkişaf etdiyini bildirib. Birinci vitse-prezident bu illər ərzində bir sıra mühüm layihələrin bərpasında Heydər Əliyev Fondunun dəstəyini diqqətə çatdıraraq, gələcəkdə də bu fəaliyyəti davam etdirəcəklərini vurğulayıb.
Bu gün Müqəddəs Komodilya katakombalarının açılışında birgə iştirak etdiklərini deyən Mehriban Əliyeva bunun Heydər Əliyev Fondunun böyük layihələrindən biri olduğunu diqqətə çatdıraraq deyib: "Roma elə şəhərdir ki, həm yerin altı, həm də üstü demək olar səma altında açıq muzeydir. Bizim fəaliyyətimiz elə qurulub ki, bəzi layihələr sona çatan kimi yeni layihələrə start veririk. Bu, çox davamlı əməkdaşlıqdır və mən onu yüksək dəyərləndirirəm".
Baş keşiş kardinal Ceyms Harvi bu cür mühüm layihələri həyata keçirdiklərinə və görülmüş işlərə görə Müqəddəs Tax-Tac adından Azərbaycan dövlətinə və Heydər Əliyev Fonduna təşəkkürünü bildirib.
Kardinal qeyd edib ki, bütün katolik və xristian icmalarının əsaslarının qoyulmasında Müqəddəs Pavel çox böyük rol oynayıb. O, Müqəddəs Pavel Bazilikasında indi və gələcəkdə silsilə tədbirlərin keçiriləcəyini vurğulayaraq deyib: "Gördüyünüz bu nəcib işlər Sizin ölkənizi daha yaxından tanımaq üçün yaxşı fürsətdir".
Heydər Əliyev Fondunun Müqəddəs Pavel Bazilikasının örtüklərinin bərpasında iştirak etdiyini vurğulayan baş keşiş bu işin başa çatdırılmasında xeyli zəhmət çəkildiyini söyləyib. O, Romaya gələn zəvvarların sayını nəzərə alaraq, həmin bazilikada təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycanın dəstəyi ilə görülmüş işlərin müstəsna əhəmiyyətə malik olduğunu bildirib.
Sonra Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harviyə xatirə hədiyyəsi təqdim olunub. Son.az
Kaliforniya Universitetinin (UC Irvine) alimləri adi optik kompüter siçanlar�

Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyeva Müqəd

Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizin ona qoyduğu qadağadan dan�

Türkiyənin Sivas bölgəsində yetişən və nadir tapıldığı üçün dəy�

Bəzi meyvə-tərəvəzlərin qiymətində kəskin bahalaşma müşahidə edilir

Son günlər Göyçayda ot bazarında bahalaşma müşahidə olunur. Belə ki, o

Bəzi qida əlavəli həkim məsləhəti olmadan qəbul edilərsə faydasız ol

"Pasha bank"da 2025-ci ilin I yarımilinə həsr olunan mətbuat konfr

"Xaricdən gələndən sonra səhər başlamışdı hədə-qorxuya. Bilməz

Gəncədə "Araboğlu" un fabrikində başlayan yanğın tam söndür�

"Ad günü" filminin qəhrəmanları 48 ildən sonra bir araya gəlibl

Kredit götürərkən banklar vətəndaşdan zəruri olan bütün məlumatları

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Xəbər verdiyimiz kimi, Xalq artisti Afaq Bəşirqızı 75 illik yubileyini tə

18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür.
