Keçmiş qayınatasını öldürüb, avtomobillə üstündən keçdi, qayınanasını bıçaqladı TƏFƏRRÜAT


Digərləri 13 Okt 2025 15:20:00 69 0

Keçmiş qayınatasını öldürüb, avtomobillə üstündən keçdi, qayınanasını bıçaqladı  TƏFƏRRÜAT

Şamaxı rayonunda qayınatasını xüsusi amansızlıqla öldürməkdə, qayınanasını isə bıçaqlamaqda təqsirləndirilən Elbrus Şeydayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Şeydayev 20 il azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Şamaxı rayonunun Əngəxaran kəndi ərazisində baş verib.

1995-ci il təvəllüdlü Elbrus Şeydayev 2022-ci ildə Nazlı Hüseynova ilə ailə həyatı qurub. Onlar ailə həyatı qurandan sonra Əngəxaran kəndində, Elbrusun anasına məxsus evdə yaşamağa başlayıblar.

Evləndikləri vaxtdan iki il keçməsinə baxmayaraq, cütlüyün övladı olmayıb. Elə bu məsələ də ailədə narazılıqlar yaradıb.

Prosesdə ifadə verən təqsirləndirilən şəxs Elbrus Şeydayev bildirib ki, övladlarının olmaması ilə bağlı qayınanası Püstə tez-tez onlara gələrək onun həyat yoldaşı Nazlı Hüseynovanın boşanmasını tələb edirmiş. 2024-cü ildə Püstə, həyat yoldaşı Əliağa Hüseynov və oğlu ilə gəlib, Nazlı Hüseynovanı götürüb Hökməli qəsəbəsindəki evlərinə aparıb. Elbrus Şeydayev dəfələrlə həyat yoldaşı ilə danışsa da, Nazlı Hüseynova evə qayırtmayıb və ondan boşanacağını deyib.

Nəhayət, bir müddət sonra ailə rəsmən boşanıb, Nazlı Hüseynova isə Elbrus Şeydayevin nömrəsini blok edib.

Hadisədən əsəbiləşən Elbrus qayınanasından qisas almaq qərarına gəlib. O, bir gün səhər saatlarında Əliağa Hüseynovun Əngəxaran kəndindəki evinin yaxınlığından keçərkən, həyət qapısının açıq olduğunu görüb. O, həyəti müşahidə edərkən kimsə qapını bağlayıb. Elbrus tam əmin olub ki, Əliağa Hüseynov və həyat yoldaşı Püstə Hüseynova həmin evdədirlər. O, dərhal evə gələrək özü ilə mətbəx bıçağı götürüb idarə etdiyi avtomobillə evin yaxınlığındakı yanacaqdoldurma məntəqəsində dayanıb, onların evdən çıxmasını gözləyib. Püstə Hüseynova ilə Əliağa Hüseynov evdən çıxıb dayanacağa gedərkən, Elbrus Şeydayev avtomobili onların üzərinə sürüb. Ər-arvad avtomobilin onları vuracağını görüb avtomobilin qarşısından qaçıb, kənara çəkiliblər. Bu vaxt Elbrus avtomobildən düşərək, əlindəki bıçaqla keçmiş qayınanası Püstə Hüseynovaya hücum edib. O, Püstə Hüseynovaya qarın nahiyəsindən bir neçə zərbə endirib. Bu vaxt orada olan qadının əri Əliağa Hüseynov daş parçaları ilə Elbrusa hücum edib. Elbrus isə qadını buraxıb Əliağa Hüseynova hücum edib və ona əlindəki bıçaqla bir neçə zərbə endirib. O, daha sonra idarə etdiyi avtomobilə əyləşərək hər iki şəxsi öldürmək üçün yaralıların üzərindən maşınla keçmək istəyib. Bu vaxt qadın hadisədən yayınsa da, Əliağa Hüseynov avtomobilin təkərləri altında qalaraq dünyasını dəyişib.

Hadisəni törədən Elbrus Şeydayev Şamaxı Rayon Polis Şöbəsinə gedərək təslim olub.

