Putindən Qəzzədə atəşkəslə bağlı diqqətçəkən açıqlama
Dünya 10 Okt 2025 21:31:00 71 0
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hazırlanan və Qəzza Zolağında daimi atəşkəsi hədəfləyən "Qəzza Planı" barədə ilk dəfə danışıb.
Bu xəbəri də oxu: Daha bir azərbaycanlı müharibədə həlak oldu FOTO
Son.az xəbər verir ki, Putin bildirib ki, "Tramp bəzi məsələlərdə uğurlu, bəzi məsələlərdə isə deyil, amma o, çətin böhranları həll etmək üçün səy göstərir. Əgər Qəzza Planını uğurla həyata keçirə bilsə, bu, tarixi hadisə olacaq."
Putin bu fikirləri Tacikistanda keçirilən MDB Zirvəsi çərçivəsində təşkil olunan mətbuat konfransında səsləndirib.
Putin, Qəzzədə atəşkəs razılaşmasının icrası ilə bağlı Rusiyanın mümkün roluna da toxunub:
"Barış prosesinə bizim də qatılmağımız lazım ola bilər. Rusiya, Qəzzədə yaranmış vəziyyətin həlli üçün təklif verə biləcək gücə malikdir. Razılaşmaların icrası zamanı yarana biləcək problemlərin aradan qaldırılması üçün Rusiyanın öz tövsiyələri ola bilər."
Jurnalistlərin Trampın Qəzza Planı ilə bağlı "Rusiya bizi dəstəkləyir" açıqlamasını xatırlatmasına Putin belə cavab verib:
"Əsl əsas məsələ Fələstin dövlətinin yaradılmasıdır. Planı tam olaraq incələməmişəm, amma məlumatlara görə, idarənin mərhələli şəkildə Fələstin tərəfinə təhvil verilməsi və təhlükəsizliyin təmin olunması üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur. Orta Şərqdə vəziyyət son dərəcə həssasdır. Tramp bu planı gerçəkləşdirə bilsə, bu, tarixi uğur olar."
Putinə həmçinin Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı sual da verilib. Rusiya lideri buna belə cavab verib:
"Trampın Nobel Sülh Mükafatına layiq görülüb-görməməsi barədə qərar vermək mənlik deyil. Amma o, uzun illərdir davam edən böhranların həlli üçün çox şey edir. Trampın Ukrayna böhranını həll etmək istəyində səmimi və qətiyyətli olduğuna inanıram. Bəzi məsələlərdə uğur qazansa da, bəzilərində çətinliklər yaşayır, lakin çətin böhranları həll etmək üçün çalışır." Lalə Qüdrətova Son.az
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Tacikistana işgüzar

Beynəlxalq tədqiqatçı qrupu müəyyən edib ki, qara qarağat şirəsi həm

İsrail ilə HƏMAS arasında "Qəzza Müharibəsinin Tamamilə Dayandırı

Xalq artisti Təranə Muradova üç gün əvvəl mərhum Xalq artisti Əminə Yu

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Amerikalı repçi Kardi B ilə keçmiş həyat yoldaşı Offset arasında dava

Çay günün istənilən vaxtında sevilərək içilir. Lakin çayın dadını q

76 yaşlı Alla Puqaçova xaricdə yaşasa da, pensiyasını hələ də Rusiyada

Sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasi

"Qadın" hormonu kişiləri stress və depressiyadan qoruyurmuş.

Xalq artisti Miri Yusif "İstanbul" adlı yeni mahnı ifa edib.

Azərbaycan Yüksəliş Partiyasının sədri (ləğv edilib-red) Anar Əsədlin

Paytaxtın Nərimanov rayonunda soyğunçuluq hadisəsi və avtomobillərdən si

İsmayıllıda Qızıləhmədi almanın yığımına başlanılıb.
