Uzunmüddətli gəlir üçün ən doğru seçim hansıdır qızıl, yoxsa torpaq?
Digərləri 14 Okt 2025 10:03:00 83 0
Maliyyə dünyasında fərqli yatırım vasitələri arasında qızıl və torpaq sahələri uzunmüddətli və nisbətən etibarlı yatırım seçimləri olaraq tanınır. Hər iki yatırım növü özünəməxsus üstünlüklərə və risklərə malikdir. Gələcəyə yatırım etmək üçün bəzi şəxslər qızıla, bəziləri isə torpaq - ev almağa üstünlük verirlər. Qızıl tarix boyunca sərvət qoruma vasitəsi kimi istifadə olunub. Torpaq sahələri isə uzun müddətli və stabil yatırım hesab olunur.
Bu xəbəri də oxu: Evdəki bu əşyalar internetin sürətini zəiflədirmiş Açıqlama
Bəs hansına yatırım edək?
Mövzu ilə bağlı Trend-ə açıqlamasında İqtisadçı ekspert Xalid Kərimli deyib ki, qızılın qiymətləri qlobal bazarlarda formalaşır, torpağın qiyməti isə əsasən ölkədaxili iqtisadi və sosial amillərlə bağlıdır:
"Qızılın qiymətinin artmasının əsas səbəblərindən biri dünyada qeyri-müəyyənliyin artmasıdır. Hazırda dünya əvvəlki idarəetmə modellərindən uzaqlaşır, müəyyən bir böhran vəziyyəti yaşanır. Ölkələr bir-birini qəbul etmir, yeni qaydalar tələb olunur, müharibələr baş verir, sanksiyalar tətbiq olunur, ticarət normaları dəyişir, iqtisadi gərginliklər artır və sair. Bütün bu amillər qızılın qiymətinə artırıcı təsir göstərir".
Digər tərəfdən, mərkəzi bankların tətbiq etdiyi ucuz pul siyasətləri də buraya təsir edir".
X.Kərimli vurğulayıb ki, dolların faiz dərəcəsinin aşağı salınması və inflyasiyanın azalması bəzi hallarda qızılın qiymətini bahalaşdırır:
Məsələn, ABŞ-da "shutdown" (hökumətin fəaliyyətinin dayandırılması) baş verərsə, bu da qızılın qiymətini artıran faktorlardan biri olur.
Ekspert qeyd edib ki, torpağın qiyməti isə birbaşa ölkə ilə, yəni yerli iqtisadi inkişafla əlaqəlidir. Gələcəkdə ölkədə iqtisadi inkişafın necə olacağı bu qiymətlərə təsir edir:
"Torpaq resursları məhduddur. Ancaq məsələn, Manhettendə bir sot torpaqla Somalidə bir sot torpağın qiyməti eyni deyil. Bu da göstərir ki, qiymət təkcə məhdudiyyətlə yox, yerləşmə yeri ilə də ciddi şəkildə bağlıdır.
Torpağın hansı ölkədə, hansı ərazidə yerləşməsi, həmin ölkənin iqtisadi potensialı, tikinti imkanları, əhalinin sıxlığı, alıcılıq qabiliyyəti, siyasi sabitlik və sair kimi çoxsaylı faktorlar torpağın dəyərinə təsir edir.
Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi start götürüb.

Yasamal rayonu, Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsin

Oktyabr ayı bəzi bürclər üçün sadəcə yeni ay deyil, həm də tamamilə

Xalq artisti Məleykə Əsədovanın qızı Gülərlə bağlı paylaşımı diqq

Dünən saat 15 radələrində Zərdab-Ucar yolunda ağır qəza baş verib.

Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb. P

Dünyada hər üç yetkindən biri yüksək təzyiq problemi yaşayır. Yüksək

Xalq artisti Aygün Kazımova həmkarı Zülfiyyə Xanbabayeva ilə bağlı etir

Dünyada antibiotiklərin əksəriyyəti 2018-ci ildən bəri geniş yayılmış

Araşdırmalar göstərir ki, təbiətdə vaxt keçirmək üçün saatlarla gəz

Yaponiyada aparılan genişmiqyaslı tədqiqat çəkisi az olan insanların COVI

Səhər yeməyini ötürmək metabolik sindrom riskini artırır.

Cənubi Afrikada tədiqatçılar vərəmin tənəffüs edilmiş havada müşahi

Malaziyada qadın sevgilisinin evli olduğunu öyrəndikdən sonra ona bıçaqla
