Ermənistan silahlı qüvvələrinin Aprel döyüşləri zamanı mülki əhaliyə və mülki obyektlərə vurduğu zərərlə bağlı sənədlər məhkəmədə elan olunub
Siyasət 29 Sen 2025 14:28:00 65 0
Sentyabrın 29-da Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
Bu xəbəri də oxu: İlham Əliyev və Mehriban Əliyeva Gəncədə III MDB Oyunlarının açılış mərasimini izləyirlər
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, elan edilən sənədlərdən biri 2016-cı ildə Aprel döyüşləri zamanı mülki şəxslərə yetirilmiş bədən xəsarətləri, onların həyatlarına yönəlmiş qəsd, əmlaklarına vurulmuş ziyan və s. epizodlarla bağlı olub. Epizodlar üzrə tədqiq edilən sənədlərdən birində qeyd olunub ki, 2016-cı ilin aprel ayının 2-dən 28-dək olan dövrdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının müdafiəsiz yaşayış məntəqələrinin ərazilərində, həmçinin təhsil və tibb müəssisələrinə, eləcə də mülki əhaliyə və döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə iriçaplı atıcı silahlardan, minaatan və qumbaralardan, artilleriya qurğularından intensiv atəş açmaqla, hərbi zərurət olmadan hücum edilməklə çoxsaylı cinayət əməlləri törədilib. Sənədlərin tədqiqi zamanı cinayət işləri üzrə hadisə yerindən fotolar da nümayiş olunub.
Sonra Tərtər rayonunun Əskipara kəndinin "ağ fosfor" tərkibli 122 millimetr kalibrli, P-4 markalı top mərmisi ilə atəşə tutulması, Qurbanov Çingiz Salman oğlunun öldürülməsi (ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib - red.), Əkbərli Hüseyn Zakir oğlunun öldürülməsi, işğal altında saxlanılmış ərazilərdə iqtisadiyyat və digər sahələrdə törədilmiş cinayət faktları üzrə və s. sənədlər tədqiq edilib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşv

Bu il ali təhsil müəssisəinə qəbul olmuş 5623 tələbə krediti üçün m

Yelena Zelenskaya Anna Netrebkonun çıxışının ləğvini tələb edib.

Azərbaycan yenidən insan hüquqları sahəsində BMT qurumları və mexanizml�

Baş nazir Əli Əsədov 2026-cı il üzrə dövlət büdcəsinin və icmal büd

Teleaparıcı Vüsalə Əlizadə mərhum atası ilə bağlı paylaşım edib.

"TikTok"un ABŞ əməliyyatlarının satışı sürətlə gerçəklə�

İkinci Qarabağ müharibəsi və qısa müddətli lokal antiterror əməliyyat�

Müvafiq qurumların apardığı monitorinqlər göstərir ki, 2005-ci ildən ba

"Volkswagen" konserni yanğın riski səbəbindən "Porsche"

Xəbər verdiyimiz kimi, ictimai nəqliyyatda tariflər 1 oktyabr tarixindən d�
