Üç uşaq anası qızı ilə sinif yoldaşı oldu 31 yaşında attestat aldı


Digərləri 14 Okt 2025 13:56:00 81 0

Üç uşaq anası qızı ilə sinif yoldaşı oldu   31 yaşında attestat aldı

Çoxuna adi kağız parçası kimi görünən bu sənəd onun, bəlkə də, ən dəyərli qazancıdır. Üç uşaq anası olandan sonra aldığı doqquzuncu sinif attestatı illərdir çəkdiyi zəhmətin, əməyin bəhrəsi, ümidlərin, arzuların nəticəsidir. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət Şabran rayonunun Qazbabalı kənd sakini 31 yaşlı Surayə Heydərovanın kiçik görünən, özü üçün isə böyük uğurundan gedir. 

Onunla hələ illər öncə, jurnalist Coşqun Eldaroğlunun Şabranın ucqar dağ kəndində məktəbdən kənarda qalan uşaqlar üçün keçdiyi dərsləri lentə alan zaman tanış olmuşduq. Əslində uşaqlardan seçilməyən, arıq, çəlimsiz bu qızın 3 uşaq anası olduğunu, övladları ilə bərabər özünün də hazırlıqlara qoşulduğunu öyrənəndə təəccüblənmişdik. Nə kameraya düşmək, nə də danışmaq istəmişdi. Coşqun müəllimin sevimli şagirdlərindən olan Surayənin uşaqlıqdan ağır günlər keçirdiyini, körpə yaşlarında anasını itirdiyini, cəmi bir neçə gün məktəb üzü gördüyünü bilirdik. Əzmi, iradəsi və bacarığı sayəsində o, qarşısına qoyduğu hədəflərə addım-addım irəliləyir. Eksternat imtahanı verərək aldığı 9-cu sinif şəhadətnaməsi isə gələcək uğurlarının başlanğıcıdır. 

Surayə hekayəsini "Qafqazinfo"ya belə nəql edir: "Mən demək olar ki, məktəbdə olmamışam, cəmi bir neçə gün getmişəm. Coşqun müəllimin kəndə gəlib uşaqlara dərs keçdiyini öyrənəndə əvvəlcə uşaqlarımı onun yanına aparmaq qərarına gəldim. Sonra özümdə maraq yarandı. Coşqun müəllim təklif etdi ki, mən də dərslərə qoşulum. Çox sevindim və o gündən - təxminən 4 il bundan öncə mən də dərslərə hazırlığa qoşuldum". 

Həmsöhbətim deyir ki, uğurunda həyat yoldaşının böyük rolu var: "Üç övladım var - iki qız, bir oğlan. Böyük qızım Fidan 12 yaşında, oğlum Dünyamalı 11 yaşında, kiçik qızım Sadəgül isə 9 yaşındadır. Onlarla birgə oxumaq çətin deyil. Əksinə, öz övladınla sinif yoldaşı olmaq çox maraqlıdır.

Bəlkə də, əvvəllər cəmiyyətin təpkisi var idi, amma həyat yoldaşım məni dəstəklədi, hər zaman yanımda oldu. Attestat alana qədər çətinliyim o oldu ki, həm işləyir, həm uşaqlarla maraqlanır, həm də imtahana hazırlaşırdım. Yenə həyat yoldaşımın və müəllimimin dəstəyi ilə bu mərhələni keçdim. Onlar məni heç ruhdan düşməyə qoymadılar. İnşallah, 11-ci sinfin də attestatını alacağam".

S. Heydərova bu gün artıq işləyir, avtomobil idarə edir, öz ayaqları üzərində durmağa çalışır. Hədəfləri isə hələ böyükdür: "Bizim kəndimizdə məktəb 4 illikdir. Qızım 4-cü sinfi bitirdi və belə qərara gəldik ki, rayon mərkəzinə köçək. Çünki uşaqlarımızın təhsilsiz qalmasını istəmirik. Mən rayonda işləməyə başladım, insanları, cəmiyyəti daha yaxşı tanıdım. Oxumağın insan həyatını necə dəyişdirdiyini anladım. Dərk edirəm ki, gələcəkdə həyatını daha rahat yaşaması üçün hər kəs oxumalıdır. Hazırda da həyat yoldaşım mənə çox dəstək olur. O, imkanımız daxilində bir avtomobil aldı və mənə də onu idarə etməyi öyrətdi. İndi özüm maşın sürürəm və rahat işimə gedib-gəlirəm. Hədəfim ali təhsil almaq və xarici dil öyrənməkdir..."

