Pomidor və xiyar bahalaşır Səbəb nədir?


Digərləri 27 Sen 2025 15:16:00 84 0

Pomidor və xiyar bahalaşır  Səbəb nədir?

Paytaxtın iri marketlərində və bazarlarda son günlər qəribə bir mənzərə yaranıb: pomidor və xiyar piştaxtalarının önündə alıcıların söhbətləri dəyişib. Əvvəllər yalnız keyfiyyət və təzəlikdən danışan müştərilər indi qiymət artımından söz açır, satıcılara suallar yağdırırlar.

Bu xəbəri də oxu: Paşinyan Putindən nə istəyir?

Tərəvəzlərə olan ənənəvi tələbatın fonunda baş verən bu dəyişiklik həm bazar mühitində, həm də ictimai müzakirələrdə diqqət mərkəzinə çevrilib. Düzdür, mövsümü olaraq hər il bu vaxtlar pomidor və xiyar bahalaşır. Amma builki bahalaşma kəskindir. Bu səbəbdən pomidor və xiyar bir anda həm süfrələrin, həm də xəbər lentlərinin "baş qəhrəmanı" olub.

Hər kəsi bir sual düşündürür: görəsən qiymətləri birdən-birə belə kəskin artıran nədir?

Sahibkar Eldar Hüseynov qiymət artımını hava şəraitinin kəskin dəyişməsi ilə əlaqələndirdi: "Qiymətlərin qalxmasının əsas səbəbi şimal bölgəsində əkilən məhsulların yağışın altında qalmasıdır. İstixanalarda olan məhsullar da demək olar ki, bitib. Yeni məhsullar isə yetişməyib. Hələ ki, ara boşluğu var. Xaçmazda yağan yağışlar imkan vermədi ki, ara boşluğu çöldə əkilən pomidorlar doldursun. Xiyarda isə səbəb köhnə istixanalarda məhsulların bitməsi, yeni istixanalarda  məhsulların yetişməməsidir. O səbəbdən qəfildən xiyarın qiyməti artdı. Bir ara havalar tutqun keçdi. Xiyar da elə bitkidir ki, hava şəraiti tutqun olduqda məhsuldarlığa təsir edir. Mütləq günəş olmalıdır". 

E.Hüseynov bildirdi ki, bu səbəblərdən daxili bazarda qiymətlər hələ ki, yüksək olaraq qalmaqda davam edəcək: "Amma bir müddət, noyabr ayının sonuna kimi belə olacaq. Xiyarın qiyməti bəlkə enə bilər. Çünki Şəmkir və Salyan istiqamətində tikanlı xiyarlar yetişəcək". 

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, mövsüm amili burada böyük rol oynayır: "Tərəvəzçilik, xüsusilə pomidor və xiyar istehsalı Azərbaycanın kənd təsərrüfatı sektorunun ən strateji istiqamətlərindən biridir. Bu məhsullar daxili bazarda ən çox istehlak olunan tərəvəzlər olmaqla yanaşı, ölkənin ixrac portfelində də əhəmiyyətli yer tutur. Son dövrlərdə bazarlarda müşahidə olunan qiymət artımı isə həm istehlakçıları, həm də fermerləri narahat edib. Son illərin statistikası göstərir ki, pomidor istehsalında illik dəyişikliklər 5-12 faiz diapazonunda dəyişir, xiyar üzrə isə 3-8 faiz arasında tərəddüd müşahidə edilir. Mövsümi şərait, enerji xərcləri və ixrac prioritetləri məhsuldarlığa birbaşa təsir göstərir".

N.Əzizlinin fikrincə, pomidor və xiyarın qiymətlərinin dəyişməsində bir çox digər təsirlər mövcuddur: "Əsas hava şəraiti və mövsüm amilidir. Yağış, dolu və soyuq dalğaları məhsuldarlığı azaldır, qış mövsümündə isə açıq sahə məhsulu minimuma enir. İstixanaların enerji və gübrə xərcləri yüksəkdir, bu isə maya dəyərini artırır. Azərbaycan pomidor ixracında region ölkələri arasında aparıcı mövqedədir. İxracın artması daxili bazarda təklifi azaldır. Rayonlardan paytaxta daşınma, soyuducu anbarların məhdudluğu, topdan-pərakəndə marjaların yüksək olması qiymət fərqlərini şərtləndirir. Qısa müddətli çatışmazlıq fonunda satıcıların qiymətləri süni artırması da müşahidə edilir. Fermerin məhsulu tarladan çıxardığı qiymətlə Bakıda pərakəndə satış qiyməti arasında 2-3 dəfəyə qədər fərq yaranır. Bu, həm nəqliyyat xərcləri, həm də bazar strukturlarındakı qeyri-bərabər bölgüdən qaynaqlanır. Payız-qış mövsümündə açıq sahə məhsullarının azalması qiymətləri yüksəldir. İstixanaların qızdırılması üçün enerji sərfiyyatının artması istehsal xərclərini də qaldırır. Beləliklə, mövsümi olaraq qiymətlərin artması təbii hesab olunur. Qiymət artımının əsasən mövsümi xarakter daşıdığı qəbul edilir. Lakin ixrac prioriteti və bəzi hallarda topdan-pərakəndə şəbəkələrinin spekulyativ yanaşmaları süni təsirlərin də mövcudluğunu göstərir".

