Türkiyədə bir kənd virusa görə karantinə alındı
Dünya 14 Okt 2025 11:20:00 91 0
Türkiyənin Samsun vilayətinin Alaçam rayonunda dabaq xəstəliyinin aşkar olunması ciddi narahatlıq yaradıb.
Bu xəbəri də oxu: Tramp: Hər kəsin mümkünsüz dediyi şeyi etdik...
Son.az xəbər verir ki, Tefekli məhəlləsində iri və xırdabuynuzlu heyvanlarda xəstəliyin aşkarlanmasından sonra 32 kənddə karantin və hərəkət məhdudiyyəti elan olunub.
Alaçam Kənd Təsərrüfatı və Meşə İdarəsinin məlumatına görə virusun yayılmasının qarşısını almaq üçün genişmiqyaslı profilaktik tədbirlər görülür.
Karantin tətbiq edilən yaşayış məntəqələrinə Akbulut, Akgüney, Aşağıakgüney, Bahşioymağı, Doyran, Göçkün, Gökçeağaçoymağı, Gökçeboğaz, Güvenli, Habilli, İncirli, Kapaklı, Karahüseyinli, Karlı, Karşıyaka, Kışlakonak, Killik, Madenler, Ortaköy, Örenli, Sancar, Sarılık, Soğukçam, Taşkelik, Yakacık, Yenice, Yeniköy, Yeşilköy, Yukarıelma, Yukarısoğukçam və Zeytinköy daxildir.
Alınan qərarlara əsasən, bu bölgələrdə iri və xırdabuynuzlu heyvanların daşınması və ticarəti qadağan olunub. Məhəllə muhtarlarına və sakinlərə vəziyyətin ciddiliyi barədə məlumat verilib, xəstəliyin yayılmaması üçün profilaktik tədbirlərə ciddi riayət olunması tövsiyə edilib.
Qeyd edək ki, Dabaq xəstəliyi (epizootik aftoz) heyvanlar arasında sürətlə yayılan, iqtisadi itkilərə səbəb olan təhlükəli virus infeksiyasıdır.
İsmayıl Son.az
Prezident İlham Əliyev 5-ci Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa,

Bakının Dənizkənarı Milli Parkındakı attraksionlar yenidən fəaliyyətə

Comex birjasında 2025-ci ilin dekabr fyuçersləri üzrə qızılın dəyəri b

Kabuslar ölmür. Onlar imperiyaların toz basmış arxivlərində öz vaxtını

Böyük Britaniya parlamentinin saytında Birləşmiş Krallığın Avropa, Şim

"Yaprak Dökümü" serialının baş rol ifaçısı Halil Ergün illə

Nazirlər Kabineti 2 iyun 2023-cü il tarixli "İşğaldan azad edilmiş ə

Yeni elmi araşdırma Şimali Amerikanın Qərb Sahilində yerləşən iki böy�

Sosial şəbəkədə yayılan video diqqət çəkib.

Son zamanlar ətin qiyməti bahalaşıb. Lakin sosial şəbəkələrdə bəzi ba

Kürdəmirdə ailə münaqişəsi nəticəsində kişi həyat yoldaşını bıç

Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində AB�

Məşhur rusiyalı aktrisa az qala görmə qabiliyyətini itirəcəkdi.

Ağdamda insan sümüklərinə oxşar skelet qalıqları tapılıb.
