Xocavənddə silahsursat satmaq istəyən şəxs saxlanıldı
Digərləri 13 Okt 2025 13:24:00 57 0
Xocavənd rayonunda polis odlu silah-sursat satmaq istəyən şəxsi saxlayıb.
Bu xəbəri də oxu: Ərdoğan tədbirdə uşaqlara pul payladı
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, işğaldan azad olunan ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizliyin təmin olunması məqsədi ilə qanunsuz odlu silah-sursatın əldə edilməsi, saxlanılması və gəzdirilməsinin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Polis əməkdaşları tərəfindən Xocavənd rayonunda keçirilən tədbirlərlə Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evdən 2 "Kalaşnikov" avtomatı, 1 "İJ" markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb.
Araşdırmalarla R.Salahovun qanunsuz saxladığı odlu silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən edilib.
Faktla bağlı Xocavənd RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Böyük Britaniyada sabiq gözəllik kraliçası Patrixiya Vagner üç məktəb

İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampı prezidentin Şərəf Medalı

"Apple" şirkəti "iPhone 14" və "iPhone 15" isti

Nizami Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi A

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan Rizedə açılış mərasimində i�

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Xalq artisti Fəx

İlin əvvəlindən bəri Azərbaycanın maliyyə bazarlarında baş verən dön

Son günlər Bakıda "masaj salonu" adı altında fəaliyyət göstər

Azərbaycan Milli Məclisinin sabiq sədri, hazırda Amerikada mühacir həyatı

Sabunçu Tibb Mərkəzinin baş həkimi İlahə Şükürova vəzifəsindən azad

Otman-Bozdağ palçıq vulkanında oktyabrın 11-də, təxminən saat 08:30-09:1

Pirəkəşkül və Ağdərədə 13-17 oktyabr tarixlərində müddəti başa ça

Planetlərin hərəkəti bəzi bürclərin həyatında qeyri-sabitlik, qərarsı
