“Alim Qasımov indi şöhrətlənib məni yada salmır”
Şou-biznes 02 Okt 2025 22:14:00 103 0
"Mən Asəf Zeynallı adına musiqi kollecində musiqi ədəbiyyatı dərsini tədris etmişəm. Xalq artistləri Alim Qasımov, Bilal Əliyev, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova mənim tələbələrim olub. Mən onlara musiqi ədəbiyyatı dərsini demişəm.
Bu xəbəri də oxu: Əli Mirəliyev əsəbiləşib efirdən GETDİ
Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov bu gün məni yada salırlar. Bilal Əliyevi evimin yanında görürəm, salamlaşıram, deyəsən orada qalır. Əlbəttə ki, yada salmayanlar da var. Mənim də müəllimlərim dahi şəxsiyyətlər olublar. Məni yaradanlar onlar olub. Əfsər Cavanşirovu, Qara Qarayevi, Cövdət Hacıyevi, Ağabacı Rzayevanı necə unuda bilərəm?"
Son.az xəbər verir ki, bunu Medianews.az-a açıqlamasında bəstəkar-müğənni, dillər əzbəri "Kukla" mahnısının ifaçısı Zabitə Məmmədova deyib.
O daha sonra xalq artisti Alim Qasımovun onu yada salmadığını bildirib:
"Alim Qasımov artıq şöhrətli müğənni olub deyə, məni heç yada salmır. 4 il ona dərs demişəm. Desəm ki, çox yaxşı oxuyurdu yalan olar. Tələbə idi də. Yada salmır salmasın. Hərənin bir xasiyyəti var da. Alim Qasımova mən arzu edirəm ki, uğurları daha da bol olsun, zirvələri, uca dağları aşsın. Çox hörmət etdiyim tələbələrimdəndir. İstəyir unutsun, istəyir unutmasın. Mənim başım yaradıcılığıma qarışıb" deyə o, bildirib.
Zabitə xanım "Kukla" mahnısının yaranmasından da danışıb:
"O vaxt Əfsər Cavanşirovun yanına gəldim. Məndən bir mahnı soruşdu. Mən də "Ay işığında" mahnısını ifa etdim. Evdə bütün günü oxuyub, valideynlərimin baş-beynini xarab edirdim (gülür). Əfsər müəllim dedi ki, bu mahnı uşağa aid deyil, uşaq mahnısı ifa et. Mənə "Kukla" mahnısını verdi.
"Kukla" mahnısını da mənə Suğra Bağırzadə və bacısı öyrətdi. Onlar da Əfsər müəllimin yanına gəlirdilər. Suğra xanım "Cücələrim" mahnısı ilə o vaxt məşhurlaşmışdı. "Kukla" da mənim ifamda məşhurlaşdı. Əfsər müəllim deyirdi ki, sənin qeyri-adi qavrama qabiliyyətin var. Nə göstərirdisə o dəqiqə qavrayırdım, ona izah edirdim".
Saxta həkim olduğu deyilən "Uğur-777" estetik klinikasında etdiyi

Lent.az-ın müsahibi "Kukla Teatrı"nın aktyoru, Əməkdar artist R�

Makron Bakı ilə İrəvan arasında sülh sazişinin tezliklə imzalanacağına

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və

Türkiyədə 8 yaşlı Narin Güranın qətlinə görə aparılan istintaq və m

"Comex" birjasında dekabr çatdırılması üzrə gümüş fyuçersl�

"Avropa Siyasi Birliyi"nin növbəti - 8-ci sammiti 2026-cı il mayın

Dövlətin ali icra orqanlarının rəhbərləri olan nazirlər yalnız siyasi t

Aşıq Zülfiyyə Bayramova açıqlaması ilə diqqət çəkib.

Türkiyədə keçirilən 9-cu Beynəlxalq Təhsil Mövzulu Qısa Film Yarışmas

Dünən baş tutan "Qarabağ"-"Kopenhagen" matçı ilə bağ

Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkəti ödəniş
