Məzahir Pənahovun gəlini: “Pasportumu götürüb qaçdım”
Digərləri 02 Okt 2025 22:34:00 66 0
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahov onunla bağlı çıxarılan boşanma və əmlakın qaytarılmasına dair məhkəmə qərarlarından narazı qalıb və Ali Məhkəməyə şikayət verib.
Bu xəbəri də oxu: Çağırışa gedən təcili yardım avtomobili yolda qaldı Xəstəni yük maşını ilə gətirdilər
M.Pənahovun həyat yoldaşı Həlimə Ələsgərova həm aralarındakı nikaha xitam verilməsi, həm də zinət əşyaları, cehizi, paltarları və s. əmlakının qaytarılması tələbiylə məhkəmədə iddia qaldırmışdı. Cütlük 2022-ci ilin iyulunda evlənib. İki il sonra qadın boşanma üçün məhkəməyə üz tutub. H.Ələsgərova bildirib ki, evləndikləri ilk vaxtlardan Məhəmməd onu döyüb, ancaq ailəsinin dağılmaması üçün uzun müddət dözüb. Onlar 2023-cü ilin oktyabrında Amerikaya - Kaliforniya ştatının Los-Anceles şəhərinə yaşamağa gediblər. H.Ələsgərova ötən ilin yanvarında Bakıya gəlib, təxminən iki ay burada qalandan sonra, martın sonunda həyat yoldaşının yanına qayıdıb. Onun sözlərinə görə, Amerikada təxminən iki ay M.Pənahovla birlikdə yaşayandan sonra onun işgəncələrinə dözə bilməyib: "Növbəti işgəncədən sonra - mayın 27-də, Məhəmməd yatdığı vaxt gizli şəkildə pasportumu və bank kartımı götürüb Bakıya qaçdım".
Qadının dediyinə görə, əri Azərbaycana qayıtdığını bilincə, onun Bakıda yaşadıqları evə buraxılmamasına göstəriş verib. Bu məqsədlə evin qapılarındakı açarları dəyişiblər.
Sənəti rəssam olan H.Ələsgərova, bu üzdən, evdə rəsm əsərlərindən tutmuş, şəxsi əşyalarına, cehizinədək heç nəyini götürə bilmədiyini söyləyir.
"Kameralar işlədiyindən ora gedib nəsə götürsəydim, ortada sübut olardı"
Bakıya qayıdandan bir ay sonra - 2024-cü ilin iyununda boşanmaq üçün məhkəmədə iddia qaldıran H.Ələsgərova əşyalarını da tələb edib. Bildirib ki, dəyəri 170 min manat olan və toyda hədiyyə verilmiş brilyant komplekt, 85 min manatlıq təkqaş brilyant üzük, 70 min manatlıq bir başqa sırğa-üzük dəsti və s. çoxsaylı zinət əşyaları qayınanası Emma Pənahovadadır. Amerikaya gedəndə ərinin göstərişiylə ona saxlamağa vermişdi: "Deyirlər ki, mən o əşyaları özüm həmin evdən götürmüşəm. Həmin evdə, hətta eyvanlarda, dəhlizlərdə, hər yerdə 24 saat kamera işləyir. Mən ora gedib nəsə götürsəydim, ortada sübut olardı".
Məhkəmədə H.Ələsgərovanın əmlakla bağlı iddiasına baxılanda tələb etdiyi əşyalarının bir hissəsi qaytarılıb. Yük taksisi vasitəsiylə əşyalar sənədləşdirilərək onun yaşadığı evə göndərilib. Bu üzdən, o, məhkəmənin gedişində tələb etdiyi əşyaların siyahısını azaldıb, ancaq qalan əşyaları, yaxud onların pulunu tələb edib. Bunların arasında qızıl-zinət əşyalarından başqa xəz geyimlər, bahalı ziyafət paltarları, ayaqqabılar, çantalar və s. də var.
Əmlak məsələsi ilə bağlı Pənahovlar ailəsiylə gəlin arasında qalmaqal yaşanıb. Qarşı tərəf bildirib H.Ələsgərova düz danışmır, nəyi varsa, götürüb aparıb. Tələb etdiyi 170 min manatlıq komplekt özünün deyil, baldızınındır, sadəcə, toyda ona taxmaq üçün vermişdi.
H.Ələsgərova ya qalan əşyalarını, ya da onların dəyərini təxmini hesablayıb, 590 min manata yaxın pul tələb edib. Məhkəmə onu haqlı sayaraq qalan geyim, cehiz və zinət əşyalarının qaytarılması, yaxud onların əvəzində 393 min manat ödənilməsi barədə qərar çıxarıb. (Azpolitika.info)
Qaz xətti üzərində siyirtmənin quraşdırılması ilə bağlı 03.10.2025-c

"Mən Asəf Zeynallı adına musiqi kollecində musiqi ədəbiyyatı dərsi

Saxta həkim olduğu deyilən "Uğur-777" estetik klinikasında etdiyi

Lent.az-ın müsahibi "Kukla Teatrı"nın aktyoru, Əməkdar artist R�

Makron Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Türkiyədə 8 yaşlı Narin Güranın qətlinə görə aparılan istintaq və m

"Comex" birjasında dekabr çatdırılması üzrə gümüş fyuçersl�

"Avropa Siyasi Birliyi"nin növbəti - 8-ci sammiti 2026-cı il mayın

Dövlətin ali icra orqanlarının rəhbərləri olan nazirlər yalnız siyasi t

Aşıq Zülfiyyə Bayramova açıqlaması ilə diqqət çəkib.

Türkiyədə keçirilən 9-cu Beynəlxalq Təhsil Mövzulu Qısa Film Yarışmas
