Cibə xeyri olsa da, səhhətə ziyandır
Digərləri 13 Okt 2025 10:19:00 56 0
Artıq paytaxtda günün istənilən saatı tıxac müşahidə olunur. Şəhərdə, sözün əsl mənasında, maşın əlindən tərpənmək mümkün deyil. Nəqliyyat vasitələrinin sayı o qədər çoxalıb ki, artıq qeyri-iş saatlarında, hətta gecə saatlarında belə sıxlıq yaranır. Ölkə səviyyəsində bu problemin aradan qaldırılması üçün mühüm tədbirlər görülür, bəzi özəl müəssisələr iş saatlarını dəyişir. Lakin bütün bunlara baxmayaraq, Bakıda saatlarla yolda qalmaq artıq adi hala çevrilib.
Bu xəbəri də oxu: Azərbaycanlı jurnalist vəfat etdi
Avtomobillərin sayının artması tıxacın əsas səbəblərindən biridir. Maşın almaq üçün kredit və lizinq şərtlərinin asanlaşdırılması, ilkin ödənişlərin azaldılması, eləcə də avtomobillərin əlçatan qiymətə təklif olunması bu marağı daha da artırır. Nəticədə, bəzi ailələrdə bir evdə bir neçə avtomobil olur. Bu, sosial rifahın göstəricisi kimi görünsə də, şəhər infrastrukturu üçün ciddi yük yaradır.
Son illər həm televiziyalarda, həm də sosial şəbəkələrdə çağırışlar edilir ki, insanlar şəxsi avtomobillərdən imtina edib ictimai nəqliyyata üstünlük versinlər. Amma sual yaranır: ictimai nəqliyyat bu qədər yüklənmiş şəhər üçün doğrudanmı uyğun və rahat seçimdir?
İctimai nəqliyyat qiymət baxımından sərfəli olsa da, rahatlıq və sağlamlıq baxımından çox zaman narahatlıq yaradır. Buradan hər cür insan istifadə etdiyindən, virus və infeksiyaların yayılması riski yüksəkdir. Xüsusilə, pik saatlarda insanların bir-birinə çox yaxın məsafədə getməsi infeksiyalara yoluxma ehtimalını artırır.
Bundan əlavə, ictimai nəqliyyat bir çoxları üçün stress mənbəyinə çevrilib. Ya avtobus gecikdiyinə görə, ya da avtobusdakı sıxlıq və səs-küy səbəbindən insan gərginlik yaşayır. Sərnişinlərin yüksək səslə danışması, uşaqların ağlaması, yaxud kiminsə telefonla görüntülü danışması sanki gündəlik səhnəyə çevrilib. Bəzən isə sürücü ilə sərnişin arasında yaranan mübahisələr bu stressi daha da artırır.
İnsan üçün ən dəyərli olan zaman amili də burada itir. İnsanlar saatlarla avtobus gözləyir, daha sonra boş yer tapmaq üçün növbəti avtobusu gözləməyə məcbur olurlar. Bu müddətdə itirilən vaxt isə əslində həyatın bir parçasıdır.
Tıxacların artması yalnız nəqliyyat problemini deyil, həm də insanların psixoloji durumunu təsir altına alır. Uzun müddət hərəkətsiz yolda qalmaq, səs-küy, əsəbi siqnallar və tələsik həyat tərzi insanlarda aqressiya və yorğunluq yaradır. Şəhər həyatı getdikcə daha çox stres və vaxt itkisi ilə sinonimə çevrilir.
İctimai nəqliyyatın mənfi cəhətləri sadəcə komfortsuzluqla məhdudlaşmır. Əksər marşrutlarda avtobuslar köhnədir, kondisioner işləmir, bəzi xətlərdə isə hərəkət intervalı çox uzundur. Pik saatlarda avtobuslar və metro qatarları fiziki olaraq dolur, insanlar nəfəs almaqda çətinlik çəkir. Bəzi sürücülərin kobud davranışı, qeyri-sabit hərəkət, sıx dayanacaqlar və səs-küylü mühit ictimai nəqliyyatdan istifadənin psixoloji olaraq da çətinləşməsinə səbəb olur. Belə şəraitdə vətəndaşın ictimai nəqliyyata üstünlük verməsi gözlənilən nəticəni vermir, əksinə, insanlar bu təcrübədən qaçmağa çalışır.
Şəxsi avtomobil hər kəs üçün əlçatan deyil, amma onu idarə edənlər də tıxacda uzun saatlar sərf edir. Alternativ variant kimi velosiped və skuterlər göstərilsə də, ölkəmizdə isti havaların uzunmüddətli olması bu nəqliyyat vasitələrini ilboyu istifadə üçün əlverişsiz edir.
İslam Son.az
Tanınmış meyxanaçı Rəşad Dağlının oğlu Yusif uğura imza atıb.

Gələn ildən Azərbaycanda faizsiz kreditlər təqdim oluna bilər.

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinə təbii qazın verilişi

İsrailin Qəzza zolağında iki ildir davam edən hücumlarının ardından kri

Oktyabrın 11-i günorta saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisind

Bakının Heydər Əliyev Beynəlxalq Hava Limanında Hindistanda çoxsaylı qə

Nazirlər Kabineti "Əlilliyin qiymətləndirilməsi Qaydası"na dəyi

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Müğənnilər Natavan Həbibi, Zamiq Hüseynov, Tunar Rəhmanoğlu və Nazim M�

Elm insanlarının fikrincə, qidalanma vərdişində edilən kiçik dəyişikli

Venera Şir bürcünə, Mars isə Xərçəng bürcünə girərək, qeyri-adi at�

Beynin müəyyən hissəsinə qan axınının qəfil dayanması və ya azalması

Muzey deyəndə çoxlarının ağlına qədim heykəllər, rəsm əsərləri və

Banan dadlı və şirin meyvədir, qəlyanaltı üçün də əla seçim sayılı
