Gələn il Həccə gedəcək zəvvarlar üçün sağlamlıq tələbləri açıqlandı
Digərləri 10 Okt 2025 22:21:00 76 0
Gələn il Səudiyyə Ərəbistanına gedən zəvvarlar üçün sağlamlıq tələbləri və göstərişlər müəyyənləşib.
Bu xəbəri də oxu: “Həzi AslanovƏhmədli” sahəsində interval 5 dəqiqə azaldıldı
Son.az Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir ki, bu barədə sənəd Səudiyyə Ərəbistanının səhiyyə orqanları tərəfindən Həcc və Ümrə ziyarəti üçün ölkəyə gedən zəvvarlara tətbiq edilən sağlamlıq tələblərini və profilaktik tədbirləri müəyyən etmək məqsədilə hazırlanıb.
Sənəddə əks olunan sağlamlıq tələbləri və göstərişlər aşağıdakı kimidir:
Ümumi sağlamlıq tələbləri
Zəvvarların və ziyarətçilərin sağlamlığına və təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Buna əsasən, yoluxucu və ya ictimai sağlamlığa təhlükə yaradan xəstəliklərdən əziyyət çəkən şəxslərin səfəri tövsiyə edilmir.
Aşağıdakı xəstəlikləri olan şəxslər Həccə getməkdən çəkinməlidirlər:
Xroniki ürək, böyrək və ya ağciyər xəstəlikləri;
Mərkəzi sinir sisteminin xroniki xəstəlikləri (məsələn, insultdan sonra yaranan hallar);
Diabet, immunçatışmazlıq və ya bədən müqavimətini azaldan xəstəliklər;
Hamilə qadınlar;
Uşaqlar və yaşlı insanlar;
Kimyaterapiya alan və ya xərçəng xəstələri.
Yoluxucu xəstəliklərə qarşı tədbirlər
Səudiyyə Ərəbistanına getmək istəyən zəvvarlar üçün COVID-19 peyvəndi tələb oluna bilər.
Peyvənd yalnız Səudiyyə Ərəbistanında təsdiq edilmiş vaksinlərdən biri olmalıdır.
Peyvənd səyahətdən ən azı 10 gün əvvəl, lakin 12 aydan çox olmayan müddətdə vurulmalıdır.
Epidemioloji vəziyyətə əsasən, Səudiyyə Ərəbistanı əlavə tələblər tətbiq edə bilər.
Məcburi peyvəndlər
a) Beyin qişası iltihabı (meninqokokk infeksiyası - ACWY)
Bütün zəvvarlar üçün məcburi peyvənddir.
Dördmikroblu meninqokokk peyvəndi (ACWY) tələb olunur.
Peyvənd Səudiyyə Ərəbistanına getməzdən azı 10 gün əvvəl, amma 3 ildən çox əvvəl olmamalıdır.
Peyvənd haqqında beynəlxalq sertifikat təqdim olunmalıdır.
b) Digər peyvəndlər (tövsiyə olunanlar)
Mövsümi qrip (influenza) peyvəndi;
Sarı qızdırma və poliomielit peyvəndləri - yalnız həmin xəstəliklərin mövcud olduğu ölkələrdən gələn zəvvarlara tətbiq olunur.
Giriş və səhiyyə nəzarəti tədbirləri
Səudiyyə Ərəbistanına gedən zəvvarlar sərhəd-keçid məntəqələrində tibbi yoxlamadan keçə bilərlər.
Sağlamlıq sənədləri və peyvənd sertifikatları yoxlanılacaq.
Lazım gəldikdə, əlavə tibbi tədbirlər və profilaktik nəzarət tətbiq oluna bilər.
Ümumi sağlamlıq tövsiyələri
Qida təhlükəsizliyinə və şəxsi gigiyenaya ciddi riayət edin.
Ziyarət zamanı su qəbulu, istidən qorunma və dincəlmə rejiminə əməl edin.
Qrup rəhbərlərinin və səhiyyə işçilərinin göstərişlərinə qulaq asın.
Yoluxucu xəstəliklərdən qorunmaq üçün sıx yerlərdə tibbi maskadan istifadə etmək tövsiyə olunur.
Xəstəlik əlamətləri hiss etdikdə dərhal tibbi yardım tələb edin.
Əlavə qeydlər
Səudiyyə Ərəbistanının səhiyyə orqanları beynəlxalq vəziyyəti nəzərə alaraq gələcəkdə əlavə tələblər və peyvəndlər barədə qərar qəbul edə bilər.
Bu qərarlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən yenilənə bilər.
Ermənistanın Antikorrupsiya Məhkəməsi keçmiş prezident Serj Sarqsyan bar�

Yeməyi içki ilə içməyin zərərli olduğu fikri mifdir.

Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Tacikistana işgüzar

Beynəlxalq tədqiqatçı qrupu müəyyən edib ki, qara qarağat şirəsi həm

İsrail ilə HƏMAS arasında "Qəzza Müharibəsinin Tamamilə Dayandırı

Xalq artisti Təranə Muradova üç gün əvvəl mərhum Xalq artisti Əminə Yu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Amerikalı repçi Kardi B ilə keçmiş həyat yoldaşı Offset arasında dava

Çay günün istənilən vaxtında sevilərək içilir. Lakin çayın dadını q

76 yaşlı Alla Puqaçova xaricdə yaşasa da, pensiyasını hələ də Rusiyada

Sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasi

"Qadın" hormonu kişiləri stress və depressiyadan qoruyurmuş.

Xalq artisti Miri Yusif "İstanbul" adlı yeni mahnı ifa edib.