Hadisə nəticəsində 1979-cu il təvəllüdlü Əlağa Hüseynov hadisə yerində ölüb, həyat yoldaşı, 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya isə yoldan keçən şəxslərin köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb, E.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib./oxu.az

ANAMA əməkdaşları olan qardaşlar nişandan qayıdarkən qəzaya düşdü, biri öldü like
  • 13 Okt 15:06  
Digərləri ANAMA əməkdaşları olan qardaşlar nişandan qayıdarkən qəzaya düşdü, biri öldü

Beyləqanda qəza zamanı ikisi qardaş olmaqla 3 nəfər xəsarət alıb.

arrow Ətraflı
İllər sonra sərbəst buraxıldılar like
  • 13 Okt 15:00  
Dünya İllər sonra sərbəst buraxıldılar

Fələstinin HƏMAS hərəkatı bu gün sərbəst buraxacağı israilli girovlar

arrow Ətraflı
CineMastercardda “Tron: Ares” filminin nümayişi keçirildi like
  • 13 Okt 14:55  
Şou-biznes CineMastercardda “Tron: Ares” filminin nümayişi keçirildi

"CineMastercard" kinoteatrında Walt Disney Pictures studiyasının el

arrow Ətraflı
Bakıda bu marşrutun avtobusları yenilənir like
  • 13 Okt 14:30  
Digərləri Bakıda bu marşrutun avtobusları yenilənir

Bakının Sabunçu dəmoryol stansiyasını "Koroğlu" Nəqliyyat Müb

arrow Ətraflı
Azərbaycanda gəlin toyunda qaynanasının gəlinliyini geyindi like
  • 13 Okt 14:24  
Digərləri Azərbaycanda gəlin toyunda qaynanasının gəlinliyini geyindi

Azərbaycanlı influenser Ahu Kamranlı (Holisapiens) öz toy mərasimində qeyr

arrow Ətraflı
Bakıda bu ərzaq mağazası BAĞLANDI  sahibi cəzalandırıldı like
  • 13 Okt 13:34  
Digərləri Bakıda bu ərzaq mağazası BAĞLANDI sahibi cəzalandırıldı

Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsi, ev 6 ünvanında f�

arrow Ətraflı
Xocavənddə silahsursat satmaq istəyən şəxs saxlanıldı like
  • 13 Okt 13:24  
Digərləri Xocavənddə silahsursat satmaq istəyən şəxs saxlanıldı

Xocavənd rayonunda polis odlu silah-sursat satmaq istəyən şəxsi saxlayıb.

arrow Ətraflı
"Gözəllik kraliçası" yazdığı statusa görə saxlanıldı  FOTO like
  • 13 Okt 13:08  
Digərləri "Gözəllik kraliçası" yazdığı statusa görə saxlanıldı FOTO

Böyük Britaniyada sabiq gözəllik kraliçası Patrixiya Vagner üç məktəb

arrow Ətraflı
Tramp İsrail şərəf medalı ilə təltif edildi like
  • 13 Okt 12:56  
Dünya Tramp İsrail şərəf medalı ilə təltif edildi

İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampı prezidentin Şərəf Medalı

arrow Ətraflı
"iPhone" istifadəçilərinə şad xəbər: 1 il pulsuz olacaq like
  • 13 Okt 12:24  
Digərləri "iPhone" istifadəçilərinə şad xəbər: 1 il pulsuz olacaq

"Apple" şirkəti "iPhone 14" və "iPhone 15" isti

arrow Ətraflı
Üç Yol bədii filminin təqdimatı olub  FOTO like
  • 13 Okt 12:17  
Kriminal Üç Yol bədii filminin təqdimatı olub FOTO

Nizami Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi A

arrow Ətraflı
Ərdoğan tədbirdə uşaqlara pul payladı like
  • 13 Okt 12:00  
Digərləri Ərdoğan tədbirdə uşaqlara pul payladı

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rizedə açılış mərasimində i�

arrow Ətraflı