Unibank 2025ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb


Digərləri 14 Okt 2025 11:55:00 87 0

Unibank 2025ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb

Unibank 2025-ci il üçüncü rübün maliyyə nəticələrini açıqlayıb

Unibank Kommersiya Bankı 2025-ci ilin üçüncü rübünün maliyyə nəticələrini açıqlayıb. Bankın əsas maliyyə nəticələri üzrə ilin əvvəlindən qeydə alınan artım, 3-cü rüb ərzində də davam edib. Bank hesabat dövründə ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin yüksəldilməsi, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edib. 

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 25%-dən çox artaraq, 510 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə verilmiş kreditlərin də payında ciddi artım olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu kreditlərin portfeldəki payında 43 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 112 milyon manat təşkil edib.  Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:  "2025-ci ilin 3-cü rübü Unibank üçün sabit artım və dayanıqlı maliyyə nəticələri ilə yadda qaldı. Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Müştəriyönümlü yanaşmamız, rəqəmsal bankçılıq həllərinin genişləndirilməsi və daxili idarəetmə proseslərində davamlı optimallaşdırmalar nəticəsində strateji inkişaf istiqamətlərimizi daha da möhkəmləndirdik. Unibank ölkənin real iqtisadiyyatına dəstəyini daha da artıraraq, xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində fəallığını gücləndirib. Qarşımızdakı dövrdə əsas məqsədimiz - innovativ, şəffaf və inklüziv maliyyə mühiti formalaşdırmaqla, həm müştərilərimiz, həm də ölkə iqtisadiyyatı üçün uzunmüddətli dəyər yaratmaqdır." Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 23%, sayı isə 29 % artıb. Üçüncü rübün sonuna nağdsız əməliyyatların həcmi 10,9 milyard manatı, sayı isə 337 milyonu ötüb.

Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artdığı üçün ümumi müştəri sayı 2,2 milyon nəfəri keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36 %, hüquqi şəxslərin sayı isə 17 %-dək artıb. 

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcminin 60 milyon manat artması fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb. Bankın məcmu gəlirlərinin cəmi 277 milyon manata çatıb. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 20 milyon manat artım deməkdir. Hesabat dövründə əməliyyat mənfəəti 42 milyon manat olub, xalis mənfəət isə 15,4 milyon manat təşkil edib. Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Məcmu kapital 33% artaraq, 224 milyon manata çatıb, aktivlərin həcmi isə 192 milyon manat artaraq 1,9 milyard manatı ötüb.

Bank ilk 9 ayı ərzində kapital adekvatlılığı əmsalını da yüksəldib. Bu göstərici 30 sentyabr 2025-ci il tarixə 14,74 % təşkil edib. 

Unibank - Sənin Bankın!


Xəbərə aid video

Azərbaycan siyasətinin 5 ili: müdafiədən qələbələrə like
  • 14 Okt 11:50  
Siyasət Azərbaycan siyasətinin 5 ili: müdafiədən qələbələrə

2020-ci ildə Qarabağın azad olunması və 2023-cü ildə Azərbaycanın əraz

arrow Ətraflı
İlkin Süleymanovun son məhkəməsi təxirə salındı like
  • 14 Okt 11:42  
Digərləri İlkin Süleymanovun son məhkəməsi təxirə salındı

10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Sül

arrow Ətraflı
Getdiyiniz kafelərin WiFiından sizi gizlicə izləyirlər like
  • 14 Okt 11:31  
Digərləri Getdiyiniz kafelərin WiFiından sizi gizlicə izləyirlər

Wi-Fi siqnallarının təhlili ilə şəxslərin varlığı, hərəkəti - hət

arrow Ətraflı
Azərbaycan Prezidenti: Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır like
  • 14 Okt 11:25  
Siyasət Azərbaycan Prezidenti: Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır

Qarabağ artıq yalnız milli qürurumuzun rəmzi deyil, həm də XXI əsrin day

arrow Ətraflı
Sabiq icra başçısı vəfat etdi  FOTO like
  • 14 Okt 11:25  
Digərləri Sabiq icra başçısı vəfat etdi FOTO

Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, Ağstafa Rayon

arrow Ətraflı
Türkiyədə bir kənd virusa görə karantinə alındı like
  • 14 Okt 11:20  
Dünya Türkiyədə bir kənd virusa görə karantinə alındı

Türkiyənin Samsun vilayətinin Alaçam rayonunda dabaq xəstəliyinin aşkar o

arrow Ətraflı
Prezident İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanlayıb like
  • 14 Okt 11:18  
Siyasət Prezident İlham Əliyev sərgi iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa,

arrow Ətraflı
Bulvarda attraksionlar yenidən açılır like
  • 14 Okt 11:16  
Digərləri Bulvarda attraksionlar yenidən açılır

Bakının Dənizkənarı Milli Parkındakı attraksionlar yenidən fəaliyyətə

arrow Ətraflı
Qızılın qiyməti rekorda çatdı like
  • 14 Okt 11:14  
Digərləri Qızılın qiyməti rekorda çatdı

Comex birjasında 2025-ci ilin dekabr fyuçersləri üzrə qızılın dəyəri b

arrow Ətraflı
Dürand xətasının kabusları: olmamalı müharibə like
  • 14 Okt 11:08  
Siyasət Dürand xətasının kabusları: olmamalı müharibə

Kabuslar ölmür. Onlar imperiyaların toz basmış arxivlərində öz vaxtını

arrow Ətraflı
Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə ləğv edir like
  • 14 Okt 11:05  
Siyasət Britaniya Azərbaycan və Ermənistana silah embarqosunu tamamilə ləğv edir

Böyük Britaniya parlamentinin saytında Birləşmiş Krallığın Avropa, Şim

arrow Ətraflı
Əli Əsədov bu agentliyə yeni səlahiyyət verdi like
  • 14 Okt 10:58  
Digərləri Əli Əsədov bu agentliyə yeni səlahiyyət verdi

Nazirlər Kabineti 2 iyun 2023-cü il tarixli "İşğaldan azad edilmiş ə

arrow Ətraflı
Bu ölkədə dağıdıcı zəlzələ ola bilər  Əhaliyə ciddi xəbərdarlıq edildi like
  • 14 Okt 10:51  
Dünya Bu ölkədə dağıdıcı zəlzələ ola bilər Əhaliyə ciddi xəbərdarlıq edildi

Yeni elmi araşdırma Şimali Amerikanın Qərb Sahilində yerləşən iki böy�

arrow Ətraflı