Bu şəxslər dövlətdən pulsuz avtomobil ala bilər RƏSMİ
Digərləri 14 Okt 2025 15:06:00 70 0
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli, 501 nömrəli Qərarına əsasən, əlilliyi olan bəzi imtiyazlı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən minik avtomobilləri ilə təmin olunur.
Bu xəbəri də oxu: Azərbaycan əhalisinin sayı açıqlandı
Son.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası"na görə, bu imtiyazdan aşağıdakı kateqoriyalara aid şəxslər yararlana bilər:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;
1990-cı il 20 Yanvar hadisələri ilə bağlı əlilliyi müəyyən edilmiş şəxslər;
Hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlillik qazanan şəxslər;
Çernobıl AES qəzasının nəticələrinin aradan qaldırılması zamanı əlillik alan şəxslər.
Qeyd edək ki, bu şəxslər haqqında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin rəyinə əsasən Sosial Xidmətlər Agentliyində avtomobil növbəsinə götürülür və növbəlilik əsasında avtomobillə təmin olunurlar.
Qərara əsasən, avtomobil pulsuz təqdim edildikdən sonra onun sahibi vəfat edərsə, nəqliyyat vasitəsi ailənin mülkiyyətində qalır. Bu halda avtomobil ailə üzvlərindən birinin adına keçirilərək qeydiyyatdan çıxarılır. Bunun üçün ailə üzvləri ölüm haqqında şəhadətnamə, avtomobilin qeydiyyat sənədləri, varislik haqqında arayış və şəxsiyyət vəsiqələrinin surətlərini Sosial Xidmətlər Agentliyinə təqdim etməlidirlər.
Qanunvericiliyə əsasən, əlilliyi olan şəxsə verilən avtomobil satıla və ya bağışlana bilməz. Lakin avtomobili idarə etmək hüququ həmin şəxsin özünə və onunla eyni yaşayış məntəqəsində yaşayan, sürücülük vəsiqəsinə malik ailə üzvünə verilə bilər.
Bunun üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:
Avtomobil almış şəxsin və idarəetmə hüququ veriləcək ailə üzvünün şəxsiyyət vəsiqələrinin və sürücülük vəsiqəsinin surətləri;
Avtomobilin qeydiyyat şəhadətnaməsi;
Hər iki şəxsin yaşayış yerindən arayış;
Əlilliyi olan şəxsin yazılı ərizəsi.
Məlumat üçün bildirək ki, bu mexanizm əlilliyi olan şəxslərin sosial rifahını yaxşılaşdırmaq və onların gündəlik həyatını asanlaşdırmaq məqsədi daşıyır. Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumilikdə ötən dövrdə 7.8 min avtomobil təqdim edilib.
Rusiyada güneyli rejissor Cəfər Pənahinin "Sadə bir təsadüf" fi

Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş

44 günlük Vətən müharibəsi və tarixi Zəfərimizi simvolizə edən muzeyi

ABŞ Prezidenti Donald Tramp Qəzza ətrafında münaqişənin sülh yolu ilə h

Nazirlər Kabinetinin taksi fəaliyyəti ilə bağlı qəbul edilən qərarı b�

Azərbaycanda ilk özəl sənaye məhəllələri yaradıla bilər.

Müğənni Tacir Şahmalıoğlu açıqlaması ilə diqqət çəkib.

Taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin ə

Çoxuna adi kağız parçası kimi görünən bu sənəd onun, bəlkə də, ən

"Apple" şirkəti "Clips" adlı video redaktorunu rəsmi ola

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin

Gənc müğənni Elvin Babazadə Rusiyadan 20 illik deportasiya edilib.

13.10.2025-ci il tarixdə saat 10:30 radələrində Tərtər rayonu Seydimli kə

Milyonlarla oyun həvəskərinin illərdir gözlədiyi Grand Theft Auto VI (GTA
