"Sədərək"də agentlik rəsmilərinin döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA YENİLƏNİB
Digərləri 14 Okt 2025 10:46:00 73 0
10:46
Bu xəbəri də oxu: “Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc 4 sutkalıq həbs olundu
Dövlət Reklam Agentliyi "Sədərək" Ticarət Mərkəzində çalışan mühafizəçilərlə agentlik əməkdaşları arasında yaşanan insidentə aydınlıq gətirib.
Agentliyin Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı agentlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmayıb.
"Mövcud qanunvericiliyə əsasən açıq məkanda reklam anlayışı və onun əhatə dairəsi mülkiyyət əsasında müəyyən olunmayıb. İstinad edilən məhkəmə qərarına gəldikdə isə həmin qərarın məzmunu reklam daşıyıcıları ilə bağlı deyil, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə əlaqədardır.
Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3.1-ci bəndinə əsasən agentlik açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür.
Hazırda agentlik tərəfindən mütəmadi olaraq açıq məkandakı reklam daşıyıcılarının yenilənməsi, eləcə də həmin daşıyıcıların "Reklam haqqında" Qanununa, Nazirlər Kabinetinin müəyyən etdiyi reklam qurğularının yol kənarında yerləşdirilməsi standartlarına, reklam qurğularına aid texniki tələblərə və digər qanunvericilik aktlarına uyğunlaşdırılması istiqamətində zəruri tədbirləri görülür.
Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş "Reklam qurğularına Texniki Tələblər"ə əsasən reklam qurğuları şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də sanitariya norma və qaydalarının tələblərinə (o cümlədən, işıqlandırma və elektromaqnit şüalanmasına qoyulan tələblərə) uyğun layihələndirilməli, hazırlanmalı və yerləşdirilməli, təhlükəsiz istismar üçün yararlı olmalıdırlar. Həmçinin Texniki Tələblərin 2.2-ci bəndinə əsasən reklam qurğusu yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğusu üzərində yerləşdirildikdə, həmin qurğunun estetik görkəmini pozmamalı, konstruktiv baxımdan davamlılığa və dayanıqlılığa mənfi təsir göstərməməlidir.
Həvalə olunmuş vəzifələrinin icrası ilə əlaqədar, Dövlət Reklam Agentliyi tərəfindən "Sədərək" Ticarət Mərkəzinin kənarında yerləşdirilən bir sıra reklam daşıyıcılarının sadalanan qanunvericilik aktlarının tələblərinə cavab vermədiyi müəyyən edilib. Xüsusi ilə vurğulanmalıdır ki, sözügedən reklamlar Ticarət Mərkəzinin daxilində deyil, yol kənarından açıq şəkildə görünən, paytaxtın əsas giriş yollarından biri yerləşən, həmçinin açıq məkana ünvanlanan sahələrdə quraşdırılıb. Həmin reklam daşıyıcılarının mövcud vəziyyəti reklam qurğularına dair müəyyən edilmiş tələblərə cavab verməməklə yanaşı, yerləşdirildikləri ərazilərin estetik görünüşünə də mənfi təsir göstərir.
Bir daha qeyd edirik ki, agentlik sahibkarların mülkiyyət hüququna hörmətlə yanaşır və bu hüququn qorunmasını vacib prinsip kimi qəbul edir. Bununla belə, ictimai məkanın estetik görünüşünün qorunması, şəhər mühitində təhlükəsizliyin təmin edilməsi və qanunvericiliyin tələblərinə riayət olunması da prioritet istiqamətlərdəndir. Bu səbəbdən, həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyətinə müdaxilə deyil, qanunvericiliyin tələblərinin icrasına və ictimai maraqların qorunmasına yönəlmişdir", - deyə məlumatda vurğulanır.
09:48
Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzinin mühafizəçiləri Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyüblər.
Son.az xəbər verir ki, Dövlət Reklam Agentliyinin əməkdaşları "Sədərək" Ticarət Mərkəzində reklam lövhələrini sökmək istəyiblər. Mühafizəçilər tərəfindən təzyiqlə üzləşən Agentliyin əməkdaşları Ticarət Mərkəzindən qovulublar.
Məsələ ilə bağlı DİN-dən bildirildi ki, Sədərək Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Xəbərə aid video
Sosial şəbəkədə yayılan video diqqət çəkib.

Son zamanlar ətin qiyməti bahalaşıb. Lakin sosial şəbəkələrdə bəzi ba

Kürdəmirdə ailə münaqişəsi nəticəsində kişi həyat yoldaşını bıç

Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammiti çərçivəsində AB�

Məşhur rusiyalı aktrisa az qala görmə qabiliyyətini itirəcəkdi.

Ağdamda insan sümüklərinə oxşar skelet qalıqları tapılıb.

Bakıda yeni parklanma yerləri təşkil edilib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı

Maliyyə dünyasında fərqli yatırım vasitələri arasında qızıl və torpa

Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi start götürüb.

Yasamal rayonu, Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsin

Oktyabr ayı bəzi bürclər üçün sadəcə yeni ay deyil, həm də tamamilə

Xalq artisti Məleykə Əsədovanın qızı Gülərlə bağlı paylaşımı diqq

Dünən saat 15 radələrində Zərdab-Ucar yolunda ağır qəza baş verib.
