Jurnalisti söyən məşhur aktyora kəllə atdılar
Şou-biznes 28 Sen 2025 19:08:00 68 0
İstanbulda tanınmış aktyor Nejat İşlerlə müxbir arasında baş verən insident sosial mediada geniş rezonans doğurub. Uzun müddətdir ekranlardan uzaq qalan aktyorun bir məkandan çıxışı zamanı jurnalistlərin sual vermək cəhdi gərginlik yaradıb.
Bu xəbəri də oxu: Tanınmış aktyorun çıxışı zamanı DƏHŞƏT:
Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məkanın çıxışında aktyora yaxınlaşan jurnalist, ondan yeni layihələri haqqında danışmasını xahiş edib. Lakin Nejat İşler bu vəziyyətdən narazı olaraq, sualları cavablandırmaq istəməyib və uzaqlaşmağa çalışıb.
Bir müddət sonra sualların davam etməsi aktyoru əsəbləşdirib. O, jurnalistin "Sevilən bir aktyorsunuz, layihələrdən danışa bilərsinizmi?" sualına əsəbi şəkildə və söyüşlə cavab verib:
"Mən sevilən aktyor deyiləm, məni rahat buraxın!"
Sual verməyə davam edən jurnalistə qarşı Nejat İşler daha sərt ifadələr işlədib. Yanında olan bir nəfər də jurnalistə yaxınlaşaraq, aktyorun narazılığını çatdırmağa çalışıb.
Jurnalist mikrofonu yerə qoyaraq Nejat İşlerə "kəllə atıb".
Hadisədən sonra yayılan videoya sosial şəbəkələrdə fərqli reaksiyalar verilib. Bəzi izləyicilər jurnalisti günahlandıraraq belə yazıblar: "Adam açıq-açıq narazıdır, sən hələ də mikrofonu ağzına tutursan." "Təhrik edirsənsə, cavab da alarsan."
Digər tərəf isə Nejat İşlerin əvvəlcədən söyüşlə cavab verməsini doğru saymayıb və bu davranışı tənqid edib.
Lalə Qüdrətova Son.az
Erməni Apostol Kilsəsinin Rusiya Yeparxiyasının rəhbəri, Rusiyadakı patri

Xalq artisti Brilliant Dadaşova sosial media hesabında maraqlı paylaşım edi

SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsd�

İtaliyanın Ankona əyalətində maliyyə qvardiyası ölkə tarixində ən bö

Plov bir çox xalqın mətbəxində mühüm yerə malik yeməklərdən biridir.

Tesla nəhayət ki, "Full Self-Driving" (FSD) sürücüyə yardım sis

Rusiyanın Perm diyarında 37 yaşlı qadın keçmiş ərinin evini qısqanclıq

Son günlər müğənnilər Manaf Ağayev və Nəfəs arasında yaranan mübahis

Misirin Asuan şəhərində sevinclə başlayan toy dəhşətə çevrilib.

30 oktyabr - 2 noyabr tarixlərində Bakı dünya rəqs mədəniyyətinin mərk�

Sosial şəbəkədə yayılan video diqqət çəkib.

Son günlər sosial şəbəkələrdə yayılan görüntülər böyük müzakirə

Aparıcılar Mikayıl Güləddinoğlu ilə Tarix Əliyev arasında qalmaqal yaş
