Adnanın SOCARın sabiq məşhur ismi ilə əlaqəsi üzə çıxdı
Digərləri 28 Sen 2025 18:30:00 80 0
SOCAR-ın İnvestisiya departamentinin sabiq rəhbər müavini, hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin qurumun sabiq vitse-prezidenti Mikayıl İsmayılovla çox yaxın əlaqələri haqda məlumat yayılıb.
Bu xəbəri də oxu: Telefon Sahiblərinə Təcili Gizli Xəbərdarlıq
Son.az xəbər verir ki, Musavat.com hazırda da bu əlaqələrin davam etdiyini vurğulayıb.
"Məsələni maraqlı edən digər detal isə Adnan Əhmədzadənin müdafiəçisi, vəkil Şaiq Mirzəyevlə bağlıdır. Belə ki, Şaiq Mirzəyev vaxtilə "Az-Qranata" MMC-nin baş direktoru olub. Həmin şirkətin də Mikayıl İsmayılova və ailəsinə məxsusluğu haqda mediada dəfələrlə məlumatlar yayımlanıb. Şaiq Mirzəyev bu gün də Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin qalmaqallı atalıq işində vəkilidir. Xatırladaq ki, 2012-ci ilin may ayında Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə Fidan Abbasovanın faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib.
"Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi, ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək", - F.Abbasova bildirib.
Bu il Orxan İsmayılzadənin vəkili Şaiq Mirzəyev Fidan Abbasovaya barışıq sənədi təqdim edib, həmin sənəddə uşağının atasının Orxan İsmayılzadə olmasının üzərindən keçərsə, 65 min manat ödəyəcəyi qeyd olunub. Fidan Abbasova barışıq ərizəsini imzalamayıb, Orxan İsmayılzadədən aliment ödəməsini tələb edib. Hazırda İstanbulda məskunlaşan Orxan İsmayılzadə aylardır ki, aliment ödəmir. Fidan Abbasova deyir ki, Şaiq Mirzəyev ona alimentin ödənməyəcəyini bildirib...
Qeyd edilir ki, Fidan Abbasova Şaiq Mirzəyevin Adnan Əhmədzadəyə vəkil tutulmasında keçmiş qayınatasının rolu və iştirakının ola biləcəyini ehtimal edir.
Xatırladaq ki, Adnan Əhmədzadə sentyabrın 19-dda Bakıda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanıb. Növbəti gün Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan qərarı verib. Onun barəsində Azərbaycanın iqtisadi təhlükəsizliyinə qarşı təxribat törətmək və külli miqdarda mənimsəmə ittihamları olduğu bildirilsə də, bu barədə hələ ki, rəsmi məlumat yoxdur.
İtaliyanın Ankona əyalətində maliyyə qvardiyası ölkə tarixində ən bö

Plov bir çox xalqın mətbəxində mühüm yerə malik yeməklərdən biridir.

Tesla nəhayət ki, "Full Self-Driving" (FSD) sürücüyə yardım sis

Rusiyanın Perm diyarında 37 yaşlı qadın keçmiş ərinin evini qısqanclıq

Son günlər müğənnilər Manaf Ağayev və Nəfəs arasında yaranan mübahis

Misirin Asuan şəhərində sevinclə başlayan toy dəhşətə çevrilib.

30 oktyabr - 2 noyabr tarixlərində Bakı dünya rəqs mədəniyyətinin mərk�

Sosial şəbəkədə yayılan video diqqət çəkib.

Son günlər sosial şəbəkələrdə yayılan görüntülər böyük müzakirə

Aparıcılar Mikayıl Güləddinoğlu ilə Tarix Əliyev arasında qalmaqal yaş

Müğənni Aynur Dadaşova paylaşımı ilə diqqət çəkib.

İsrailin baş naziri Binyamin Netanyahuya qarşı daha bir sərt hücum baş ve