“iPhone”da bu tətbiqi yükləmək olmayacaq like
  • 14 Okt 13:44  
Digərləri “iPhone”da bu tətbiqi yükləmək olmayacaq

"Apple" şirkəti "Clips" adlı video redaktorunu rəsmi ola

arrow Ətraflı
Taksi sürücüsü ilə VİDEOlarına görə arvadını öldürdü  Məhkəmədən like
  • 14 Okt 13:38  
Kriminal Taksi sürücüsü ilə VİDEOlarına görə arvadını öldürdü Məhkəmədən

Bakıda arvadını qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Vəliyevin

arrow Ətraflı
Azərbaycanlı müğənni 20 il müddətinə Rusiyadan deport olundu like
  • 14 Okt 13:25  
Şou-biznes Azərbaycanlı müğənni 20 il müddətinə Rusiyadan deport olundu

Gənc müğənni Elvin Babazadə Rusiyadan 20 illik deportasiya edilib.

arrow Ətraflı
Tərtərdə döyülən məktəblinin SON DURUMU like
  • 14 Okt 13:24  
Digərləri Tərtərdə döyülən məktəblinin SON DURUMU

13.10.2025-ci il tarixdə saat 10:30 radələrində Tərtər rayonu Seydimli kə

arrow Ətraflı
GTA 6nın buraxılış tarixi açıqlandı like
  • 14 Okt 13:00  
Digərləri GTA 6nın buraxılış tarixi açıqlandı

Milyonlarla oyun həvəskərinin illərdir gözlədiyi Grand Theft Auto VI (GTA

arrow Ətraflı
“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc 4 sutkalıq həbs olundu like
  • 14 Okt 12:36  
Digərləri “Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc 4 sutkalıq həbs olundu

Bakının mərkəzində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs m�

arrow Ətraflı
Bu ölkədə "VAZ2101" 50 min manata satılır  VİDEO like
  • 14 Okt 12:30  
Digərləri Bu ölkədə "VAZ2101" 50 min manata satılır VİDEO

Kubada Rusiyanın köhnə avtomobilləri fantastik qiymətə satılır.

arrow Ətraflı
Qayınatasını öldürüb maşınla üstündən keçmişdi  Cəzası bəlli oldu  FOTO like
  • 14 Okt 12:30  
Digərləri Qayınatasını öldürüb maşınla üstündən keçmişdi Cəzası bəlli oldu FOTO

Qayınatasını öldürməkdə, qayınanasını isə qətlə yetirməyə cəhdd

arrow Ətraflı
"Komedixana"nın aktyoru ilk dəfə qızını GÖSTƏRDİ like
  • 14 Okt 12:22  
Şou-biznes "Komedixana"nın aktyoru ilk dəfə qızını GÖSTƏRDİ

"Komedixana"nın sevilən simalarından olan Mənsur Şərifin görü

arrow Ətraflı
Sabah yağış yağacaq, şimşək çaxacaq like
  • 14 Okt 12:13  
Digərləri Sabah yağış yağacaq, şimşək çaxacaq

Oktyabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Maşına oğru girdi, 4000 manatı götürmədi like
  • 14 Okt 12:09  
Kriminal Maşına oğru girdi, 4000 manatı götürmədi

Sosial şəbəkədə oğurluq hadisəsi gündəm olub.

arrow Ətraflı
Hollivud ulduzunun 100 milyon dollarlıq mirası like
  • 14 Okt 12:00  
Şou-biznes Hollivud ulduzunun 100 milyon dollarlıq mirası

Hollivudun əfsanəvi aktrisası Dayan Kitonun ölümündən sonra onun arxasın

arrow Ətraflı
Unibank 2025ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb like
  • 14 Okt 11:55  
Digərləri Unibank 2025ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb

Unibank 2025-ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb

arrow Ətraflı
Azərbaycan siyasətinin 5 ili: müdafiədən qələbələrə like
  • 14 Okt 11:50  
Siyasət Azərbaycan siyasətinin 5 ili: müdafiədən qələbələrə

2020-ci ildə Qarabağın azad olunması və 2023-cü ildə Azərbaycanın əraz

arrow Ətraflı