Müsahibimiz qiymətləri sabit saxlamaq üçün atılmalı olan addımlara da toxundu: "Qiymətlərin sabitləşməsi üçün mövsümi idxalın asanlaşdırılması, istixana istehsalçılarının enerji subsidiyaları ilə dəstəklənməsi, bazar nəzarətinin və anti-spekulyasiya tədbirlərinin gücləndirilməsi, fermerlər üçün risk sığortası və yeni texnologiyaların (damcı suvarma, müasir istixanalar) təşviqi vacibdir. Qısa müddətdə, yəni 1-2 ay üçün mövsümi məhsul bazara daxil olduqca qiymətlərdə müəyyən yumşalma mümkündür. Orta müddətdə, yəni 3-6 ayda, payızın sonu və qış mövsümündə qiymətlərin yenidən yüksəlməsi gözlənilir. Uzunmüddətli perspektivdə isə istixana sektoruna yatırımlar və logistika infrastrukturunun inkişafı qiymətlərin sabitləşməsini təmin edə bilər".

Mənbə: "Kaspi" qəzeti

Kişilər daha çox infarkta məruz qalırlar – like
  • 27 Sen 15:00  
Digərləri Kişilər daha çox infarkta məruz qalırlar –

Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk sırada

arrow Ətraflı
Bağçalarda nə baş verir? – Qidalanma ilə bağlı ŞOK İDDİALAR like
  • 27 Sen 14:49  
Digərləri Bağçalarda nə baş verir? – Qidalanma ilə bağlı ŞOK İDDİALAR

Ağcabədinin Pərioğullar kəndində yerləşən körpələr evi-uşaq bağça

arrow Ətraflı
Astarada bəzi əraziləri su basdı  30 nəfər təxliyə edildi like
  • 27 Sen 14:36  
Digərləri Astarada bəzi əraziləri su basdı 30 nəfər təxliyə edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intens

arrow Ətraflı
Nazirdən dərs vəsaitlərini pulnan satan müəllimlərə XƏBƏRDARLIQ like
  • 27 Sen 14:17  
Digərləri Nazirdən dərs vəsaitlərini pulnan satan müəllimlərə XƏBƏRDARLIQ

Bəzi məktəblərdə müəllimlərin dərs vəsaitlərini ödənişlə verməsi

arrow Ətraflı
Prezident Gəncə şəhər stadionunun açılışında iştirak edib  FOTO like
  • 27 Sen 14:10  
Siyasət Prezident Gəncə şəhər stadionunun açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Gənc

arrow Ətraflı
ABŞdən Kolumbiya Prezidentinə viza sanksiyası like
  • 27 Sen 13:49  
Dünya ABŞdən Kolumbiya Prezidentinə viza sanksiyası

ABŞ Kolumbiya Prezidenti Qustavo Petronun hərbçilərə yönəlik çağırış

arrow Ətraflı
Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib  FOTO like
  • 27 Sen 13:47  
Siyasət Milli Məclisin kollektivi Zəfər parkını ziyarət edib FOTO

Sentyabrın 27-də Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, səd

arrow Ətraflı
Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib  FOTO like
  • 27 Sen 13:46  
Siyasət Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də - An�

arrow Ətraflı
Bu ölkə Ukraynaya yardım edəcək like
  • 27 Sen 13:35  
Dünya Bu ölkə Ukraynaya yardım edəcək

Polşa Prezidenti Karol Navrotski Ukraynadan olan və işləməyən şəxslərə

arrow Ətraflı
Bakıda belə taksi sürücüləri də var  DİQQƏTLİ OLUN! like
  • 27 Sen 13:17  
Digərləri Bakıda belə taksi sürücüləri də var DİQQƏTLİ OLUN!

Bu gün taksi xidmətlərindən istifadə edənlər arasında ən çox müqayis�

arrow Ətraflı
Qanvermə aksiyası keçirilib  FOTO like
  • 27 Sen 12:58  
Digərləri Qanvermə aksiyası keçirilib FOTO

"Bir damla qan, min ümidə can" devizi ilə təşkil olunan qanvermə

arrow Ətraflı
Prezident “BakuBus” MMCnin Gəncə Avtoparkının açılışında iştirak edib  FOTO like
  • 27 Sen 12:55  
Siyasət Prezident “BakuBus” MMCnin Gəncə Avtoparkının açılışında iştirak edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də "

arrow Ətraflı
Güclü yanğın olan obyekt bu şirkətin imiş like
  • 27 Sen 12:50  
Digərləri Güclü yanğın olan obyekt bu şirkətin imiş

Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində anba

arrow Ətraflı
Hibrid müharibə: hücuma məruz qalmısınız, amma fərqində deyilsiniz like
  • 27 Sen 12:14  
Siyasət Hibrid müharibə: hücuma məruz qalmısınız, amma fərqində deyilsiniz

"Hibrid müharibə" anlayışı (ingiliscə hybrid warfare) 2000-ci il

arrow Ətraflı
İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi like
  • 27 Sen 12:11  
Digərləri İkinci Şəhidlər xiyabanının adı dəyişdirildi

İkinci Şəhidlər xiyabanının adı dəyişdirilib.

arrow Ətraflı